Reyhan Kənan:"Parisin də ətrafında boyuk və balaca kəndlər var"



Mən dərd süpürgəsiyəm.

Çiçək adı veriblər
Dünyaya gələn zaman,
guya gözəl olmuşam
yanağından qan daman.
Amma düşünməyiblər
Çiçək ömrüaz olar .
Çəmənlərdə bitsə də
Sonra əllərdə solar.
Sevinərək adıma
Ürəyim aldanırmış.
Guya ki,mənim adım
şipşirin bal dadırmış.
Çiçək-çiçək yaşadım,
Çiçək-çiçək böyüdüm.
Çiçəyinə çevrildim
Həyətdəki söyüdün.
Qulaqda sırğa etdim
Anamın hər öyüdün.
Çiçəklə dolu olan
Donlarım harda qalıb,
O çiçək uşaqlığım
Hansı baharda qalıb.
İndi ötən illərin
Quruca bir səsiyəm.
Çiçək nədir?
Ay Allah,
Mən dərd süpürgəsiyəm.

******

Çalağan

Arzuların anası mən.
İllər canımdan qopardı.
Cücə-cücə arzuları
Çaldı çalağan apardı.

Bu quş mənim qürurumu,
Budaq kimi əydi keçdi,
Arxasıyca daş da atdım.
Qanadına dəydi keçdi.

Zərif,körpə,ətcəbala,
Yaşamadı qaynağında,
Cikkildədi arzularım
Çalağanın caynağında.

Verməzdim ki,əllərimdən
Tapa bilsəm çarəsini,
Mən düşündüm arzuları,
Çalağansa balasını.

Qaça-qaça arxasıyca
Ata bilsəm də daşımı.
Çalağanın balaları
Yedi arzumun başını.

******

Fürsət

Elə lap əzəldən çıxdı əlimdən,
Bütün fürsətlərdən butalı olmaq.
Ən böyük fürsətim atam,anamdı,
Bəxtə yazılmadı atalı olmaq.

Qəlbim ümidlərin ocaq yeridir.
Ümid fürsətlərin kül qalığı var.
Tikanlı yolların sonunda bəlkə,
Ömrümün yamyaşıl almalığı var.

Ötən uşaqlığın nə qədər desən
Acılı-şirinli günləri oldu.
Bir palto istədim qırmızı rəngdə,
Yuxuda geyinmək fürsəti oldu.

Yazsaydı yaradan bəxt kitabıma,
Barı bircə misra,lap bircə sətr,
Ya günah özümdə,ya da nə bilim,
Məndən uzaq qaçan fürsətlərdədir.

Kİm isə adımı anar düşündüm.
Yada salmadılar,hey unutdular.
Yağdı bircə dəfə fürsət yağışı,
Onda da başıma çətir tutdular.

******

Hardasa uzaqlarda
Roma gözəl şəhərdir,
Paris ondan da gözəl
Amma Romanın da
Parisin də ətrafında boyuk və
balaca kəndlər var.
O kənddə yasayanlar
bizim kəndin adamları
kimi,sadə,safdılar
sadəlik kəndin yaraşığı
lap elə bizdəki kimi
Ay işıgıdır bu kəndlərin işıgı.
Bilmirəm o uzaq kəndlərin adı nədir,
Bilmirəm dağdadır ya dərədədir.
Bilirəm ki,o kəndin
tozlu,torpaq yolu var.
O yolda bir quyu var,
gəlib-gedən su içər.
Və elə indicə o yoldan
Üstündə oğlan uşağı oturan
bir odun arabası keçər.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi