Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

“BU FƏLƏKLƏ NƏRD ATASAN”

1-04-2017, 23:56 | 8552 dəfə baxılıb.

Mövlud MÖVLUD,
Yazıçı

“BU FƏLƏKLƏ NƏRD ATASAN”

Uzaq 2004-cü ilin iyulunda biz, yəni – mən, Murad Köhnəqala və Şərif Ağayar “Torqovı”nı ayağımızın altına almışdıq.

Dissident yazıçılar haqqında söhbətimiz “Azərbaycanda dissident varmı?” sualına gəlib çatanda mən Sücaətin, Bəhmən Vətənoğlunun və Azaflı Mikayılın, Alqayıtın adını çəkdim. Murad mənim çəkdiyim adlarla razılaşıb özü də bir ad əlavə elədi – Sərraf Şiruyə. “İstedadlı şairdir, – dedi. – Sovet dönəmində uzun müddət çap oluna bilməsə də, şeirləri dillər əzbəri idi”.

Gözünə dönüm Şərif, Azərbaycan türkcəsində şeir yazan elə bir adam ola bilərmi ki, heç olmasa bir bəndini əzbər bilməsin:

Bu fələklə nərd atasan,
Şeş-beş verən zərin ola.
Ortalığa bəxt qoyasan,
Aparmağa sərin ola.

Bu adı birinci dəfə idi eşidirdim. Bundan sonra Şiruyənin kitabını axtarmağa başladım. Uzun müddət Sərraf Şiruyənin kitabını istədiyim şairlər mənə onun yox, öz kitablarını bağışladılar. Taaa, o zamana kimi ki...
Bir müddət əvvəl tanış olduğum gənc şair Qılman İmanlıyla dostluğumuzun neçəncisə ayında təsadüfən öyrəndim ki, Sərraf Şiruyə onun əmisidir. Qılmandan Şiruyə müəllimin kitabını aldım və bir günün içində oxuyub bitirdim. Neçə gündür bu şeirlərin təsirindən çıxa bilmirəm. Çox qəribədir ondan yüz dəfə istedadsız adamlar Bakıda Leninə, partiyaya şeir yazıb, qələm dostlarından KQB-yə xəbərlər aparanda o, Göyçədə müəllimlik edir, ürəyindən keçən şeirləri yazırdı. Ona görə indi o dövrün çox şairindən bir misra da bilən yoxdur. Amma Sərraf Şiruyənin şeirləri el məclislərində aşıqların, xanəndələrin dilindən düşmür.
Sərraf Şiruyənin dillər əzbəri olan şeirində bir yer var:

…Ay Şiruyə, al geyəsən,
Yaman gözə gəlməyəsən.
Bir deyənə beş deyəsən,
Arxada bir nərin ola.

Amma qəribə burasındadır ki, bu ziyalı insanın arxasında ömürboyu heç bir vəzifəli-pullu insan dayanmayıb. Onun arxasında dayanan el məhəbbəti, insanların sevgisi olub. Şairin istedadına və şəxsiyyətinə olan sevgi.

Əziz oxucular, mən Şiruyənin kitabını çox gec tapdım, (xoş təsadüf nəticəsində) gec oxudum. Biz həmişə öz mənəvi xəzinələrimizin qiymətini belə gec bilmişik. Bütün bəşəriyyət bu vəziyyətdədir. Türkiyə Orxan Pamuku, Argentina Maradonanı, ABŞ Mayk Taysonu anlamır. Fransa Şarl Bodleri, Rusiya Qoqolu anlamayıb. Vaxt var ikən mənəvi xəzinələrimizin qədrini bilin, dostlar, yoxsa gec olacaq. Çooox gec olacaq.

Və nəhayət sonda yazımı Şiruyə müəllimin bir şeiri ilə bitirmək istəyirəm. Bu şeir kimi onlarla gözəl şeir oxumaq istəyirsinizsə, Sərraf Şiruyənin kitablarını mütləq tapıb oxuyun.

Gözəllik, göyçəklik hər bir insana,
Taleyin verdiyi öz qismətidi.
Nə uca boyum var, nə gözəlliyim,
Mənə də verilən söz qismətidi.

Bir can verib alar fələk aparar,
Salar qəza-qədər kələk aparar,
Gülün qoxusunu külək aparar,
Bülbülün çəkdiyi naz qismətidi.

Sərraf Şiruyəyəm, ey parlaq ayım
Ey könül həsrətim, ürək ax-vayım.
Bir quru baxışa qalıbdı payım,
Qoy baxsın doyunca, göz qismətidi.

Çox sağ olun, Şiruyə müəllim! Yaxşı ki, siz varsınız!

“525-ci qəzet”, №95(3171),
28 may 2010-cu il
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Sərnişinlərə əzrayıllıq edən avtobus sürücüləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının