Müğənniyə efirlər qadağa qoydu



Özünü müğənni kimi sınayan teleaparıcı Olqa Buzova yeni mahnısını təqdim edib. Mahnı "Люди не верили" adlanır.

İstiPress xəbər verir ki, bu sayca aparıcının işıq üzü görən üçüncü mahnısıdır. İlk gündən mahnı "iTunes" ödənişli musiqi yükləmə saytında lider olmağı bacarıb və bütün rus müğənnilərinin mahnılarını geridə qoyub.

Lakin radiostansiyalar mahnını öz dalğalarında səsləndirməkdən imtina ediblər. Bu da Buzovanın ürəyincə olmayıb:

"Hər birimizin həyatında elə hadisələr baş verir ki, ətrafdakılar bizim hansısa işi görməyə gücümüzün çatmayacağını düşünür. Etiraf edim ki, mən də inanmırdım bu işin öhdəsindən gələcəyəm. Hələ də öyrənirəm. Mənə çətindir... Bu azmış kimi məni təhqir edirlər, hər tərəfdən zərbələr endirirlər. İnsanların mənə qarşı təzyiqini hiss edirəm. Bilirəm hansısa prodüser çıxıb deyəcək ki, bu incəsənət deyil. Bununla da mahnılarıma qadağa qoyulacaq. Amma mən sizin üçün oxuyuram".
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi