Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

Leylanın poeziyası və yaxud poetik hissin tərcüməsi...

20-04-2017, 17:30 | 5782 dəfə baxılıb.

Şeir dünyam, mən səni
sevirəm , çün ki safsan.
Cövhərindən doğmasan,
doğrusan, yalanın yox!
(Leyla Əliyeva)

“O adam ki, öz ruhunu fəth edir,
bir şəhəri fəth edən adamdan daha böyükdür.”
( İncildən)

Elə indicə "min" ilin dostu, istedadlı yazıçı-publisist Mahir Qabiloğlunun yaradıcılıq "təndir"indən isti-isti çıxan və onun təqdim-tərcüməsində "Poeziya" adlandırdığı rus dilində yazıb-yaradan Leyla Əliyevanın şeirlərindən ibarət zərif və lətif, abstrakt-kollaj dizayında bir kitabı aldım və isti-isti vərəqlədim...

Kitabın redaktoru şair-publisist Əkbər Qoşalı, dizayneri Zaur Qafarzadə, bədii tərtibçisi Cəlil Qaryağdıdı.

Kitaba şairə Leyla Əliyevanın müxtəlif illərdə yazdığı, 2014-2015-ci ildə tərcümə edilən 55 şeiri daxil edilmişdir. Bu şeirlərin hər birisi müasir insanın daxili çarpışmalarını, ruhi sarsıntılarını, psixoloji durumunu əks etdirən poeportretləridir...

Leyla Əliyevanın şeirlərinin müxtəlif dillərə tərcümələri məlumdur. Bu kitab onun şeirlərinin Azərbaycan dilində kitab şəklində çap edilməsinin ikinci faktıdır...

Leyla Əliyevanın Azərbaycan dilində birinci kitabı tanınmış yazıçı-tərcüməçi Afaq Məsudun tərcüməsində "Dünya yuxu tək əriyir" (2016) adlanır.

“Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə ədəbi mühitə qədəm qoymuş gənc, istedadlı şair Leyla Əliyeva İlk qələm təcürbələrindən başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən bir şair kimi artıq neçə illərdən bəridir ki, (Leyla Əliyeva orta məktəb illərindən, 10 yaşından şeir yazmış, hazırda 20 ilən artıq bir yaradıcılıq yoluna malikdir) geniş, intellektual, həssas oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb...

Buna baxmayaraq, onun orjinalda "Если б звезды ступеньками стали" ("Ulduzlar pillə-pillə düzülsəydi səmaya") adlanan ilk kitabı da, keçən il məşhur rus şairi Andrey Dementiyev Poeziya evinin təşəbbüsü ilə Moskvada işıq üzü görübdür. Məlumat üçün deyək ki, kitabın Moskvada 23 aprel 2016-cı ildə məşhur, tanınmış ədəbi, siyasi, mədəni xadimlərin və ictimaiyyətin iştirakı ilə geniş təqdimatı keçirilmişdir. )

Bu kitabda toplanan şeirlər Leylanın bu günə qədər kecdiyi olduqca maraqlı və cazibadar yradıcılıq yolunun "yol xəritəsi"dir. Bu şeirlər mayasını həqiqətlərdən almış həyat mənzərələrinin ruhla yoğrulmuş poetik ifadəsidir...

Burada müəllifin ən böyük uğuru və qələbəsi, yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirmək bacarığıdır.

Bu şeirlər insanı düçündürən, heyrətləndirən, qeyri-adi hisslər axarına salan, həyata marağı və diqqəti artıran dinamik bir enerjiyə malikdir. Burada, ən başlıcası, sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq da, qüssə də, kədər də, tənhalıq və səmavilik də şəfqət dolu poetik lövhələrdən ibarətdir:

...Allahımı sevirəm,
ona yaxın olanda göylərə ucalıram;
Əllərimlə astaca qübbəni oxşayıram.
Möcüzəyə inamı könüllərdən qoparan
həyəcanı atıram; Sadəcə unuduram.
İncikliyi, təlaşı, həsədi, paxıllığı
silirəm ürəyimdən,
çətinə düşənlərə kömək, arxa olmaqçun
Allahdan yalnız qüvvət, bir də güc diləyirəm.

Mahir Qabiloğlunun tərcümələrini xeyli müddətdir ki, "Modern.az" saytından (yeri gəlmişkən, bildirim ki, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğində və yayılmasında bu saytın böyük xidmətləri var) izləyirəm, oxuyuram, tənqid və təqdir (təqdir daha çox olub) dolu şərhlərimi bildirmişəm. "Vaxt" şeirinə şərhdə (11.08.2014)yazmışdım: "Bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən də düşünrəm: "Allah, nələr bilirəm..! Baxırsan hər şeyim var, Ruhumsa itir-batır.

Dörd yanım adam dolu, Təklikdən qulaq batır..." Həqiqəti və müasir insanın ruhi vəziyyətini bu dərəcədə real və yüksək poetik tərzdə təqdimatı məni olduqca təsirləndirdi..." Və yaxud, "Ana, nə olar, getmə!" ("Мама, не уходи!") şeirinə yazdığım (05.06.2014) şərh: "Şeir də,tərcüməsi də, xoşuma gəldi! Orjinalın da oxumuşdum. Şeirin mövzusü yenidir, təzədir, hisslər incə və zərifdir.

Bir körpənin dilindən böyüklərə dərsdir: Anacan, inan ki, mən, " Danışmağı bilsəydim, bu fani dünyamızda, Necə yaşamaq lazım. – Öyrənərdin sən həmən, Öz körpənin dilindən.." - gözəldir, təsirlidir!! Şeirdə psixologizm güclüdür, həm də elmi əsaslara söykənir.

Hamı bilmir ki, uşaqların təfəkkürü, psixologiyası dörd yaşına qədər formalaşır... Tərcümə anlaşıqlıdır, müəllifin duyğları, hissi qorunub."Özgüvənim" sözü tapıntıdır... Şairəyə də, tərcüməçiyə də təşəkkürlər! Mahir müəllim, bu işi davam etdirsəniz, olduqca yaxşı olar... "

Yeri gəlmişkən qeyd edim ki, sosial şəbəkələrdə Leyla Əliyevanın elə bir şeiri yoxdur ki, ona oxucu münasibəti, oxucu rəyi bildirilməsin. Bu cəhətdən Lela ən oxunaqlı, deyərdim ki, xoşbəxt şairdir və onun yaradıcılığına geniş oxucu marağı və rəğbəti var ki, bunu təsadüf saymaq olmaz...

Şəxsən mən, Mahirin yerinə olsaydım, ictimaiyyətin fikri və münasibəti kimi həmin şərhləri ünvanlı-tarixli, sənədli-sübutlu şəkildə bu kitabda verərdim...
Bir var şeirləri ayrı-ayrı vaxtlarda, tək-tək oxuyasan, bir də var toplu halında...

Şeirləri toplu şəkildə, kitabda oxumağın da, özgə bir aləmi var... Bu tərcümələrdə hər şey orjinaldır, təzədir-tərdir... Əslində bu tərcümə deyil, beyinə, hissə qoşulmaqdır.

Tərcüməçi o vaxt müvəffəq olur ki, o şairin hissini, duyğusunu, düşüncəsini özününkü edir, "özəlləşdirir", ümumi bir ladda ahəng, harmoniya tapılır... Mahir Qabiloğlu buna müvəffəq olubdur...

Mənə elə gəlir ki, nə şairə Leyla Əliyevanı, nə də yazıçı-publisist, indi isə tamamilə yeni bir ampulada özünü təqdim edən poeziya tərcüməçisi (məhz tərcüməçi yox, poeziya tərcüməçisi) Mahir Qabiloğlunu müasir oxuculara təqdim etmək lüzumu yoxdur... Onları ədəbi ictimaiyyət əladan-əla tanıyır! Qoy olsun! Amma yenə də yaddaşı təzələmək lazımdır və ola bilər ki, bilməyənlər də olsun...

Şair leyla Əliyeva haqqında qısa məlumat: " Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub, orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb, burada da, ictimai fəaliyyətə başlayıb Azərbaycanlılar Klubunun sədri olub. Sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Moskvada “Baku” jurnalının təsisçisi və baş redaktoru, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifələrində fədakarcasına çalışıbdır, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb, Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.

Onun azərbaycançılığa, dövlətimizə, mədəniyyətimizə səmərəli xidmətləri həmişə diqqət mərkəzində olmuş və qiymətləndirilmişdir. Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb, BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub, Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb, III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa”
ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb, Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif edilib və nəhayət 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb və s. və s."

Bu, Leyla Əliyevanın ictimai xadim kimi işini və fəaliyyətini qismən əks etdirən rəsmi təqdimatdır və doğrusu, mənim özüm də, bu təqdimatın bir çox faktları ilə indi tanış oldum...

Bu ictimai fəaliyyət, demək olar ki, müasir həyatın bütün sahələrini, xüsusən də, təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, ekologiya məsələlərini əhatə edir.

Bu, xeyirxahlıqla dolu, olduqca humanist, milli-beynəlmiləl miqyaslı, dünya çapında olan masştablı, bəşəri səviyyədə faydalı bir fəaliyyətdir...

Əslində insanlığa töhfə verən bir fəaliyyətdir... Onu da deyim ki, Leyla Əliyevanın ictimai-siyasi fəaliyyətinə onun şairlik xarakteri, şairliyinə isə ictimai fəaliyyəti bir-birinə yaxşı mənada olduqca yaxından kömək edir, yeni ifadə ilə desək yansıyır..

Amma indilikdə, bunların heç birisinin bizim mövzumuza dəxli yoxdur. Bizim mövzumuz ictimai xadim Leyla Əliyevanın fəaliyyəti deyil, şairə Leyla Əliyevanın yaradıcılığıdır.

Yaradıcı istedada malik və daxili dünyasını qələmlə, fırça ilə realizə edən Leyla Əliyevadır və rus dilində qələmə alınmış bu poetik yaradıcılığın Azərbaycan dilinə Mahir Qabiloğlunun tərcümə faktıdır... Bu artıq ictimailəşmiş ədəbi faktdır və ədəbi fakta münasibət bildirməksə vacibdir... Görülən işi, özü də vicdanla, ürəklə, istedadla görülən işi müəyyən "səbəblər" üzündən görməməzliyə vurmaq günahdır...

Məsələ burasındadır ki, tənqidimiz bu maraqlı şairin əsərlərini indiyənə qədər vaxtında görüb qiymətləndirə bilməyib və ayrı-ayrı fikirlər, münasibətlər, şərhlər yazılsa da, Leyla Əliyevanın yaradıcılığı bütövlükdə təhlil edilməyib, bu yaradıcılığın bədii-estetik xüsusiyyətləri, məxsusiliyi müəyyənləşdirilməyib, halbuki bunu onun əsərlərinin səviyyəsi və ədəbiyyatımızın maraqları tələb edir...

Leylanın şeirlərini oxuyanda, buradakı kənardan gəlməyən, təsirlənmələrdən uzaq canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına məxsusluğu könlümü rahatlayır...

Belə bir ifadə var -- "Dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı taleyi var" və mən indiki məqamda deyə bilərəm ki, Leylanın özünəməxsus şair taleyi ədəbi mühitdə artıq özünü təstiqləmişdir...

Leylanın poeziyasındakı təbiilik, sadəlik, özünəməxsusluq, sadə və iddiasız poetik təhkiyyə estetik kateqoriya səviyyəsində təqdim edilir. Bu sadəlik, təbiilik insan mənəviyyatındakı mürəkkəb situasiyaları, psixoloji məqamları aça və göstərə bilir.

Leyla öz daxilində üzləşdiyi gerçəklikdən gələn impulsların cilovanmasını həyatının ən çətin sınağı kimi görür və yuxusuzluq və narahatlıq dolu gecələrin duyğularını, hisslərini, emosiyalarını şeirə çevirir, bununla da mənəvi rahatlıq tapır... Aşağıdakı misralar onun estetik kredosudur:

Söylə görüm, haradasan?
Dünyanın ən yaxşısı –
təmizqəlbli insanı..?
Hansı uzaq qitədə,
hansı məmləkətdəsən?
Bir görüşün xətrinə
dənizlər, çaylar keçim,
təki sənə rast gəlim...

Leylanın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və elə söhbət edir ki, demədikləri dediklərindən artıq olur və sən, o deyilməyənləri təhtəl-şüurla hiss edirsən, hissin, duyğunun alt qatları səni özünə çəkir, ikinci bir şüuraltı lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır...

Leylanın yaradıcılığı qoşa qanaddan ibarətdir. O, həm rəssamdır, həm də şairdir... Leyla rəssamləğı barədə fikrini, münasibətini belə bildirir:

“Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir - nəticə isə uğurlu ola da bilər, olmaya da.

Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir.

Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir”.

Göründüyü kimi, leyla xanım özü rəssamlığına xobbi kimi baxır... Əslində, belə deyildir. Onun çox nüfuzlu, məşhur beynəlxalq rəsm sərgilərində nümayiş etdirilən və bəyənilən, məşhur sənətkarlar tərəfindən yüksək qiymətləndirilən rəssamlıq işləri göstərir ki, Leyla xanım bu sahədə də bacarıqlıdır, istedadlıdır...

Yenə də, qeyd edək ki, bu onun öz seçimidir və bəlkə də, haqlıdır...
lakin şair Lela Əliyevanın şeir, poeziya yaradıcılığı heç cürə xobbi deyildir, bu yaradıcılıq stixiyası, istedadın təlabatı, qəlbin ehtiyacıdır, bədii-estetik missiyadır. Ürəyin döyüntülərindən doğan hissin, duyğunun poetik etiraflarıdır:

Gedim bir az ağlayım,
elə-belə... astaca.
Ürəyimi gizlədim
yastığımın altında.
Pəncərəni açaraq
kövrəlmiş ürəyimi
bəlkə həyətə atım?!
Həyatın ağuşuna...
Yox, yaxşısı budur ki,
gedim bir az ağlayım,
elə-belə... astaca.

Bu səmimi, duyğulu hisslərlə yoğrulub-yapılmış şeiri qəlbi poeziya ilə döyünən, əsil təbii istedada malik şair yaza bilər və yazıbdır... Leylanın orta məktəb illərindən şeir yazdığı məlumdur.

Bu o dövrdə poeziya yoluna gedən cığırda hələ məsum, bərkiməmiş, kövrək addımlar idi... lakin bu zərif poetik addımların özü də inandırırdı ki, leyla poeziyanın şahrah yoluna əzmlə çıxacaq, heç kimin yazmadığı, bəlkə də yaza bilmədiyi şeirləri yazacaq...

Məncə, bu addımlar hələ də, "kövrəkliyində" qalır və getdikcə mövzu və janr imkanlarını genişləndirərək məsul və çətin poeziya marafonunda öz möhtəşəmliyini nümayiş etdirəcək, yeni-yeni poetik rekordlara imza atacaq...

Leylanın şeirlərinin mövzuları olduqca fərqlidir və rəngarəngdir, lap rəssamın rəng qutusunda olan rənglrin, palitranın çalarları kimi... Burada ictima mühit, ətraf mühit və bəşəri-psixoloji mühit cox maraqlı, cazibədar, təkrarsız, müəllifə məxsus çalarları ilə ifadə edilir və poeziya formatında əksini tapır.

Onun şeirlərində adi insani münasibətlər - onların hissləri, həyəcanları, məhəbbətləri, kədərləri, duyğuları reoromantik (realist-romantik) üslubda, amma ictimai məzmunda təqdim edilir ki, bu hər müəllifə müyəssər olmur. Fərdi, şəxsi insani hisslər sonda ümumbəşəri məna tülündə cilvələnir...

Leyla xanım dünya və Avropa, bu sırdan da, rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilir. Dünyanın bir sıra məlum-məşhur xarici dillərinə mükəmməl yiyələnibdir. Həmçinin, nümunəvi ailə religiyasından süzülüb gələn dəyərlər...

Bütün bunlar onun poeziyasının hissi-intellektual layında özünü bariz şəkildə göstərir.
Leylanın şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur və polifondur... Leyla bir şair kimi təbii hissin tərcümanıdır, hissin, emosiyanın sözlə bəstəçisidir...

Başqa bir keyfiyyəti də qeyd edək, onun şeirlərində mövzuya və məzmuna, hətta hiss və duyğuya bir kreativ yanaşma münasibəti var. Və bu latent deyil, açıq-aşkar görsənir... Kimsəsizlər evində müşahidə etdiyi acı lövhədə olduğu kimi:

Ana, nə olar, getmə!
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
Əbədiyyən qərq etmə.
Al isti qucağına,
Öp məni... Məni oxşa.
Göydə ulduzlar yansın
Bir ani baxışınla...
...Anacan, inan ki, mən,
Danışmağı bilsəydim,
bu fani dünyamızda
Necə yaşamaq lazım. –
Öyrənərdin sən həmən
Öz körpənin dilindən...
Ana, məni tərk etmə,
Sənə üz tuturam mən.
Eşit, inan və anla,
Səninlə nəfəs alır
Bu məsum, gözəl körpən...

Herman Hessin sözüdür: "Ağıllı insan xoşbəxtlik, bolluq və rəngarənglik içində keçirdiyi həyatla deyil, sadiqliyi və öz tələblərini məhdudlaşdırmağı ilə xoşbəxt ola bilər." Mən Leylanın poeziyasının lirik qəhrəmanını Mahrin təqdim etdiyi tərcümələrdə belə xoşbəxtlərdən biri kimi gördüm!


Leylanın şeirlərinin arasında ortabab şeir yoxdur... Olsa da, İnsani hissin təbii və səmimi, sakit, həlim axarının yaratdığı ovqat bu ortabablığı görməyə imkan yaratmır... Həyat onun üçün tənhalığı sevən məbəd deyil, tənhalığı müqəddəsliyə çevirən məbəddir...

Bu tənhalıq ölüm uçrumuna aparmır, bu tənhalıq uçrumdan atlanan və önündə əsrarəngiz həyat-təbiət mənzərələri açılan tənha idmançının planerlə ənginliyə uçuşuna bənzəyir...
Onun şeirləri təkbaşına hisslər dünyasına səyahətdir və bu səyahətə oxucusunu da dəvət edir.

Onun lirik qəhrəmanı burulğanlı hisslərlə dolu bir həyat yaşayan, qəlbində insanlığa, ətraf mühitə sevgi yükü daşıyan, pessimizmidən uzaq ərköyün əzabkeşdir və sanki ürəyinin ətraf aləmlə həmahəngliyi üçün lazım olan hisslərin axtarışındadır:

Я пойду чуть-чуть поплачу,
не скажу как мне печально.
Сердце отвезу на дачу,
в море утоплю нечаянно.

Выброшу его на ветер,
ветер в даль его несет.
Не смогло оно ответить,
почему так душу рвет.

Tərcüməsi:

Kimsə duyuq düşməsin
kədərimdən, qəmimdən,
Durub yol alım bağa --
astaca ağlamağa...
Götürüm ürəyimi
atım coşan ümmana --
dalğaların qoynuna.
heç dinə də bilməsin --
"Niyə sığmır sinəmə?"
Gah tufan, gah rüzgar
apardıqca uzağa.

Bütün bu hissi dilemmlara baxmayaraq birdən-birə lirik qəhrəman acı çəkən ürəyinə, elə bil, yazığı gəlir, birdən-birə minor hisslər mojor tülə bürünür, qəmginliyin içində şən auranı tapa bilir. Mənə elə gəlir ki, Leyla güclü emosiyalara malik bir insan kimi, həyatda bu emosiyalarını boğmağı bacaran, amma poeziyasında bu emosiyalara sərbəstlik verən bir şəxsiyyət tipidir:

Yox! Yaxşısı budur Ki,
Qoy dirrikdə basdırım,
dirilib (cücərib) çiçək olsun.
Ya da ki, bala tutum,
acısın unutdurum.
Özümü aldatsam da.
qoy ruhu ovundurum,
acısın unutdurum...

Leylanın "Gedim bir az ağlayım" şeiri Mahirin ilk poetik tərcüməsidir. Və Mahirin də özünün dediyi kimi, bu şeirin heyrətamiz məzmunu, lirik ovqatı onu elə tutubdur, elə ovsnlayıbdır ki, Mahir bütün yerdə qalan tərcümələrində də bu ovsundan xilas ola bilməyibdir...

Fransız şair və tərcüməçi Eтyенн Dole (1509-1546) hesab edirdi ki, tərcüməçi aşağıdakı beş əsas prinsipə tərcümədə riayət etməlidir: "Tərcümə edilən mətnin məzmununu mükəmməl şəkildə mənimsəmək və müəllifin niyyətini dürüst başa düşmək; tərcüməçi hər iki dili -- həm tərcümə etdiyi dili, həm tərcüməni etdiyi dili mükəmməl bilməlidir; sözbəsöz tərcümədən qaçmalı, buna meyil etməməli, çünki bu orijinalın məzmununu pozur, mənanı təhrif edir, mahiyyəti korlayır, sözün bədii-semantik mənasını dəyişdirir; tərcümədə mümkün qədər sözün, nitqin ümumişlək formalarından istifadə etmək; sözləri düzgün seçib, düzgün yerləşdirməklə orijinala müvafiq, uyğun gələn "tonallıq" barədə ümumi təəssürat yaratmalıdır."

İngilis tərcümə nəzəriyyəçisi A.F.Taytler isə "Tərcümənin prinsipləri" (1790) kitabında tərcüməyə verilən əsas tələbləri aşağıdakı şəkildə şərh edibdir: "Tərcümə orijinalın ideyasını tam şəkildə, olduğu kimi əks etdirməlidir; tərcümənin üslub və ifadə tərzi orijinaldakı kimi olmalıdır; tərcümə orjinal kimi asan oxunmalı və mənimsənilməlidir, yəni, mümkün qədər tərcümə edildiyi bilinməməlidir."

Aradan yüz illər keçsə də, bu prinsiplərə indi də əməl edilir... Mahirin özü də, bu prinsiplərin əsas olanlarına əsaslı şəkildə əməl edibdir...

Ümumiyyətlə, tərcümə nəzəriyyəsində sətri tərcümə, bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə və s. təkin anlayışlar var. Bəs, Mahirin tərcüməsi bunların hansına uyğun gəlir?

Belə götürəndə heç birinə.Lap,"nəzəriyyələşdirsək"
Mahirin tərcümə üslubu, manerası bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə formalarının sintezindən ibarətdir.

Başqa sözlə,bu tərcümələrin öz vahid, orjinal üslubu var. Mahirdə, demək olar ki, bütün şeirlər eyni üslubda, ritmdə, bölgüdə, eyni melodik ladda tərcümə edilibdir.

Bunlar tərcümə praktikasında yoxdur. Leylanın şeirləri sillabik və sillabik-tonik vəzndədir və vəznin kompoziyası -- ritm, qafiyələnmə, bəndləmə, şeirin qrafik strukturu da bu vəznlərə uyğundur.

Bunların heç birisi Mahirin tərcümələrində qorunmur. Amma Leylanın şeirlərinin Mahirin tərcüməsində Etyen Dolennin və A.F.Taytlerin tövsiyyə etdikləri tərcümə prinsipləri əksərən əksini tapıbdır.

Mahir Qabiloğlu bu məsuliyyətin daşıyıcısı kimi virtuoz tərcüməçi imicində çıxış edə bilibdir... Tərcümələrində təkcə fikri deyil, hissi də verə bilibdir ki, bu tərcüməçilik praktikasında ən çətin bir işdir, demək olar ki, mümkünsüzü mümkün edə bilməkdir!!

Yəni, bu sözlə edilən tərcümə deyil, latent tərcümədir, mətndə gizlənən, sözlə ifadə edilməyən, yaxud söz içində gizlənəni aşkarlayan tərcümədir... Bütün bunları tərcümədə qoruyub saxlamaq, ifadə etmək təkcə səriştə məsələsi deyil, həm də tərtəmiz istedad məsələsidir...

Yalan, gəl tövbə edək –
Uydurma, yalan sözə
bu gündən vida edək.
Axı kimə və nəyi
utanırıq deməkdən?
Yalan meyvə qurdu tək
qəlbi yeyir içindən.
Düzdən niyə qorxaq ki? –
dili düz söz tutmayan
əyrilər qorxsun ondan...

Leylanın şeirlərində insanın keçirdiyi gündəlik təbii hisslər qəribə bir tərzdə ictimai məzmuna çevrilir və müəllifin də ictimai mövqeyini sərgiləyir. Ona görə də, onun sırf fərdi motivli şeirlərində də ictimai mövqe qabarıq görsənir...

Leylanın lirik qəhrəmanı həyat dolu insandır, qəmi qəm kimi, sevinci sevinc kimi özünəməxsus bir tərzdə, gizləmədən, ört-basdır etmədən yaşaya bilir... Ən yaxşı budur ki, gənc şairə Leyla indi tüğyan edən psevdoədəbiyyatdan min mil uzaqdır...

Leylanın şeirlərində həyatın təzadlarını əks etdirən hiss, duyğu, fikir bulaq suyu qədər duru, səhər səması qədər aydındır. İroniya, örtülü, gizli heç nə yoxdur... Leylanın şeirlərində hissin sərbəstliyi yox, öz lətafəti, sahmanı olan hissin, ruhun təbii azadlığı var və yaxud, bütün bunları görmək arzusu var...

O bir şair kimi, deyərdim ki, narahat ruh daşıyıcısıdır və bu narahat ruhu sahmanlamaqla məşğuldur. Onun şeirlərində bəşər övladının üzləşdiyi ziddiyətli tendensiyaların reallığına, hətta müəllifinin yaşına uyğun gəlməyən daha yetkin, daha gözüaçıq bir yanaşma sərgilənmişdir.
Onun poeziya fəzasında hiss, ruh, duyğu pərvanıləri uçuşmaqda, öz şəmini aramaqdadır...

Onun, poetik arsenalını hələlik belə görürəm... Onun, bütöv bir sərgi otağına ölü gözəlliyi ilə gözəllik verən "Ölü kəpənək" şeirində canlandırdığı dramatik, faciəvi pərvanə obrazında da, mən bu arsenalın tükənməz diriliyini görürəm:

Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır…
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə…
Ölü gözəlliyiylə
bəzək verir divara… –
Boş, yalqız bir otağa…
Özü ölüb,
gözəlliyi ölməyib…
Bunu duyur hər görən.
Görəsən ağrısını
varmı bir duyub-bilən?..

Bu şeirdə ölü gözəlliyindən zövq alan zəmanə insanlarının soyuq mənəviyyatları, heç kimin görmədiyi, duymadığı, gözəlliyinə görə ölüm hökmü kəsilmiş, ürəyindən çərçivəyə pərçimlənmiş kəpənəyin timsalında bəşəri gözəlliyin faciəsi, kədəri təsvir edilir:

...Şüşənin arxasında
eləcə donub qalır;
Kədərini bir kimsə
nə hiss edir, nə yanır…
Bu gözəlliyi süzüb
ötüb keçən insanlar
həzz alır bu lövhədən –
kəpənək ölüsündən…
Gözəl sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə… –
Yayılır boş kəlmələr
xudbinlərin dilindən…
Şüşənin arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa –
ö ölü gözəlliyə…

Poetik hissin psixoloji-dramatik dinmikası davam edir, lirik süjetə ürəyi humanizmlə dolu, sosial faciəyə üsyankar etirazla qəlbi döyünən müəllif obrazı daxil olur və onun köməyinə nikbin yuxuların mistikası gəlir:

İynəylə bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə görə…
Həyətla təmənnasız…
vidalaşan kəpənək…
Ey ruhları, qəlbləri
“sığallayan” kəpənək..!

Yuxumdaydın bu gecə,
Ancaq tamam başqaydın:
Gözoxşayan güllərin
üfüqündə qanadın…
min bir rəngə çalırdı,
Yanırdın… sayrışırdın.
Çox böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim…

O, bu əzabı, çirkinlyi, eybəcərliyi, dərdi anlamayanları, başa düşməyənləri qəbul edə bilmir, xəyalən olsa da, bu mənəvi - "ölü gözəllik" nümayiş etdirən şüşəli çərçivələri ayaqları altına salıb sındırır, əzir, məhv edir...

Onun "Pərvanə" şeirində isə başqa bir psixoloji məqam əksini tapır. Məlumdur ki, "pərvanə" min illərdir ki, klassik poeziyanın ən məşhur obrazlarındandır və Pərvanə - Şam ideal məhəbbətin Leyli - Məcnun kimi əbədi-ədəbi simvollarındandır.

Leyla xanım bu əbədi və əzəli klassik poetik simvola tamamilə yeni bucaqdan, yeni rakursdan yanaşır, xüsusən, Pərvanənin Şama olan məhəbbətini və bu məhəbbət uğrunda özünüfəda, özünü odda yandırması süjetinə, mövzusuna indiyənə qədər heç kimin etmədiyi soial-ictimai məna və məzmun aşılayır, məhəbbət və sevginin təkcə mənəvi deyil, həm də sosial hadisə olduğunu göstərir:

...Bir qanad saxla, dayan,
Mənim xəfif pərvanəm.
Tənhalıqdan qorxmursan? --
Yalan demə, ay sənəm!
Təkliklə döyüşürsən
Ömür boyu, bir danəm.
Neyləyək ki, özünə
Odu seçmisən həmdəm.

Mənim balaca dostum,
İncimə, sadəlövhsən.
Ürəyin gül yarpağı,
Ümid nədir bilmirsən.
Dörd yanın kin və nifrət,
Bunları görməyirsən.
"Qibləgahım -- məhəbbət,
"Tanrım -- sevgi" deyirsən.

Pərvanəm, sən isə uç!
Bilsən ki, öləcəksən,
Lap külə dönəcəksən,
Uç! Uç! Alovunu quc!
Məhəbbət misraları,
Hədiyyə et bizlərə.
Əsl yaşamaq budur,
Yaysın bütün qəlblərə.

XXI əsrin nanotexnologiyalar dövründə, ətrafda insan sıxlığının məqbul hədləri keçdiyi bir zamanda adama elə gəlir ki, darıxmaq, sıxılmaq absurddur... Amma əksinə, elə insanı mənən də, fizikalca da sıxan bu sıxlıqdır.

Bu sıxlıq insanı darıxdırır və özünə uyğun bir mühit tapmayanda isə mənəvi-psixoloji faciəyə çevrilir. Leylanın "Vaxt" adlı "Ey ulu Vaxt, unutma!" nidalı monoloq-müraciəti, lirik xitabı var. Bu şeirdə həyatın yaşam fəlsəfəsi ilmələnir:

Vaxt! Dayan, yalvarıram,
hara uçursan yenə?
...Tələsirsən de, hara?
Böl dərdini mənimlə.
...Bəlkə də bu həyatda
çox az şey bilirəm mən.
Bəzən də düşünrəm:
Allah, nələr bilirəm!..
Baxırsan hər şeyim var,
Ruhumsa itir-batır.
Dörd yanım adam dolu,
Təklikdən qulaq batır...

Gözlərimi bir anlıq
Açmağımı görürəm,
Ətrafa, insanlara
Acıyıram, yanıram.
Başa düşəndə ki, mən,
Özüm də çarəsizəm.
Qalmayır başqa çarəm,
Gözümü tez yumuram...

Bu və bu qəbildən olan "Ana, nə olar getmə", "Sevgi və nifrət", "Səni atmaq istəmirəm", "İnsanlar", "Hardasan, dünyanın yaxşı adamı", "Üç qoca balıqçı və qızıl balıq", "Çərçivəyə sığmaram", "İnsanlar", "Romada... tozlu otracaqda", "Yalan", "Tanrım, sən mənə güc ver", "Uşaqlarım" təkin şeirlərin hərəsi insanın dərin, dramatik psixoloji hisslərinin lirik süjetdə təqdim olunmüş hekayətləridir və mini lirik poemalar təsiri bağışlayır.

Bunu əsas tutaraq umarıq ki, Leyla poeziyasının janr imkanlarını genişləndirəcək və insan talelərinin hekayətindən ibarət silsilə poemalar qələmə alacaqdır...

Ümumiyyətlə, Leylanın mövzuları həddən ziyadə həssas mövzulardır, yəni, bir növ, tale məsələsidir, burada həm müəllif taleyi, həm də oxucu taleyi qəribə bir tərzdə ya paralelləşir, ya da qovuşur...

Yaxşı olan budur ki, Leylanın poetik mətnləri öz taleyini öz doğma müəllifiylə və öz doğma oxucusu ilə birlikdə yaşayır. Onun şeirlərinin süjetində dramatik dinamikada bir teatrallıq, hadisənin vizual görüntüsü var...

Fikrimcə, Leylanın poeziyasında gercəkliyin təlqin elədiyi gerçəkliklə manipulyasiya yoxdur... Gercək var və bu gerçəyə gerçək hissi-emosiyanal gerçək münasibət var...

Uydurma yoxdur... Uydurma həmişə yalanın cəzbedici sarayına qapılar açır... Leylanın poeziyasında isə gerçəyin cazibədar sarayının qapıları oxucularının üzünə daima taybataydır...

Mənə elə gəlir ki, onun ictimai mesajla dolu lirikası təyinatlı poeziyadır və həyati əhəmiyyət kəsb edir...

Leyla bir xeyirxah ictimai xadim kimi əldə etdiyini qürrələnmədən, səxavətlə ehtiyacı olanlarla paylaşdığı kimi, hissi-emosiyanal duyğulrını, düşüncələrini, mərhəm hisslərini də, oxucuları ilə poeziya məkanında tam səmimiyyətlə paylaşır...

Oxucularını özünə ortaq, mərhəm dost bilir... "Ürək" şeirində olduğu kimi, bütün səmimiyyəti ilə ürəyinin gizlinlərini oxucusu ilə bölüşür, bu məqamda "qəm də xoşbəxt görünür" :

Ürəyim, ay ürəyim,
axı sənlə neyləyim?
Dəsmalmı verim sənə –
göz yaşımı siləsən?
Ürəyim, bil ki, səni
bütün ruhum, qəlbimlə,
anlamaq istəyirəm.
Nə vaxtdır bir yerdəyik
bir can-qəlbik əzəldən;
Mənsə hələ də səni
Tanımıram... bilmirəm...

Təkcə sənə çatmaqçun
səni əldə etməkçün,
insanlar yalın əllə
köksümü parça-parça
dağıdıb uçurarlar...
Sən onlardan incimə. –
Bu qəmdən, qüssədəndir
ürəklərin səninlə
böləndə, bölüşəndə
qəm də xoşbəxt görünür...

Orjinalın bütün ideya-estetik effekti tərcümə mətninə bacarıqla transformasiya edilibdir. Çünki Mahir Qabiloğlu bir tərcüməçi kimi şair Leyla Əliyevanın poetik arsenalını mənimsəyib, istedadının potensialını bilir, onun şeirinin intonasiyasını, daxili ritmini, harmoniyasını tapıb və bütün bunları öz içinin nəğməsinə çevirə bilib...
Leylanın poeziyası və yaxud poetik hissin tərcüməsi...

Belə bir termin var: "Qanın milləti yoxur!" Bu anlayışı da, ictimai mühitə ictimai xadim Leyla Əliyeva bu adla həyata keçirdiyi aksiya ilə gətiribdir. Uğurlu və orjinal anlayışdır.

Tətbiq edəsi olsaq poeziyanın əks elədiyi hissi-emosiyanal layın da milləti yoxdur! Varsa da, Leylanın poetik yaradıcılığında belədir.

Bunu isə tərcümə etmək olmur. Hiss tərcüməyə gəlmir, gərək onu poetik mətnə yerləşdirə, kipləşdirə biləsən və Mahir Qabiloğlu bunun öhdəsindən məharətlə gəlibdir... Bu da, ona görə baş tutubdur ki, Mahir Qabiloğlu da orjinl üsluba malik, əksəriyyət tərəfindən oxunan və qəbul edilən istedadlı, yaradıcı yazıçıdır.


Qısa arayış: Mahir Qabil oğlu İmamverdiyev (Mahir Qabiloğlu) -- yazıçı-jurnalist, publisist, tərcüməçi.

1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı məktəbdə təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin "Dədə Qorqud" ensiklopediyasında ədəbi işçi, AzTV-nin "Xəbərlər" redaksiyasında redaktor, "Space" televiziyasının "Hər gün" İnformasiya proqramında redaktor, baş redaktorun müavini, "Xalq qəzeti" qəzetinin Redaksiya Heyətinin üzvü, İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (2015). Hazırda sərbəst yaradıcılıqla məşğuldur. "Modern.az" saytında müəllif kimi bədii-publisistik yazıları və tərcümələri yayımlanır. "Atam Qabilin məzəli əhvalatları"(2011), "Ərmən-Şuşanikin sevgisi" (2014),“Cəncəhim”(2014), “Qurd yağı” (2015), “Sandıq”(2015), “50 yaşında mən...” (2016) təkin kitabların, 500-dən çox, tamamilə orjinal üslubda, yeni janrda yazılmış bədii-publisist operativ oçerklərin müəlifidir..."

Özü də, elə bir imza siferası qazanıbdır ki, bu günmüzün oxucu qıtlığında, öz oxucu auditoriyası olan yeganələrdəndir... Yuxarıda qeyd etdiyim kimi, Leylanın özü də, bir şair kimi intellekt səviyyəli oxucu simpatiyası qazanmış bəxtəvərlərlərdəndir...

Onun şeirləri gücünə, qüvvətinə, daşıdığı Tanrı sirrinə görə həmişə sevilir və inanırıq ki, həmişə də seviləcəkdir:

Şeirimi çox sevirəm
güc-qüvvətinə görə...
O, bir Tanrı sirridir
anlamağım imkansız...
Şeirimdəki hər kəlmə
mənə əziz doğmadır;
istər gündüzlır yazım,
istərsə də yuxuda...

Leyla Əliyeva dəyərli bir şair taleyi yaşayan, perspektivli gənc şairlərimizdəndir. Mahir Qabiloğlu da, yaradıcıya məxsus maraqlı tale yolunu seçibdir. Və bura bir poeziya tərcüməçisi talei də qoşulubdur...

Bu iki yaradıcı taleyin dəyərli meyvəsi isə Leyla Əliyevanın Mahir Qabiloğlunun tərcümə-təqdimatında azərbaycandilli oxucuları sevindirəcək "Poeziya" kitabıdır. Bizə o qalır ki, hər iki istedadlı qələm sahibini təbrik edək, bu uğurlu əməkdaşlığa yenə də uğurlar arzulayaq...

Leylanın poeziyası və yaxud poetik hissin
tərcüməsi...

Qurban Bayramov,
tənqidçi-əəbiyyatşünas.
05-17.04.2017
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ölkə

Mehriban Əliyevanın doğum günündən - Fotolar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Leyla Əliyevadan yeni şeiri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının