Moisey Xorenatsi anonim keşiş müəllifdir



Ə.Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı tarixçilərimizi azərbaycançılıq işığı altında “Ata tarixi”ni yazmağa vətəndaşlıq çağırışıdır.

Tarix elmləri doktoru Qasım Hacıyev, filologiya elmləri doktoru İlhami Cəfərsoy, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu, yazıçı-publisist Yunus Oğuz və digər çıxış edənlər də təqdim olunan kitabın əhəmiyyətindən söz açdılar.

Mən ustad qəzəlxan şarimiz Məmməd Məcidoğlu ilə birlikdə dəyərli insan, professor, filoloq-tarixçi ƏJDƏR İSMAYILOVUN Moisey Xorenatsi anonim keşiş müəllifdir - adlı kitabının təqdimat tədbirində iştirak etdik.

Bildirmək istəyirəm ki, tədbirə Əjdər müəllimin oğlu dəyərli dostumuz Cavid İsmayıl tərəfindən dəvət olunmuşduq.

Əsər olduqca maraqla müzakirə olundu və diqqətlə dinlənildi. Əsərin dəyərini zaman gələcək yeni nəsillərimiz daha dolğun qiymətləndirəcək.
Mən həmin tədbirdə Laçının Qılınclı kəndindən olan dəyərli dini xadim (rəhmətlik, ruhu şad olsun) Molla Məşədi Mehdi haqqında söhbət açdım.

Ona görə ki, təşkil olunan tədbirdəki tarixi əsərin də əsas ana xətti, məzmun etibarı ilə danışacağım söhbətlə bağlı idi. Bu söhbəti 9-10- yaşım olanda mərhum (ruhu şad olsun) atam Əyyub Bədirxan oğlunun kənd ağsaqqalları ilə şirin, qürurverici tərzdə müzakirələri zamanı eşitdiyim, yaddaşımda bir tarix olaraq qalan xatirələrdəndir.

Söhbət 60-70 il bundan öncə yalançı erməni tarixçilərinin haqsız tələbi ilə təşkil etdikləri Moskva nümayəndələri ilə birlikdə tarixi ərazi iddialarından gedir. Bu dəfə onlar məkan olaraq Laçın rayonu ərazilərindəki tarixi abidələrin (məbədlərin) yerləşdiyi ərazilərə girişmişdilər.

Belə məbəd və daş kitabələrin Laçın rayonu ərazisində daha çox yetərincə olması mənfur erməni tarixçilərini,bəlkə də,illərlə düşündürmüşdür.

Onların bu növbəti saxta planlı iddiasi bu gün Dağlıq Qarabağ ərazisi barədə sonradan dünyaya bəyan edəcəkləri fikirlərinin bünövrəsi olaraq hazırladıqları növbəti addımlardan biri və bəlkə də, ən əsaslı sayılanı idi.

Molla Məşədi Mehdi Laçın rayonu ərazisində yaşayan, bəlkə də, yeganə dini alimlərdən biri idi ki, bu daş kitabələrdəki, yazıların tarixini, kimə, hansı xalqa mənsub olmasını oxuya bilirdi.

Ermənilər bununla bağlı özlərinin yenicə yazdığı daş kitabələrin hamısını lazımı yerlərdə yerləşdirməklə məşğul olsalar da,daş kitabələrin hamısının üzərindəki yazıları dəyişdirə bilməmişlər.

Bu da Laçın əhalisinin hər zaman diqqət mərkəzində olaraq qalırdı. Bu məsələ ilə bağlı (yaddaşımda qalan söhbətlərdən) həmin vaxt Molla Məşədi Mehdiyə Laçın rayonunun o illərdəki rəhbərliyi tərəfindən də lazımınca köməklik göstərilmişdir.

Molla Məşədi Mehdi bütün yaradılmış iki tərəfli komisiya üzvlərinə və Moskvadan gəlmiş komissiyanın əsas səlahiyyətli nümayəndələrinə və alimlərinə Laçın rayon ərazisindəki məbəd və abidələrin ermənilərə yox,qədim Alban tayfalarına məxsus olduğunu tarixi faktlarla sübüt etmişdir. Yüksək tərkibdə olan komissiya üzvləri ilə birlikdə bir neçə məbədlərdəki daş kitabələri əyani olaraq tarixi fakt kimi oxuyaraq bir daha sübuta yetirmişdir.

Bununla da onların iddialarını heçə endirərək, saxta planlarını alt-üst edilmişdir.Ola bilsin ki, bu barədə arxiv materialları da saxlanmaqdadır. Növbəti cəhd üçün əgər sovet dönəmində ermənilər bunları məhv etməyibsə olsun ki,durur. Tədbirdə iştirak edən dəyərli alimlərimiz söhbəti maraqla dinlədilər.

Bu mənim bir vətəndaş olaraq yetişməyimdə o illərdən eşitdiyim həqiqətlərdən biri olub.Mən bu barədə danışdıqca görkəmli alimlərimizin arasında sanki özümü Laçındakı həmin abidələrlə bir yerdə o torpaqda o daşların arasında, üstündə, yanında hiss edirdim.

Söhbət üçün vaxt qısa olsa da, zilalı alimlərimiz məni sona qədər dinlədilər. Əlavə olaraq özümün bəzi fikirlərimi bildirdim.Təqdim olunan kitabın tarixi əhəmiyyəti barədə və bununla bağlı gələcək elmi mübahisələrdə mənfur fırılldaqçı düşmənlərlə elmi müharibədə döyüşə hazır olmağı tövsiyə etdim.

Dəyərli tarixi kitaba görə çox hörmətli Professor, filoloq-tarixçi Əjdər Tağı oğlu İsmayılova öz şəxsi kolleksiyamdan olan XOCALI -soyqırımı faciəsi ilə bağlı müəllifi olduğum poemadan bir hissəsi ilə çərçivəyə qoyulmuş hədiyyəmi Əjdər müəllimə təqdim etdim.Tədbirin sonunda hörmətli alimlərimizlə xatirə şəkli çəkdirdik.

Ədalət Badirxanov
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Levitra Bayer Bestellen Kamagra Uk Next Day Amazon Propecia cialis Amoxicillin Sensitive To Sunlight Zithromax Atrial Fibrillation