“Bölgələrdən səslər –3” layihəsinin icrasına başlanılıb



Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bölgələrdən səslər –3” layihəsi artıq start götürüb. Layihənin məqsədi:

– İstedadlı gəncləri üzə çıxarmaq;

– Ədəbiyyat təsərrüfatının canlanmasına dəstək olmaq;

– Yeni imzaların respublika dövri nəşrlərində ardıcıl çıxışına nail olmaq;

– DGTYB-nin bir ədəbi təsisat olaraq institusional inkişafına çalışmaq;

– Şeir festivalı düzənləmək;

– Festivalda daha uğurlu çıxış edən gənc yazarların ödülləndirilməsini təmin etmək;

– “Bölgələrdən səslər” toplusunun 3-cü cildini nəşr etmək;

– Bölgə yazarlarının problemləri və yara­dıcılıq uğurları, habelə bölgələrdəki ədəbiyyat təsər­rüfa­tının bugünü barədə donoru (AGİN), ilgili qurum və quruluşları – ədəbi ictimaiyyəti bilgi­ləndirməkdən (və s.) ibarətdir.


2017-ci ilin iyul ayının birinci ongünlüyündə tamamlanacaq dörd aylıq layihə çərçivəsində gənc, istedadlı yazarların əsərlərindən ibarət “Bölgələrdən səslər – 3” toplusu tərtib edilərək, nəfs nəşrlə ictimaiyyətə təqdim ediləcəkdir.

Qeyd edək ki, DGTYB indiyə kimi “Bölgələrdən səslər” toplunun iki cildini nəşr edərək ictimaiyyətə təqdim edib. Toplunun birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb. Azərbaycanın müxtəlif bölgələrində yazıb-yaradan və perspektiv vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən toplunun hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Effets Secondaire Cialis Cialis Fertilidad Propecia Sirve zoloft no prescription fast Azithromycin 500mg Dosage For Chlamydia