Bağman Baba:"Hələ görməmisən aldığım qızı"



Səndən ötrü

Çəkib eşqin cəfasını,
Görməmişəm səfasını.
Gör qəlbimin vəfasını,
Dərməmişəm neçə gülü-
Səndən ötrü.

Fərqsiz olub toy da, vay da,
Sən o tayda, mən bu tayda.
Hicran boyda, həsrət boyda
Gəzdirmişəm ağır yükü-
Səndən ötrü.

Sənsiz sənlə deyilmişəm,
İçin-için yeyilmişəm.
Daşdan daşa deyilmişəm,
Sənsiz ötən ayı,günü-
Səndən ötrü.

Ümidimi güman aldı,
Gümanımı hıcran aldı.
Hicran mənn bir can aldı,
Qul eylədim eşqə könlü-
Səndən ötrü.


*******

SƏNİ UNUDA BİLMİRƏM

Bu-gecə,bu-Ay,bu-ulduz-
Eşqim qələm,qəlbim kağız.
Mənəm tənha,mənəm yalqız,
Qəhəri uda bilmirəm-
Səni unuda bilmirəm.

Bu gecədən kədər yağır,
Bu gecəm göz yaşı yığır.
Sənsizliyim elə ağır,
Yüküm yunulda bilmirəm-
Səni unuda bilmirəm.

Sən olmusan,ömrüm-günüm,
Şirin arzum,dərd-düyünüm,
İstəyirəm səndən dönüm,
Dilim yanılda bilmirəm-
Səni unuda bilmirəm.

Söz lərisən sözlərimin,
Taqətisən dizlərimin.
Sorsan niyə gözlerimin
Nəmin quruda bilmirəm-
Səni unuda bilmirəm.

Neyləyirsən mən bədəxti,
Azad yaşa, a xoşbəxtim...
Taleyimdən dönüb bəxtim,
Uduzub-uda bilmirəm,
Səni unuda bilmirəm,
Səni unuda bilmirəm.


**********

HƏSRƏT

Səndə ürək,məndə könül,
Döndü daşa,aman,Həsrət!
Demə sənsən yolarımdan
Çəkilməyən duman Həsrət!

Şaxta boran qar eləyib,
Yatağıma qor eləyib.
Gözlərimi kor eyləyib,
Bir eşq ilə yaman Həsrət!

İstək güclü,eşqim odlu,
Cəllad olub,kəsmə yolu.
Boylanmısan gözü sulu
Məndən görüş uman, Həsrət!

Haqlamışam möhnətini,
Aparmışam taqətimi.
Çox çəkmişəm zillətini,
Ümid olub güman, Həsrət!

Sənli günlər bir yuxdu,
Sevdiyini kim qoxudu?
Becdir,hər gün qəm oxudu
Bu saz,bu tar,kaman, Həsrt!

Bir yağısan dileyimə,
Baxmayırsan gileyimə.
El vuraraq taleyimə,
Yaman güldün,yaman, Həsrət!

Bağman ağla,bir dol yenə,
Dünyan qatılmaz dünənəm
Neyləyim ki, verib sənə
Öz ömrünü zaman, Həsrət!

**********

BAĞIŞLA

Bağışla,sevgilim,mən səni atdım,
Bu dərdi özünlə daşıyacaqsan.
Öldü şeir dünyam, unutdum səni,
Bir ölü ürəkdə yaşayacaqsan...

Səninçün, bilirəm, çoxdan ölmüşəm,
Hələ görməmisən aldığım qızı.
Yatıb yuxuda da səni görmüşəm,
Adını çəkmişəm min kərə azı.

Taleyə nə deyim, bəxtə nə deyim,
Yalvarıb əlindən bir yaylıq aldım...
Yatdım yuxuda da niyə bilmədim,
Mən sevgi payından ayrılıq aldım.

**********

TALEYİM

Ömümün qənimi kesildi vaxtsiz,
Arzuma, qelbimə bu yük taleyim.
Qisməti qəm oldu, yarandı baxtsız,
Kiçildi günbəgün böyük taleyim.

Demirəm taleyim burda dayanır,
Mən onun,o mənim oduma yanır.
Həsrətlə yollara baxıb, boylanır,
Boynu bənövşə tək bükük taleyim.

Dərdlər sinəm üstə bir dağa döndü,
Bir qələm, bir kağız varağa döndü.
Özgənin yolunda çıraga döndü,
Özü öz bəxtinə sönük taleyim.

Ayrıldı bilmirəm, nə xəyal etdi,
Eşqimi könlümə kəmvüsal etdi.
Susdurdu,bağladı,dilim lal etdi,
Andıma,əhdimə dönük taleyim.

Biz gedirik talelərdən iz qalır,
Əbədidir, yaradılan söz qalır.
Bu dunyadan o dünyaya yol salır,
İndi bildim bir ömürlük taleyim.

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi