Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Maraqlı / #Ədəbiyyat

"Bİr milyon dollar"ınız olsa nə edərdiniz-Sorğu

6-05-2017, 22:35 | 1 9792 dəfə baxılıb.

Analoq.az ədəbiyyat,incəsənət,jurnalistika və digər sahələrdə çalışan insanlar arasında sorğu keçirdib.

"Bir milyon dollar"ınız olsa nə edərdiniz sualına müsahiblərimiz fərqli cavablar verib.Bu sorğu vasitəsiylə pulun nə qədər vacib olduğunu və olmadığını öyrəndik.


Əyyub Qiyas (yazıçı)

Borclarımı qaytarardım...Yerdə qalan 999995 minin iki yüz mininə imkansız adamların sağlıq ehtiyaclarını ödəmək üçün bir sağlıq fondu açardım. Yüz minə ədəbiyyat naminə yardım fondu, illik mükafat təsis edərdim.

Yüz minini cibimə qoyub dünya səyahətinə çıxardım. Hərəsinə yüz min olmaqla övladlarıma verərdim, ev alardım. Yerdə qalanını da romanlarımı yaza-yaza xərcləyərdim.


Əsəd Cahangir (tənqidçi)

Bir milyonum olsaydı, bağışlayardım Elxan Qaraqana


Pərviz Cəbrayıl (Yazıçı)

Olmayacaq axı!...Üz vurma!...


Fərqanə Mehdiyeva (şairə)

Gənclərin kitablarını çıxardardım...Evi olmayan şairlərə ev alardım..Xəstələrə yardım edərdim..
Tez-tez əsgərlərə baş çəkərdim...işsizlərə iş yeri açardım...Və başına pul qoyulan torpaqlarımızı artıqlaması ilə pulunu verib geri alardım.....və s


Elçin İmanov (aktyor)

ilk öncə oqlumun bütün tələbatlarını ödəyərdim, yerdə qalanı ilə yaradıcılığımla məşğul olardım.


Azad Qaradərəli (yazıçı)

"Yazı"nı aylıq çıxardardım. Ən yaxşı əsərə yüksək qonorar verərdim. Slavyan universitetindəki "Yaradıcılıq fakültəsi"ni bərpa edər, yaxud ona bənzər bir yaradıcılıq studiyası açardım. Hər il 5 istedadlı gəncin kitabını ingilis dilinə çevirib Avropada, ABŞ-da çap etdirərdim.

Ucqar dağ kəndlərində qızlarını oxutmayan kişilərə onları oxutsunlar deyə həvəsləndirici mükafat verərdim. Yetim uşaqlar üçün bir məktəb açar, orada özüm kimi müəllimləri yığar, o uşaqlara ən yüksək səviyyədə bilik verərdim.

Cəhalətə, fanatizmə qarşı mübarizə kampaniyası başladardım. Deyəsən, milyonu keçirəm. Nisyədi, nisyədi, bir də gəlin üstünə! Canım sizə desin, evinə çörəkpulu apara bilməyən kişilər üçün, bədənlərini satmağa məcbur olan qadınlar üçün gündəlik qazanc yeri olan bir müəssisə-filan açardım...


Mehriban Zeynalova (“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri)

Dərdlərimi təzələmə.Böyük sığınacaq alardım.
Sonra dünyanın qədim məskənlərini gəzərdim.
Böyük şəhərlərlə aram yoxdur. Hə birdə qızlar üçün təhsil mərkəzi açardım, erkən ərə verilən qızları oxudub fərqli bir insan obrazı yaradardım

Savalan Talıblı
(Jurnalist)

34 yaşım var.Bu günə qədər üst-üstə on min dollar görməmişəm.İndən belə bir milyonumun olması ancaq və ancaq ölünün dirilməyinə bənzər.


Firuz Mustafa (yazıçı, dramaturq)

İndidən nə demək olar? Pul olanda o, öz sözünü sahibindən daha yaxşı deyir. Pul olmayan yerdə yalnız fantaziya quraşdırmaq olar. Yeri gəlmişkən, əvvəllər mənim bir çox dostlarım vardı. Kasıb idilər.

Deyirdilər ki, pul sahibi olsaq mesenat olarıq, xeyriyyəçilik edərik, kasıb-kusuba əl tutarıq və s. Zaman dəyişdi. İndi onların arasında böyük sərvət sahibləri də var. Amma onlar artıq öz arzularını "unudublar".

Qısası, Füzuli demiş, "kərəm əhlində zər yox, zər əklində kərəm". p.s. Məsələn, mən indiki zamanda düşünürəm ki, pulum olsa teatr açaram.


Şərif Ağ (yazıçı)

Bakıda daimi pul gətirən babat bir obyekt alardım.


Sənan Ellez (aktyor)

Həqiqətən də bir milyon olub-olmadığını sayardım.Belə işlərdə dəqiqlik çox önəmlidir.Bir dolların əksik olması artıq məni “milyonçu” adından məhrum edir.


İlqar Rəsul (yazıçı)

Bir milyon dollarım olsaydı, sərfəli yatırımlar edib onu artırmağa çalışardım".


Əli Bəy Azəri (Xəzan jurnalının baş redaktoru, yazıçı)

İstəməzdim. Çünki onu nə saymağa, nə də xərcləməyə bir insan ömrü bəs eləməz. Mən israfçı deyiləm

Elvin Abdulla (rejissor)

Milyonum olsaydı Suriyadakı yetimlərə göndərərdim.


Sonaxanım Əliyeva (aktrisa)

İş qurardım,gəliriylə kasiblara kömek ederdim


Rəşid Bərgüşadlı (yazıçı)

35 min manat borcum var - onu qaytarardım. Qırız Dəhnədə 3 sot torpağım var - orda balaca bir yeraltı qazmada özümə şərait yaradardım ki, ömrümü başa vuranadək yerin altında torpağın qoxusuna tam alışım.

Qalan pulu da banka qoyub faiziylə heç kimə möhtac olmadan ölənədək (ya da bank pulun dalına keçənədək) tək-tənha (yox, yanımda bir nəfər mütləq olmalıdır!) yaşayardım.


Tural Cəfərov (yazıçı)

Sayardım. Pul mənim üçün həlledici olmayıb heç zaman.Çox az şey dəyişərdi həyatımda. İşləməzdim.


Röyal Əliyev (rejissor)

Özümə xərcləməyə pulum var...Hamısını insanların rifahı naminə xərcləyərdim


Günel Fərhad Emin (yazıçı)

O bir milyon dolları 5 hissəyə bölüb, 5 ayrı -ayrı sahələrə sərmayəyə qoyardım. Birinci 20%-ni bilik və təcrübəmə, xarici dil biliklərimi artırmağa, əlavə olaraq fransız və yapon dillərini öyrənməyə, ixtisas treninq və seminarlarına, səyahətə xərcləyərdim.

Digər 20%-nə kənd təsərrüfatı üçün sərmayə edib ferma alardım, həm kənd təsərrüfatını, həm də kənd turizmini inkişaf etdirərdim.

Bu yeni iş yerləri deməkdir. Digər 20%-ni xeyriyyə məqsədilə şəxsən ehtiyacı olan insanların övladlarının təhsil almasına, yaradıcı insanların tanıdılmasına sərf edərdim və gələcəkdə onları işlə təmin edərdim. 20%-ni kiçik və aşağı riskli və sabit gəlirli bizneslərə sərmayə edərdim. 20%-ni isə xarici bankda əmanət kimi qoyardım ki, sabit və təhlükəsiz, qanuni gəlirim olsun.


Sevil İşıq (şairə)

Bir milyon yox, problemlərimi həll etməyə ikicə min də bəsimdir.


Tural İsmayılov (jurnalist)

Media Holdinq qurardım. Kasıb, yetim, istedadlı uşaqların özlərini təsdiq edə biləcəyi böyük bir şəbəkə yaradardım.


Şəfaqət Cavanşirzadə (ssenarist,yazıçı)

Valideyinlərimi, özümü savadlı həkimlərə müalicə elətdirərdim. Çox güman mənə qısametraj filmimi çəkmək üçün ilk dəfə yardım edən prodakşınla birgə tammetrajlı filmimi və ya filmlərimizi çəkərdik. Kitab çıxardardım. Ailəlikcə bir arzumuz var.

Kənddə kiçik evimiz olsun. Onu da həyata keçirərdik. Itimin olması uşaqlıq arzum olub. Kənddə itimizin olmasına valideyinlərim düşünürəm heç nə deməz. İlk ağlıma gələn bunlar oldu.


Məlahət Əhməd (aktrisa)

İstədiklərimi eləmək üçün milyon azlıq edərdi.
Birinci özümə iş qurardım ki, məbləğ artsın. Anamı Götürüb dünyanı gəzərdim, imkan verməzdim ağrısın. Xəstə qardaşımı ən yaxşı həkimlərə aparardım. Bir məscid, bir məktəb tikdirərdim. Ehtiyyacı olanlara yardım edərdim.


Aqşin Evren (şair)

Bir il ərzində ölkələri gəzərdim, sonra ucqar bir kəndə köçüb, orada özümə rahat, texnologiyadan uzaq, sırf təbiət prinsiplərinə əsaslanan və pulun olmadığı bir həyat qurardım. Amma bunu 1 milyon dollarsız da edəcəyəm.


İbrahim Çingiz (aktyor)


Arzularım var ,amma bu ozumə aid bir şeylərdi. O ki qaldı xeyriyyəçiliyə,səmimi deyirəm, axırıncı düşündüyüm bir şey olardı.


Ramiz Qusarçaylı (şair)

Bu məmləkətdə şairlərin bir milyon dolları olmur, bir milyon dərdi olur...


Pərviz Seyidli (ssenarist və yazıçı)


Filmimi çəkərdim, kitablarımı çap etdirərdim. Və öz balaca kitab dükanımı,kafemi açardım. Qalanını da sənə bağışlayardım.


Türkay Cəfərli (Aktyor)

Məncə insan istəkləri, xəyalında olanı özü qurubsa, o pul da gələndən sonra nə edecekse,qoy etsin. Deməsin zamanında kimə xeyri olduğunu ətrafı görəcək. Bu qədər!...


Faiq Balabəyli (yazıçı)

Bir milyon dollarım olsa özümü bir milyon dolları olan adam kimi aparardım. İş qurardım və işimə əngəl ola biləcək vergi müfəttişliyinə, icra strukturlarına, hüquq mühafizə orqanlarının rüşvətə meyilli əməkdaşlarına və sairəyə qurduğum işə görə nə qədər cəhd etsələrdə rüşvət verməzdim.

İşimi bağlayardılar, sanksiya qoyardılar, təzəsini qurardım. Yenə də o korrupsionerləri it kimi hürdürərdim, dil çıxardardılar, yalvaradılar, sonra şərləyib yenidən tutdurardılar. mən isə yenidən özümdə güc toplayıb pulum qurtarana qədər iş qurardım.

Lamiyə İsazadə (şairə)

Uşaq Evi tikdirərdim.Kimsəsiz uşaqlar və az təminatlı ailələr üçün kurslar açardım.
Özümə sadəcə maşın alardım. Bütün rayon və şəhərlərdəki uşaq evlərinə rahat gedib gəlməyim üçün!...


Tofiq Teymuroğlu (Rejissor)

Çalışaram iki milyon olsun. Komediya çəkib satardım.


Çinarə Ömray (yazıçı)

Heç nə özümü bir milyon dolları olan adam kimi aparardım.O pulun yarsını verib deputat seçilərdim, sonra milləti talıyardım , mayamı çıxarardım. Sonra yazıçı Anar bəyin yerinə keçərdim, sənə də Rəşad Məcidin kreslosunu verərdim.

Aysel Abdullazadə (yazıçı)

Övladının gələcəyi, təhsili üçün büdcə ayırardım. Körpələr evi, möhtəşəm bir kitabxana ,imkanı olmayan uşaqlara təmənnasız təhsil verən biri qurum yaradardım. Oxumaq üçün xaricə tələbə göndərərdim.


Sərdar Rüstəm (Aktyor)

Bir milyon dollarım olanda qərar verərik.


Xəlil Adıgözəl (şair)

Özümə normal iş qurardım, bir qədərini xərcləyib qalanını ehtiyacı olan insanlara sərf edərdim (sərf edənin kim olduğunu gizli saxlamaq şərti ilə)


Kənan Hacı (yazıçı)

Vallah, o barədə heç vaxt düşünməmişəm.
Çünki bu, mümkünsüz bir şeydir.Mümkün olmayan bir şey haqqında düşünməyə də dəyməz.


Günay Nəriman Həsənli (şairə)

Əvvəla özüm üçün normal şərait yaradaram. Sonra ömrüm boyu dolana biləcəyim, gəlir gətirəcək kiçik bir biznes qurardım. Yerdə qalan pulla da uşaq evi və qocalar evi, məktəblər açaram. Oranın daimi tələbatını ödəmək üçün də xüsusi gəlir gətirən sahələr yaradaram. Bu qədər.


Esmira Rəhimli (yazıçı,rəssam)

Buralardan gedərdim.Getməzdən əvvəl sahibsiz heyvan priyutuna yardım edərdim. Çünki insanlar onları çox incidirlər.


Bahar Zamanova (şairə)

Xərçəng xəstəsi olan usaqlara istifadə edərdim.

Elçin Əfəndi (yazıçı)

Bir milyon dollarım olarsa, bir kimsəsizlər evi, bir də kimsəsizlər üçün klinika açardım. Yerdə qalanını öz şəxsi işlərimə israf edərdim.


Habil Rzanur (şair)

İki milyon etməyi düşünməzdim.Sadəcə xərcləyərdim.


Elşad Süleyman (aktyor)

Qaynanama verərdim.


Mətanət Qudsi (şairə)

Bu sual çooox çətindir mənə elə gəlir. Çünki əlimizdə olmayan zaman insan başqa düşüncədə, başqa hisslərdə olur.Yəni ola bilər ki, mən deyim elə edərəm, belə edərəm, pulum olanda da onlar heç ağlıma gəlməz.

Amma arzularımı reallaşdırardım. İlk öncə Bakıda özümə ev,maşın alaram. Bir hissəsini müalicəmə, bir hissəsini kariyerimə xərcləyərəm.Qocalar evinə, uşaq evinə yardım etmərəm, onlara dövlət pis-yaxşı yardım edir.

Həqiqətən ehtiyyacı olan insanlara da yardım edərəm. Yaxşılıq etmək ruhumu dincəldir. Gözəl hissdir.

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı / #Dünya / #Araşdırma

Milyarderdən TƏKLİF-“Qızımı alana 180 milyon dollar verəcəm” -

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının