Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Ədəbiyyat

Əyyubu dillərə salan Sənəmin eşqi yox, eşqinin Sənəmi oldu

4-03-2017, 20:06 | 6732 dəfə baxılıb.

Məhəmməd NƏRİMANOĞLU



Unudulmuş unudulmuzlar
Ömrü dastanlaşmış şair



...Bir zamanlar əmin-amanlıq idi. Onda Kəlbəcər adlı-sanlı bir məmləkət də vardı. Orada bir-birindən hündür dağlar, barlı bağlar, nə gözəl çağlar...

Ay Allah, onda sacımız isti, bacamız tüstü idi. Həəə, bax onda adlı-sanlı kişilər papaq qoyardı başına... Baxmazdı uşaqdı-böyükdü - yaşına, hörmət qoyardı hamı dost-yoldaşına. Onda Kəlbəcərdə saz da vardı, söz də.

Onda saza da hörmət vardı, sözə də, hər söz deyilərdi üzə, qalmışdıq Allahla üz-üzə! Tanrımız başımız üstəydi, hər kəlməmiz musiqiliydi - bəstəydi...

Amma düşmən marıqdaydı - qəsdəydi...
Qara bulud gəldimi, göylərimi dəldimi? Yer-yurdundan didərgin düşən bax həmin eldimi?! Bir vaxtlar poetik duyğularımız orda cilalanırdı, Dəlidağın mehiylə, çəmən-çiçək şehiylə...

Kəlbəcərin vəsfini burada saxlayıb, onun qələm və söz əhlindən danışmaq istəyirəm. Ağdabanlı Qurbanın ədəbi ocağından qor götürən, ustad Dədə Şəmşirdən başlayan, bir ədəbi nəsil əsrlərdir ki, Azərbaycan ədəbyyatına kamil söz sərrafları yetişdirib və klassikləşdirib.

Amma, elə müasirlərimiz də var ki, onları klassik adlandırmasaq günah olardı. Belələrindən biri də Kəlbəcərin Məmmədsəfi kəndində dünyaya göz açıb, ömrünün ahıl çağlarına qədəm qoyanda yurd-yuvasından perik düşüb Gəncəyə sığınan şair Əyyub Cabbardır.

Bilmirəm haqqında indiyə kimi bircə kəlmə də olsun yazmadığım ustad, canlı klassik, iki əsrin yadigarı, sinəsində eşqin dağları olan Əyyub Cabbar bu səmimi ürək sözlərimi gec də olsa qəbul edəcək, yoxsa, elə fikirləşdiyim kimi: “daldan atılan “söz” tək dəyərsiz, qiymətsizliyi ilə mənə göz dağına çevriləcək? Bilirsiz niyə belə uzaqdan başladım?

Elə yurd ağrılı könüllərdən gələn sızıltılara həsr edilən yazılarım olub ki, gözlədiklərim tərəfindən oxunmadığını hiss edib üzülmüşəm.

Amma haqqında “xəsislik edib” söz açmadığım Əyyubumuzun bədii yaradıcılığının qapı-pəncərələri üzümə açıq olsa da, 30 il ərzində bir cümlə “qaralaya bilmədiyim” günahımsa, şair bağışlasın.

Bunun səbəbi müəmmalı deyil, sadəcə, hər bir kəlbəcərlinin sevimli şairi olan, qardaşı Yaqub Cabbarovdan yazmamış, Əyyubun haqqında nə desəm sönük çıxardı. Əyyub əmi məndən inciyərdi, küsərdi.

Bax, beləcə çoxdan istəmişəm ki, bu iki qardaşın ədəbi aləmdə tutduqları yerə boylanım, başımdan papaq düşüb.

Dəlidağa boylanmaq, baxmaq sizə asan gəlməsin. Daim zirvəsi qarlı, qoynu-qoltuğu barlı bu dağa bənzətmişəm Yaqub-Əyyub qardaşlarını...
Qayıdaq Kəlbəcərə. Orada hər şey gözəl idi: təbiət də, insanlar da. Orada insanlar da doğma idi, təbiət də.

Orada hamı şair idi – ana təbiət də, balaları - kəlbəcərlilər də. Xəyalımdakıların hamısı Kəlbəcərə bağlı. Söz əhliydi bizim camaat... Böyüklü-kiçikli hamı cilalanmış sözlərlə danışardı: qafiyəli. Məclislərdə kimsə şeir deməsə, ürəyi sakitləşməz, qol götürüb oynamazdı.

Söz Kəlbəcərdə qidaydı, mənəviyyatımız ona görə zəngin idi.

Aşıq Şəmşir adına Kəlbəcər rayon (sonralar şəhər) mədəniyyət evinin bədii rəhbəri işləyəndən Əyyubla Yaqub qardaşlarını görmüş və poetik dünyalarına boylanmışdım. Amma o zaman nə cürətim var idi ki, mən onlar kimi canlı klassiklərin şeirlərinin yanında səsimi (cınqırımı) çıxarım?!

Mənə ürək-dirək verən ölməz şairimiz, alimimiz, əslində, nəinki ədəbiyyatda, tarixdə, etnoqrafiyada, bütün sahələrdə cəfakeşliyi ilə örnək olmuş Şamil Dəlidağımızın ruhuna daim minnətdar olmalıyam.

Qələmimə, və ədəbi sözümə ilk xeyir-dua verən Şamil müəllimi deyirəm ey, Kəlbəcərin zəngin xəzinəsini bir araya toplayıb muzeyimizi o yaratdı. Bəli, o zamanlardan Əyyub-Yaqub qardaşlarının sinəsi söz tonqalı olduğunu hiss edirdim.

“Dəlidağın nəğmələri” ədəbi birliyinin yığıncaqlarında bu qardaşların ədəbi üfüqlərindən boylanan Söz günəşinin şəfəqləri hamımızın könlünə, gözünə, sözünə nur yayırdı. Bax onda Əyyubun söz boxçasından çıxanlar aşıqların dilinin əzbərinə çevrildi. Nə biləydik ki, Əyyubu dillərdə dastana çevirən Sənəmin eşqi yox, eşqinin Sənəmi olacaq?!

Budur, illər keçib. Əyyub da saç-saqqal ağardıb, Sənəm də. Amma o yaddaqalan görüş həmin gənclərin ömrünü dastanlaşdırdı. Cəmilə Çiçək “Əyyub və Sənəm” dastanını miniatür kitabda mənə hədiyyə edəndə bilirsiz necə kövrəldim?

Hər qələm və söz adamının yaradıcılığı dastanlaşmır. Son illərin ən müasir dastanı kimi, “Səməd Vurğaunla Dədə Şəmşir”i oxumuşduq. “Əyyub və Sənəm” isə şairi bizə daha yaxından tanıtdı, yox, yaxınlaşdırdı ki, oxuyun, özünüzünkünün qədrini bilin, dəyər verin.

Kəlbəcərli günlərimizin birində rayondan kəndə (Otaqlıya) gedirdim, yaxın olduğu üçün piyada idim. Bankın yanından keçirdim. Bir “Niva” maşını saxladı. Sürücü Yaqub müəllim idi. Aşağı Ayrım kəndinə, Ənvər Rzanın məzarını ziyarətə gedirdi. Məni tanıyıb saxlamışdı.

Maşında Ənvər müəllimin qayaların başında salınmış qəbristanlıdakı məzarını ziyarət edəndə birdən qayıtdı ki, “şair, sən bəxtəvər dustaqsan”. Düşündüm ki, niyə görən belə dedi.

Şairanə deyilmiş həmin fikir, sən demə, sonradan Ənvər Rzanın “Bəxtəvər dustaq” kitabının adı olacaqmış.

Yaqub müəllim bunu duyub şairin həmin şeirini məzarı üstündə söylədi, həm də ağlaya-ağlaya, məni də ağlatdı. Həmişə qüssəli, qəmli gördüyüm Yaqub müəllim Ənvər Rzaya sanki hesabat verməyə gedirmiş.

Aradan az müddət keçmiş eşitdik ki, Yaqub müəllim çox faciəli bir şəkildə (ölümə bax ey: ot tayasından yıxılmaqla da adam ölər?!) dünyasını dəyişib.

Bundan sonra Əyyub tək qaldı, Kəlbəcər isə bir şair oğlunu itirdi. Beləcə, itirdik Yaqub müəllimi: adı çəkilmir, yaradıcılıq gecəsi keçirilmir. Unutmaq necə olar?...

Əyyub Cabbarın könül dünyasının qapısını döyməyə ehtiyatlanıram. Bu günlərdə Nazirlər Kabinetindən Qurban Sadıqov telefon açaraq Ənvər Rza haqqında yazdığım məqaləni kövrək hisslərlə oxuduğunu bildirib, əlavə xahiş etdi ki, mart ayında Əyyub Cabbarın yubileyidir - 80 illiyi! Şair üçün bir məqalə istəyirəm yazasız.

Duruxdum. Neçə vaxtdır ki, gedəcəyim yolun qarı-buzu əriyirdi deyəsən. “Borcum”u verməyin məqamı idi.

Necə yox deyəydim ki? Ona görə də neçə gündür ki, “Duz yüklü ömür karvanı”nın sarvanı olan Əyyub Cabbarın poetik dünyası ilə baş-başayıq. Gah gileylənirik, gah da “kimdən küsəsiyik ki?” təsəllisi ilə özümüzü ovundururuq.

Şair Yusif Hüseynin son zamanlar Kəlbəcərin ədəbi simaları haqqında qələmə aldığı məqalələr də mənə mənəvi güc-qüvvə verdi. Ona görə də şair qardaşımıza təşəkkür edirəm.

O da Əyyub müəllimin duz yüklü ömürünün səhifələrindən boylanan şair qardaşlar haqqında çox yanıqlı və bir az da kövrək notlarla söz açdı: “Qardaş, bu işi hər əlində qələm olanlar görmürlər. Kəlbəcərlilərin canlıları da şəhiddir.

Sən isə Kəlbəcər və Vətən uğrunda canlarından keçənlərin ağılarını yazan olmusan, nə olsun ki, indi yada düşmürsən, unudulmusan? Gileylənmə, səndən, məndən başqa kim yazacaq ki? Allah Əlövsət müəllimə ömür versin.

Nə yaxşı ki, kəlbəcərlilərin söz sərvətinin keşiyində dayanıblar. Bir məqalə nədir ki, sənin qələmində? Kirişkələnmə...”.

Əyyub Cabbarın ədəbi dünyasının mövzuları o qədər rəngarəngdi ki, elə bil Çeyran bulağının, Xanım dərəsinin, Gəlin qayasının, Taxtadüzün çəmənliyindəsən: hara əl atırsan oradan min bir çiçək ətri vurur səni. Amma doğulduğun kənd başqa yerdi-laylan çalınan beşik qədər isti və doğma. Şair də kəndini elə vəsf edir:

Dünyamızın vaxtı kimi, İtib-batdıq, yoxdu kimi.
Əyyubun bəd bəxti kimi,
Bəxti dolaşıq kəndimiz.

Öncədən qeyd edim ki, adını çəkib, hər səhifəsini göz yaşlarımla islatdığım “Duz yüklü ömür karvanı” kitabının redaktoru olmadığı məni yamanca kövrəltdi. Məşhur olmamaq dərdidir bu, ya Əyyubun şeirlərinə fikir bildirməmək qısqanclığı?!

Nədən belə olmalıydı? Nə yaxşı ki, Vəliyəddin Misiroğlu ilə Səbinə İsaqızının kövrək duyğularından qidalanan iki yazı var kitabın ön söz yerində.

Səbinə xanım çox lirik bir sərlövhə də seçib: “Bir gizli həqiqətin göz yaşıdır bu misralar”. Bəh-bəh-bəh-bəh!!! Vallah akademiklər var ki, belə lirik ifadəni qıymırlar elmi dərəcəsi olmayan sıravi yazarlara! Var olun, Səbinə xanım! Yazısı da duyğulu könül bulağından süzülüb: hər şey yerli-yerindədir, nümələri də, onların ədəbi təhlili də.
Sanki ədəbiyyatşünas qələmindən çıxıb.

Vəliyyədin müəllimin qələminə bələd olduğumuz üçün əhsən deyirəm. Kaş, belə səxavətli qələm adamlarımız az olmayaydı.

Kitab “Kəlbəcər harayı” ilə açılır və bilirsiz necə dəyərli insanların Əyyub yaradıcılığına yazdıqları fikirlərlə bağlanır?

Deyim siz də bilin. Kəlbəcər ədəbi mühitində son zamanlar özünəməxsus iz qoyan, müasir dastanlar araşdırıcısı, AMEA-nın doktorantı, Prezident təqaüdçüsü Cəmilə Çiçəyin “Əyyub və Sənəm” dastanı, AYB-inin sədri, xalq yazıçısı Anarın həmin əsər haqqındakı fikirləri əks olunan “Yaşayan, yaşadan ənənələr” sərlövhəli məqaləsi yer alıb. Maraqlısı odur ki, burada Cəmilə xanımın fədakarlığının ən sonda “Bir olsun, ellə bir olsun” başlıqlı kiçikhəcmli, lakin çox dolğun bir yazı da var.

Deyəsən, şairin öz qələmindən və dilindən çıxıb: “..Bu dəfə əsrlərin, qərinələrin ənənəsindən bir az kənara çıxmışıq. Çünki həmin dastanı bir el aşığı çalıb-çağırmır. Kəlbəcərin köçkünlük nisgili yaşayan bir çiçək balası Cəmilə qələmini saz kimi çala-çala elinə-obasına çatdırmaq istəyib və məqsədinə çox böyük uğurla da nail ola bilib... Söz sədəflərimlə bəzədiyim son namə: bir olsun, ellə bir olsun”.

Əslində, bu kitab, elə ön və son söz yerində qeyd edildiyi kimi, şairin külliyyatıdır: bir olsun, ellə bir olsun,-deyimini də gözəl tapıblar. Görək bu bir və ellə bir olan ömür dastanında bulaq necə qaynayır? Kəlbəcərin füsunkarlığı, onun əsrarəngizliyi öz bədii ifadəsini tapa bilibmi? Çiçəklər ləçək-çəçək səpilibmi səhifələrə?

Düşünmədən deyərdim ki, Əyyub Cabbarın yaradıcılığı klassik ənənə ilə müasir deyimi özündə çulğaşdırıb: qovuşdurub.

Ana südü kimi halal olan söz dərin qatlardan süzülüb gəldiyi üçün ürəkgöynədəndir: burada klassik aşıq şeiri formalarından, divani, təcniz, qoşma, gəraylı, müxəmməs... kimi heç də asan qələmə gəlməyən könül pıçıltıları ilə yanaşı, müasir dövrümüzdə daha çox meyl göstərilən sərbsət vəzndə (son zamanlar daha çox modernizm cərəyanı da adlandırırlar belə janrı, hansı ki, xalqımızın ağız ədəbiyyatından üzübəri yol gəlib: Dədə-Qorqud boylarından boylanıb) yazılanlara da rast gələrsiz.

Məhəbbətin ifadəsinə və eyhamına baxaq:

Necə xilaf çıxım dinə, bilmirəm,
Qadağa qoysa da din, ə, bilmirəm.
Mən sənin qarşında dinə bilmirəm,
Yoxsa Əyyub adlı lal alanmısan?

Şairin dillər əzbəri olan “Sənəmsən” şeirinə əli qələm tutan nəzirə yazmaq istədi. Yazdılar da, amma, Əyyubun “Sənəmi”nə çatan olmadı. Şair onu göylərdən gələn mələk saydığını ömrünün bu çağlarında da etiraf elədi:

Yer üzündə tayın yoxdu,
Göy üzündən enənim sən.
İllərim sənə bağlıdı,
Bugünümsən, dünənimsən.

Gör necə gözəl seçmişəm,-
Yolunda candan keçmişəm.
Qibləm sənsən, and içmişəm,
Mən səninəm, sən mənimsən.

İnciməyin bəhanədir,
Davranışın şahanədir.
“Leyli-Məcnun” əfsanədir,
Əyyub mənəm, Sənəmim sən!

Budur şeiriyyət! Budur şair duyumu, fəhmi: zaman keçsə də, qəlbə düşən közün yanğısı. Şair onun poeziyasının Sənəminə qələm çalanlara necə baxdığını bilmirəm.

Amma o Sənəm çox Əyyubları dilləndirib. Mən də bir gün Əyyubu soruşan bir Sənəmi gördüm. Bəlkə də adı Sənəm deyildi, aldadırdı bizi. Amma Əyyub soraqlıydı, Dəlidağ həsrətli. Onda üz tutub dedim ki:

Bir baxışdan həsrətini duymuşam,
Sən ürəyi paralısan - Sənəmsən.
Vüsalına əli çatmaz Məcnunun,
Leylimisal yaralısan, Sənəm, sən!

Gül qönçəsi, ətrin edib məst kimi?!
Üzməmişdi belə əda, qəsd kimi?!
Lal eyləyib, kar eyləyib – süst kimi?!
İndi bildim haralısan, Sənəm, sən.

İstisuda, Dəlidağda maraldın,
Gül açmamış qönçə-ləçək saraldın.
Yanıb-sönüb od almamış qaraldın,
Əyyub görən o işvəli Sənəmsən?!

Tər çiçəyin ləçəyisən, əsirsən,
Məhəbbətin girdabında yesirsən.
Eşqin bəlasında hələ əsirsən,
Əyyub kimi sevirsənmi Sənəm, sən?!

Şairin söz dünyasında itib-batan dünəni ilə bugünkü müdriklik zirvəsi arasında iki Əyyub görürük. Hər ikisinin də dərdi qoşadır: qardaş və oğul itkisindən boy verib tüstülənən ocaq kimidir. Şair bu dərdləri sinəsinə sıxıb əzizləyir.

Amma, bir məsələ var, şair bu qoşa dərdin arasından elə sıyrılıb çıxır ki, sanki daş parçalanıb oradan bulaq qaynayır, həm də necə: bir gözündən axan bumbuz, o birisindən süzülən isə qaynar.

Bu iki bir-birindən fərqli sular Əyyub Cabbarın poeziyasının qayəsini təşkil edir. Şair anasını qara torpağa verəndə belə gözlərinin suyu ilə yumağı özünün oğulluq borcu bilib:

Ölmə, torpaqlara vermərəm səni,
Yerin qollarımın arasındadır.
Təbii sularla yumaram səni,
Suyun gözlərimin qarasındadı...

Açığı, istəməzdim ki, Əyyibun yaradıcılığından söz açarkən bədbin notlara köklənim. Çünki şairin poeziya nümunələrində sevgi, məhəbbət, gözəllik öz ifadəsini elə tapıb ki, məndən olsaydı heç dərdi onun şeirlərinin boyuna biçildiyini deməzdim. Amma bacarmadım.

Axı, bu dərd doğmadır. Anasızlıq ağrısını, qardaşsızlıq və oğulsuzluq faciəsini şair könül kitabına yazıb. Onlardan söz açmamaq günah olardı. “Beşi mart günü” şeirini oxuduqdan sonra şairin anasızlıq – yetimlik ağrılarına məlhəm ola biləcək bir təsəlli vermək qərarında oldum. Görək Əyyub son nəfəsin çarəsini bilirmi?

Bu gün mart ayının beşidir, ana,-
Mənim doğum, sənin ölüm günündü!
Qəlbim qəmli, boğazım dolu qəhər,-
Mənim doğum, sənin ölüm günündü!

Son nəfəsin çarəsini biləydim,
Çarə tapıb, köməyinə gələydim.
Yox, sən yox, kaş mən öləydim,
Mənim doğum, sənin ölüm günündü!

Tanrı məqamıdır ana zirvəsi,
O məqamdan gəlir ananın səsi.
Ölümün məntiqi, öz fəlsəfəsi,
Mənim doğum, sənin ölüm günündü!

Sən gedəndən sızıltılı bir neyəm,
Təbabətə, həkimlərə gileyəm.
İndi gəlmişəm ki, qəbrinə deyəm,-
Mənim doğum, sənin ölüm günündü!

Bu şeirdəki ağrı-acılarla şair öz anasına sevgisini deməklə yanaşı, balaların analarının canının bir parçası olduğunu isbatlayır. Qismətə, taleyə bax: biri doğulur, o birisi ölür. Həyat fəlsəfəsinin açılışına baxın.

Bu ağrılar məni apardı 2005-ci ilin mayına. O zamandan mənim üçün yaz gəlmir. O yazdan sonra şair anam Güllər Məmmədqızını novruzgülü, bənövşə, maralçiçəyi... ilə təbrik edə bilmirəm. Amma soyuq başdaşına söykənən yanaqlarımı yandıran göz yaşlarımla pıçıldayıram ki:
İllərdi ki, yuxun qaçıb gözündən,
İllərdi ki, taqət düşüb dizindən,
İllərdi ki, yağış süzür üzündən,
Gözlərimdən axan yaşa dönmüsən,
Ay ana, yatmısan, daşa dönmüsən?!

İllər ötür, yaxamı dərd tanıyır,
Sağalarmı, yaralarım qanıyır?!
Balaların günlərini sanıyır,
Pərvazlanıb yoxsa quşa dönmüsən?!
Ay ana, yatmısan, daşa dönmüsən?!

Daşlaşıbdı baxışınız bu daşda,
Gərəksiniz elə vallah bu yaşda.
Dözəmmirik, qalx ayağa, yığış da,
Atam ilə yurda qoşa dönmüsən,
Ay ana, yatmısan, daşa dönmüsən?!

Bu da şairin “Duz yüklü ömür karvanı”nı üzü dağlara aparan yolun bir aşırımı, birnəfəsə gəlmək istədim, yoruldum. Bu karvanın sarvanı isə ömrünün 80-ci baharını yola salır.

Ömür Tanrı əmanətidir: bilinməz hansı dönümdə, döngədə bitəcəyi. Kaş, Dəlidağa, Ceyran bulağına, Gəlin qayasına... - şairin qalan ömrünün payız fəsli doğulduğu, doymadığı doğma ata yurduna, illərdir gedə bilmədiyi şair qardaşı Yaqub Cabbarın məzarını ziyarətə aparaydı bu yol...

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Qənbər ŞƏMŞİROĞLU: "Məhəmməd Nərimanoğlu Kəlbəcərin dərd karvanının sarvanıdır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının