O gecənin yaddaşlarda qalan ağrıları...



Şahidlərin dilə gətirdikləri, vandalların “etiraf”ları təkcə dəhşətlərdən deyil, vəhşiliklərdən xəbər verir

Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir isti yurd idi Xocalı.

Qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan - fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən bir ana!

Sonralar erməni tərəfi "etiraf" etmişdi ki, silahlı daşnak dəstələrinin əsas vəzifəsi Xocalı plastdarmını məhv etmək, buradan keçən Əsgəran-Xankəndi yolunun boşaltmaq, hava limanını ələ keçirmək idi.

Bunun üçünsə Xocalı bir gecənin içərisində yerlə-yeksan edildi, xocalılılar süngülərə taxıldı...

Bütün bu dəhşətlərdən dünya xalqlarının xəbəri olsa da, cinayətkarlar cəzalandırılmadı. Bəşəriyyət hələ də susur, yaxud saxta erməni soyqırımından danışılır...

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı qətliamı Xatın, Xirosima, Lidsa, Oradur soyqırımları ilə eyni dərəcədə qəbul edilib.

1991-ci ilin oktyabrından mühasirəyə salınan Xocalıya əsas nəqliyyat xətti havadan idi. Gözdən-könüldən iraq Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də uçub.

Şuşa səmalarında həmin helokopterin ermənilər tərəfindən vurulması nəticəsində 40 nəfərin faciəli şəkildə həlak olmasından sonra Xocalı havadan da mühasirəyə alınıb. Yanvar ayının 2-dən elektrik enerjisi verilməyib.

Şəhərin müdafiəsi əsasən yerli özünümüdafiə dəstəsi və Milli Ordunun təlim keçmədən ön cəbhəyə yollanan əsgərləri tərəfindən həyata keçirilib.

Xocalıya hücum fevralın 25-də axşam 366-cı motoatıcı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması və toplardan, tanklardan, "alazan" tipli "zenit"lərdən açılan 2 saatlıq atəşdən sonra başlayıb.

Şəhərə üç istiqamətdən hücum edildiyi üçün əhali Əsgəran tərəfə qaçmağa məcbur olub. Amma bu, qurulmuş bir tələ olduğundan Naxçıvanik kəndi yaxınlığında dinc əhalinin qarşısı erməni silahlıları tərəfindən kəsilərək gülləbarana tutulub.

Qarlı dağ aşırımlarında və meşələrdə onlar tamamilə əldən-ayaqdan düşənləri, şaxta donduranları, "sağ qalanlar"ı xüsusi qəddarlıqla qətlə yetiriblər.

Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının meyiti gətirilib ki, həmin cəsədlərin amansızcasına təhqirə məruz qalması faktları aşkar edilib.

Fevral ayının 28-də tərkibində yerli jurnalistlərdən olan 2 qrup helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çatıb. Oradakı mənzərə hamını dəhşətə gətirib.

Düzənlik cəsədlərlə dolu olub. İkinci helikopterin havadan mühafizə olunmasına baxmayaraq, ermənilərin güclü atəşləri altında ancaq 4 cəsədi götürmək mümkün olub. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha acınacaqlı faktlar aşkarlanıb.

Meyitlərin skalplarının götürülməsi, cəsədlərin qulaq, burun və digər orqanlarının kəsilməsi, gözlərinin oyularaq çıxarılması, ətraflarının kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılmalar və digər belə vəhşiliklər bir daha ermənilərin vandalizm siyasəti yeritdiyini təsdiqləyirdi.

Həmin qanlı, qırğınlı günlərdə xocalılılar yalnız qətlə yetirilmədilər, onlardan 1275-i (qoca, qadın və uşaq) isə əsir aparılaraq dəhşətli təhqir, zülm və həqarətlərə məruz qalıb, min nəfər isə əlil və şikəst oldular.

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu, beynəlxalq norma və prinsiplər əsasında həlli, işğal edilmiş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında hələ 1993-cü ildə bir birinin ardınca 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib.

Lakin Ermənistan nəinki həmin rəsmi qərarlara məhəl qoymadı, üstəlik, Azərbaycanın digər ərazilərini də zəbt edərək oradakı insanları məcburi köçkünə çevirməklə çirkin siyasətindən əl çəkmədi, o yerlərdəki tarixi, dini və mədəniyyət abidələrinin izini belə sildi.

Bütün bunlar yalnız bir məqsəd daşıyırdı: Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaqla "Böyük Ermənistan" xülyasını reallaşdırmaq. Onlar bunu açıq-aşkar, çəkinmədən bəyan edirdilər.

Xocalının, daha doğrusu, Azərbaycan torpaqlarının erməni vandallarının təcavüzündənqorunmasında vətənpərvərlik nümunəsi göstərən və şəhid olan xocalılılardan on nəfər (9-u ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Ulu öndər Heydər Əliyev 1 mart 1994-cü il tarixdə bu barədə fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunub, bütün beynəlxalq təşkilatlara məlumat verilib. 25 fevral 1997-ci il tarixində "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" ulu öndər Heydər Əliyev tərəfindən fərman imzalanıb.

Hadisələrin şahidlərinin dilə gətirdikləri yalnız dəhşətlərdən deyil, əslində, vəhşiliklərdən xəbər verir. Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin dediklərindən: "Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri 33 nəfərini vəhşicəsinə öldürdülər. Sonra qadın və uşaqların cəsədlərini kəndin yaxınlığındakı "Bəylik bağı" adlanan yerdə "silos quyusu"na töküb üstünü torpaqladılar.

Vəhşilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular. Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki nəfərin başını toxmaqla yararaq onları əzabla öldürdülər.

Bizi əvvəlcə Lingin kəndinə apardılar. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb piyada Xankəndiyə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq".

İlqar Əliyev Xankəndidə yerləşən həbsxanada 8 nəfər həmkəndlisinin acından öldüyünü bildirib: "Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər.

Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Sabahısı gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".

Qaradağlı kənd sakini Oruc Əliyev də şahidi olduğu işgəncə və qətliamlar barədə bunları deyib: "Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər".

O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını da dilə gətirib: "Həmin il martın 17-də dəyişdirildim.

Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi".
Sozün, kəlmənin ifadə edə bilmədiyi belə vandalizm siyasəti yürüdən Ermənistan isə ermənilərin məzlumluğunu, kimsəsizliyini yayır dünyaya.

Budurmu qonşuluq siyasəti?! Bu deyilmi torpaqlarında özünə dövlət qurub sonradan onun xalqına qənim kəsildiyini təsdiqləyən siyasət yürütmək?! Bəs dünyanın humanist xalqları, demokratiyanın beşiyi sayılan dövlətlər nədəndir 25 ildir susur?

Suallar hələ də xocalılıların “salamat” qalanlarının sinəsinə ermənilərin vurduğu və heç zaman sağalmayacaq dərin yaralar kimi göynədir, çünki cavabı yoxdur.

Bu cavabı verməli olanlar isə Azərbaycan Ordusunun erməni silahlı quldur dəstələrinə ötən ilin aprel ayında verdiyi “dərs”dən sonra, deyəsən, dillənməyə başlayıb: xalqımızdan və ordumuzdan aman diləməklə...

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cats Amoxil Sildenafil Citrate For Sale Baclofene Cigarette cialis Amoxicillin Mrsa Buy Real Viagra No Prescription Levitra Receta