• 13:11 – 210 nömrəli məktəbdə 20 yanvar faciəsinə həsr olunmuş dərs 
  • 15:06 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb 
  • 22:12 – Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı 
  • 11:09 – Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar 
  • 20:36 – Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir 
  • 17:57 – Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı 
  • 17:48 – Tanınmış şairin anım günü keçiriləcək 
  • 01:37 – Une pétition lancée à Paris relative à la libération des Azerbaïdjanais pris en otage par les Arméniens 

Yazıçının yeni kitabı işıq üzü görüb

Yazıçının yeni kitabı işıq üzü görüb Yazıçının yeni kitabı işıq üzü görüb Çağdaş Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Manevr.az və Sumqayitfakt.az saytlarının rəhbəri Namiq Dəlidağlının ” Otel otağından reportaj” adlı yeni kitabı işıq üzü görüb.

Kitaba, əsasən, şairin son illərdə qələmə aldığı şeirləri daxil edilib. Vətən və insan sevgisi kimi klassik mövzulara yeni nəfəs verib, yeni çalar qatan şair qarşısına ənənəvi – milli çərçivədən çıxmaq kimi bir məqsəd qoymayıb.

Göstərilən çabalar bu mövzuları yeni üslubda, fərqli biçimdə oxucuya təqdim etməkdir. Müəllif son illərdə şahidi olduğu, eşitdiyi məlumatları çox ustalıqla qələmə alıb.

Əsil vətəndaş mövqeyi sərgiləyən bir insan olaraq, gah gənc ömürləri yarıda kəsilən ağaclara “ağı” deyir, gah arzuları gözlərində “boğulan” dənizçilərin xatirəsinə rekviyem səsləndirir, gah da doğma yurd: Kəlbəcər niskili ilə son karvana “qoşulan” anasına yalandan təskinlik verməkdən yayınaraq, “ta demirəm sağlıq olsun, ay ana” söyləyir.

Kitab bir insan-şair qəlbində sıralanmış arzu, istək və niskilin poetik dillə ifadəsidir. Ümid edirik ki, istedadlı şairin bu kitabı da oxucuların marağına səbəb olacaq və yeni şeirləri böyük həvəslə oxunacaq.

Nailə Mirzəyeva
filologiya üzrə fəlsəfə doktoru
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV