Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

Davud Nəsib:"Hələ ölməmişik..."

20-04-2017, 21:30 | 5262 dəfə baxılıb.

Nəsibov Davud Məcid oğlu - şair, yazıçı, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümümittifaq komsomol mükafatı laureatı (1986).

1942-ci il avqustun 25-də Azərbaycan Respublikası Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 nömrəli orta məktəbini bitirdikdən sonra, Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilinin davam etdirmişdir (1959-1963).

Ədəbi fəaliyyətinə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım - mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur.

SSRİ xalqları poeziyasından bədii tərcümələr də etmişdir. Macar şairi Mikloş Radnotinin şeirlərini doğma dilə tərcümə etmişdir.Onun Moskvada "Sovetskiy pisatel" nəşriyyatı tərəfindən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981), "Müsahibə" (1985) adlı şeirlər kitabı çap edilmişdir.

Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində İncəsənət redaksiyasında redaktor işləmişdir (1966-1969). Moskvada SSRİ Yazıçılar ittifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971-1972).

Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri incəsənət şöbəsinin müdiri olmuş, burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü olmuşdur. Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur (1978-1980). ÜİLKGİ-nin 18-ci qurultayına nümayəndə seçilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-in fəxri fərmanlarına layiq görülmüşdür.

Əsərləri

Gözüm səni axtarırı. Bakı, Azərnəşr, 1966
Gağlar danışsaydı. Bakı, Gənclık, 1969
Məhəbbət yolları. Bakı, Gənclık, 1973
Ürək sözsüz danışır. Bakı, Gənclik, 1976
Ümid qatarı. Bakı, Gənclık, 1979
Bizdən sonra yaşayanlar. Bakı, Yazıçı, 1981
Əsrin laylası. Baki, Gənclik
Azərbaycan bayatısı (şerlər və poemalar). Bakı, Yazıcı, 1984
Dünya bir körpüdür. Bakı, Yazıçı, 1987
Karvan gedir. Bakı. Yazıcı, 1991
Cavanşir (tarix roman) Bakı, Qızıl Şərq, 2000
Cavanşirsiz məmləkət (tarixi roman 2). Bakı, Qızıl Şərq, 2002

Tərcümələri
Mikloş Radnoti. Yaralı Ağılar. Bakı, Yazıçı


DÜNƏNİM - BU GÜNÜM

******
Qızmar yay günündə donar yağışlar,
Odlu ürəyimdə bir ürək qışlar,
Oduyla, buzuyla vurhavur başlar, -
Yanar məhəbbətim,
Donar xatirəm.

Bölünməz, qırılmaz qara daş olar,
Sevinclə, kədərlə cüt qardaş olar,
Biri yuva olar, biri quş olar, -
Uçar məhəbbətim,
Qonar xatirəm.

Çaylar gur gələndə, dayaz gələndə,
Dağlara gün düşüb, bəyaz gələndə,
Hər payız gələndə, hər yaz gələndə,
Yaşıl məhəbbətim,
Xəzan xatirəm.

Mənə ömür verdin, intiqam aldın,
Gah dindin, gah da ki, xəyala daldın.
Qarşıda axtardım, arxada qaldın
Yetən məhəbbətim,
Ötən xartirəm.

Bir uzaq keçmişdin, yaxın gələcək,
Kim kimdən eşidib, hardan biləcək.
O məndə qarıyıb, mənlə öləcək,
Ölən məhəbbətim,
Ölməz xatirəm.

Həm uzaq mənzildi, həm yaxın yoldu,
Bir yandan gül açdı, bir yandan soldu.
Əbədi kök salıb köksümün oldu
İtən məhəbbətim,
Bitən xatirəm.

******

AĞLAMA, KİŞİ


Qonşuya kəm baxıb
Daşını sökmək,
Üzdə maska taxıb
Hay-həşir tökmək,
Arxadan daş atıb
Məqsədə çatmaq, -
Onun belə olub
Hər vaxt vərdişi,
Ağlama, kişi!

Dərələr dərindi…
Yaylaq bizimdir.
Ürəyim sərindi, -
Bulaq bizimdir.
O yerlər nərindi, -
O dağ bizimdir.
Solumuz yerində,
O sağ bizimdir.
Görsə sızıldayar
Dağların döşü,
Ağlama, kişi!

Bu çərxi-fələkdir,
Fırlanır hələ.
Bu elə kələkdir
Düşməyib dilə.
Hələ biz udmuşuq,
Uduzmamışıq.
Quduzdan quduzub,
Quduzmamışıq.

Biz yurdlu olmuşuq,
Yol azmamışıq.
Namərdin nə işi
Mərd olan yerdə.
Kişi dözməlidir
Hər ağır dərdə -
Ağlama, kişi.

Şükür hər budağın
Naz-nemətinə.
Şükür bu torpağın
Bərəkətinə.
Şükür el-obanın
Hərəkətinə.
Yetər hamımıza,
Teştimiz dolar,
Çıxan damımıza -
Papaqsız qalar.
Bir də görərsən ki,
Namərd dəyişdi,
Gəlib ayağının
Altına düşdü;
Acından qapında
Ağarar dişi.
Durmuşuq yanında, -
Ağlama, kişi.

Hələ özü bilmir
Zatı kim olub, -
Keçmiş babasının
Adı kim olub.
Qanadı kim olub,
Qolu kim olub.
O ki, bir sifətin
İki üzüdür.
Burnunun ucunu
Görən gözüdür.
Sözünün yarısı
Sənin sözündür.
Zəmini yaylarda
Biçən olubdur.
Yalını yaylaqda
İçən olubdur,
Ağı yox, qaranı
Seçən olubdur,
Çörəyi tapdayıb
Keçən olubdur.
Dünya çox görübdür
Belə gərdişi, -
Ağlama, kişi!

Kül altda köz qalar,
Ocağın sönməz.
Sinəndə söz qalar,
Vədəsiz dinməz.
Birdən səbr dolar,
Geriyə dönməz.
Sızlayıb qəlbimi
Dağlama, kişi.
Əgər kişisənsə,
Ağlama, kişi!

Bir ana sızlayıb
Saçını yolsa,
Ürək dağlayar -
Ölünün üstündə
Kişi ağlayar.
Hələ bilmək olmaz…
Dünyanın işi…
Hələ ölməmişik,
Ağlama, kişi!

******

DAĞLARA QAR DÜŞÜBDÜR


Gün çıxıb səhər erkən,
Bağçada qırov durub.
Payızın son şaxtası
Ağacda yuva qurub.
Günəşdən nur ələnir,
Yer xəzələ bələnir.
Astaca əsir külək,
Soyuqdur, kəsir külək
Dağlara qar düşübdür.

İndi çəmən solmayıb,
İndi çəmən saralıb.
Səma bir az tutulub,
Yollar, izlər qaralıb,
Göylər mavi dənizdir,
Hava necə təmizdir
Dağlara qar düşübdür.

Qız görüşə tələsir,
O bəzənir, geyinir.
Bayırda külək əsir,
Qoca evdə deyinir:
"Dağlara qar düşübdür".

******

Qızmar yay günündə donar yağışlar,
Odlu ürəyimdə bir ürək qışlar,
Oduyla, buzuyla vurhavur başlar, -
Yanar məhəbbətim,
Donar xatirəm.

Bölünməz, qırılmaz qara daş olar,
Sevinclə, kədərlə cüt qardaş olar,
Biri yuva olar, biri quş olar, -
Uçar məhəbbətim,
Qonar xatirəm.

Çaylar gur gələndə, dayaz gələndə,
Dağlara gün düşüb, bəyaz gələndə,
Hər payız gələndə, hər yaz gələndə,
Yaşıl məhəbbətim,
Xəzan xatirəm.

Mənə ömür verdin, intiqam aldın,
Gah dindin, gah da ki, xəyala daldın.
Qarşıda axtardım, arxada qaldın
Yetən məhəbbətim,
Ötən xartirəm.

Bir uzaq keçmişdin, yaxın gələcək,
Kim kimdən eşidib, hardan biləcək.
O məndə qarıyıb, mənlə öləcək,
Ölən məhəbbətim,
Ölməz xatirəm.

Həm uzaq mənzildi, həm yaxın yoldu,
Bir yandan gül açdı, bir yandan soldu.
Əbədi kök salıb köksümün oldu
İtən məhəbbətim,
Bitən xatirəm.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Manşet

Xalq şairi vəfat etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Bu gün İsmayıl Şıxlının doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının