Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

Mərhaba,Sabir müəllim!

11-03-2017, 14:30 | 5772 dəfə baxılıb.

Lap gənc yaşlarından tanıyıram Sabir müəllimi. Elə o vaxrdan da dəyərini bilirəm onun.

Ta gəncliyindən büsbütün ləyaqət sahibi, təvazökar, səmimi və o qədər də milli-mənəvi müqəddəsliyimizi özündə yaşadan bir insandı o. Eloğluluğuyla, haqqı- salama verdiyi önəmləriylə zərrə- zərrə qazanıb hər şeyi.

Milliliyiylə daha dəyərli, daha güvənli olub həmişə. Tariximizin hər qatında bir dünya durduqca duracaq izlərimizin sevdalısıdı Sabir Şıxverdi oğlu.

Türklülüyümüzün minillərə dayanan əyilməzliyiylə öyünən, dilimizin poetik şirinliyində ballaşan dadıyla fəxr eləyən,ədəbiyyatımızın ululuğunu anlatdıqca anladan və bundan ömrü boyu qürur duyan bir mücahiddi Sabir Vəliyev.

El sevgisi, dil sevgisi, millət sevgisi,Yurd və Vətən sevgisi damarlarında çağlayan halal qanda və döyünən ürəyində bərqərardı.Dinə dayalı, ibadətə sayğılı bir insan ömrü yaşayır.

Kürüstü Kosalıda dünyaya gələn,Kür,Anaxatır, Əlyət çaylarının su aydınlığıyla saflaşan, durulaşan və ordanda bu başından o biri başına neçə-neçə at mənzili olan dədə-baba Borçalımızın üzünün nuru hörmətinə, boy boylayan, soy soylayan, halallıqan halal bir övladıdı Sabir müəllim.

Arzularının qanadında üzü göylərin yeddiqatına pərvaz elədikcə daha da cəsarətləndi və Haqdan ərmağan olan istəklərinə doğru qanad açdı və uçduqca uçdu.

-İstəyi nəydi Sabir Şıxverdi oğlunun?

-İstəyi də, diləyi də, məqsədi də, məramı da müəllim olmaqdı onun!

Əslində, onun murazında olduğu kimi, düşüncəsində olduğu kimi, mənəviyyatında da bir müəllimik hiss edilməkdə və duyulmaqdaydı.

Onu bilənlər, tanıyanlar, tay- tuşlar və hər kəs bunu görür,duyur və hiss eləyirdi.Ələlxüsus da müəllimləri.Əlbəttə, yeni bir müəllim ordusunun yetişməsinə də böyük bir ehtiyac varıydı.

Bunu II-Kosalı orta məktəbində ömür xərcləyən müəllimlərdə istəyirdi.Üstəlik onun öz doğma əmisi və müəllimi Vəli müəllimi də.(Rəhmətlik Vəli müəllim də bu sətirlərin müəllifinə də ədəbiyyat dərsi verib)

Hələ orta məktəbdə oxuduğu illərdən xalq yaradıcılığının qızıl səhifəsi olan dastanlarımızı, nağılllarımızı,bayatılarımızı və ulu ozanlarımızın ustadnamələrinə bir könüldən minbir könülə bağlanan Sabir öz yolunu müəyyənləşdirməkdə o qədər də tərəddüd eləmədi.

O, dərk eləməyi başladığı zamandan çox gözəl anlayırdı ki:

Aşıq olub diyar- diyar gəzənin ,
Əzəl başdan pür kamalı gərəkdi.

Və onu da bilirdi ki, bu yolda nə yalan var,nə riya. Bu yolda bütün dünyanın üz ağlığı bir şey var: o da həqiqətdir!Və həqiqət olan yerdə də insanlıq və insanlığa xidmət var.Necə ki o şeirin davamında deyilir:

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.


O yolun, müəllimlik yolunun yolçusu olmadan ötrü bir uğura baş vurdu Sabir.

... Bizim Kürüstü Dəmirçihasanlı kəndlərinin müdriklərindən el deyimi, ata sözü qalıb dillərdə. Və həmin atalar sözündə deyilir:”əsər Gəncə, bitər yonca.” Orta məktəbi uğurla bitirən Sabir də üz tutdu və yön çöyürdü mədəniyyətimizin qədim və ulu beşikərindən olan Gəncə şəhərinə.

Getdi ki, ordan da əli də, ürəyi də, beyni də dolu qayıtsın və doğma Borçalımızın yamyaşıl murazında “ Yonca” bitirmək üçün güc gətirsin.

Bunu gənc Sabir ürəkdən- candan istədi və Gəncə səmtinə yollandı.

Nağıllar şəhəri, “ Əsli və Kərəm” dastanının baş kəndi Gəncəyə çatmaq üçün “az gedib, uz gedib, dər- təpə düz gedib” yeddi günə varılası şəhər döyüldü.

Amma o zamanlar Sabirə görə qərib şəhər idi və uğuru xeyir oldu Sabirin bu şəhərdə.Baxtı açıq oldu,yığvalı yeyin.

Tələbəsi olduğu Gəncə Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) ədəbiyyat fakültəsinin tələbəsi oldu və dörd ildən sonra “ Gəncə küləyi”ni əsdirdi doğma Borçalının müqəddəs diyarına.Bir zamanlar ona dərs deyən müəllimlərinin sırasında yer aldı.

Sabir müəllim kimi və Hajı müəllimin,Davud müəllimin,Mövlud müəllimin, öz əmisi Vəli müəllimin,Xıdır müəllimin,Məmməd müəllimin işlədiyi məktəbdə bir Sabir müəllim də öz imzasını yazdı.Bu zaman artıq 1981- ci ilin yeni dərs ili idi.

1958- ci ildə doğulduğu kənddə müəllim kimi işə başlayırdı.

Öz doğma elinin gül balalarının saf və nurlu gələcəyinin memarlarından oldu və bu yolda düz 10 il Fərhad kimi külüng çaldı.Öz halallığı,əqidəsi, amalı və idealı olan kəslər Haqqın ən dəyərli insanlarıdı.

Sabir müəllimdə öz müəllimliyiylə qürur duyduğu kimi, tərbiyə verdiyi,təhsilini nurlandırdığı şagirdləriylə öyündü.

Onun işlədiyi orta məktəbin onlarla məzunu öz həyat yolunu müəyyənləşdirdi.Onlarda öz Sabir müəllimlərinə bənzəmək istəyənləri də az deyildi.

Ədəbiyyatımızı tədris eləyirdi Sabir müəllim. Nizami hikmətini,Füzuli dühasının dərinliyini, Səməd Vurğun ucalığını öyrədirdi şagirdlərinə. Öyrədirdi və öyrənirdi o.

Ulu Peyğəmbərimizin ”Beşikdən məzara qədər öyrənmək” fəlsəfəsindən dərs alırdı o.

1991- ci ildə il. Zaman bizim əleyhimizə işləməyə başladı.Nə qədər diləklər hasil olhaoldaydı, hayıf! Zaman nə qədər çalxalandı-bulandı.Və həm onda yalançı “ Sovet birliyi”nin yaratdığı boş cəfəngiyyatlar darmadağın oldu.

Onda neçə- neçə murazı yarıda qaldı əsil hədəfi olanların.

Amma öz nəzakətiylə, davranışıyla,insani keyfiyyətləriylə könüllərdə taxt qurmuşdu Sabir müəllim.Fəqət, ögeyliyə, biganəliyə,laqeydliyə tab gətirmədi. Meydan da daraldığqca daraldı.

Və bu zaman Yurd,Vətən və Millət sevdalısı olan bu insan da Allahı çağırıb bir səmtə doğru yola çıxdı.

Getdiyi yol da onu dünyanın böyük şəhərlərindən olan Moskvaya aparırdı.

Amma o hara getsə də arxada heç zaman unudulması mümkün olmayan Borçalı adında müqəddəs diyar varıydı.

Qurmaq, yaratmaq, yenidən özündə güc tapıb büdrəməmək daha önəmliydi.

Və Sabir müəllim bu gücü tapdı və yenilənməyə doğru özünü tarazladı.Belə bir ulu söz var: “ Cahan dəyirmanında zəiflər üyünər həmişə.” Üyünmədi bu Borçalı oğlu.Və onun xoş sorağı bütün Rusiyaya, ordan da doğma Kosalıya, Kürüstü ellərinə və Borçalıya yayılmağa başladı.

Neçə- neçə gəncin qolundan tutdu,neçəsinə yol göstərdi, çörək qazandırdı.Və özü də yaşca, təcrübəcə özündən böyük eloğlularından nəsihət aldı,onlarla əl- ələ verdi.

Bu Yurddan uzaqlarda çəkici- baltanı bir yerə vuran eloğlularımızın ağız birliyi deməkdi.

Ən dəyərli eloğlularımızdan biri kimi onunda bir ayağı getdiyi və yeni dünya qurduğu diyarda , bir ayağı da doğma Yurdun qucağında qurur- yaradır.

Ev-ev,məhlə-məhlə,kənd- kənd abadlaşır ellərimiz. Orda da, burda da qaynayan qazanlarda bişirilən şorbalarda duzu var Sabir müəllimin.

Adı həmişə ön cərgədə anılır,ləyaqətli kişilər sırasında cəmləşən səmimiyyəti necə var eləcə də calanib ömrünə.

Ziyalılıq insanla ana bətnindən gəlir əslində.O nə diplomla,nə vəzifəylə verilmir sonradan.

Anadan ziyalı doğulanlardandı Sabir Şıxverdi oğlu.
Yaşı 59! Demək 60-yaşın astanasında. İllər öncəsi onda olan həmin səmimiyyət, həmin ləyaqət, həmin insanpərvərlik.

Ömrün ən yetgin anlarına qədəm basır Sabir müəllim.Ən böyük qazancı böyük Mövlanə demiş: Həm olduğu kimi görünən, həm də göründüyü kimi olan bir insandı o.

Bəlkə də dünyanın hər yerində dostu var və ya işbirliyində olduğu adamlarla bağlıdı.Rusiyada Azərbaycan Diasporunun ən tanınan simalarındandı.

Nə qədər hörmət- izzət sahibidi.Yenə həmən- həməndi.Hər kəs ona Sabir müəllim deyir.

Xoş siması,gülümsər çöhrəsi,mehriban ünsiyyəti yenə həminkidi.

Əzəlki tay-tuşları, köhnə dostları yenə onunladı. Doğma elin toylarında, bayramlarında,acılı-şirinli günlərində həmişə eldədi və ellədi.

Belə övladlarıyla öyünər Vətən!
Belə övladlarıyla qürur duyar el-oba.

Yurdun başucalığı,alın açıqlığı olanlara mərhaba!
Mərhaba Sabir müəllim!

Rusiyada yaşayan və bizi təmsil eləyən hər kəsə doğma Borçalıdan mərhaba!

Osman Əhmədoğlu.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı

Mətanət Əsədova sevgisindən danışdı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Qulu Məhərrəmlinin Fətullah Gülən sevgisi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının