Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet

Trabzondan Necip Saraçoğlu

10-05-2017, 22:00 | 6042 dəfə baxılıb.

Aprel ayının sonlarında iştirakçısı olduğumuz Uluslararası Trabzon Ədəbiyyat Festivalında Trabzonu yaxından tanımaqla bərabər onun maraqlı yaradıcı insanları ilə də yaxından tanış olduq. Bunlardan biri də Türkiyə Yazarlar Birliyinin üzvü Necip Saraçoğludur. Necib bəy də digər festival iştirakçıları kimi bədii yaradıcılıqla məşğuldur. Hətta şeirlərdən ibarət “Gülə həsrət” kitabını bizə hədiyyə də etdi. Lakin onun yaradıcılığı çoxşaxəliliyi ilə diqqətimizi çəkdi.

Necip Saraçoğlu 1954-cü ildə Kars şəhərində anadan olsa da, əslən Gümüşhanədəndir. Əvvəlcə Sivasda, sonralar isə Trabzonda təhsil almışdır. Ən böyük hobbisi foto çəkməkdir. Bunlardan əlavə cam boyama (şüşə üzərində rəsm), tezhip (yarpaq üzərində naxışlar), yağlıboya, ebru sənətləri ilə də məşğul olur. Səkkiz dəfə cam boya sərgisi təşkil olunmuşdur. UTEF tədbirləri silsiləsində Hüseyin Kakaz Kültür Mərkəzində yenə də əl işlərindən ibarət sərgisi nümayiş olunurdu. Bu sənət icilərinin necə hazırlanmağı barədə müəlliflə orada həmsöhbət olduq.

Necip bəy bildirdi ki, 15 ildir məşğul olduğu bu işləri öyrənmək üçün heç bir təhsil almayıb. Televizorda bir verilişdə necə hazırlanması qaydasını görüb, fərdi şəkildə məşğul olmağa başlayıb. Sonralar sadəcə miniatür kurslarına gedib. Yaratdığı motivləri isə müxtəlif rəsmlərdən götürür.
Yarpaq üzərində hazırlanan əl işləri barədə onu dedi ki, yarpaqları yaşkən alıb qəzetlətin arasında qurudur. İki-üç ay keçdikdən sonra onları boyayaraq üzərində yazılar yazır. Bu cür əsərlərinə “Qərənfil”, “Dörd xəlifə və Allah, Məhəmməd”, “Ya Allah”, “Qadın-kişi”, “Kirpi” və.s nümunə gətirə bilərik. Daha iri yarpaqlar üzərində “Üç vav”, “Çiçək”, “Osmanlı laləsi”, “Quş və bismillah” əsərlərini işləmişdir.

Cam boyasına gəldikdə isə rəsm əsəri əvvəlcə şüşə üzərində işlənilir, sonra arxasına parlaq kağızdan fon verilir. Lakin əsərə tamaşa edəndə insanda elə təəsürat yaranır ki, sanki kağız üzərində işlənmiş rəsm şüşə çərçivəyə salınıb. Bu tip əsərlərinə “Tutuquşu”, “Günəbaxan”, “Naxış”, “Üzüm”, “Gəmi”, “Üzüm yarpağı”, “Çobanyastığı” və.s misal çəkə bilərik.

Onun yaradıcılıq sferasının çoxşaxəliliyi ilə fındıqdan hazırladığı təsbehi Rəşad müəllimə, xurma çərtdəyindən hazırladığı fiquru da mənə təqdim etdikdə bir daha tanış olduq. Bununla yanaşı, Azərbaycana xatirə olaraq həm cam boya əsərindən, həm də yarpaq üzərində işlədiyi əsərindən hədiyyə də etdi.
Qəribədir ki, bu cür özəllikləri olan insanın peşə davamçısı yoxdur. Özü isə böyük həvəslə öyrənmək istəyəni öyrətməyə hazırdır.
Necip Saraçoğlunun bədii yaradıcılığına gəldikdə isə ilk şeirlərini liseydə oxuduğu vaxtlar yazmışdır. “Qırmızı mozaik daşlar” adlı bu şeirin sonrakı taleyi sual altındadır. 2009-cu ildə çap edilən ilk şeirlər kitabı olan “Gülə həsrət”in ön sözü yazar Halit Macitə məxsusdur.

Kitabın ilk şeirləri gülə həsr olunub. Gülün indiki, gələcək və keçmiş zamanlardakı halı vəsf olunur. Doğma yurdu olan Gümüşhanəyə həsrət dolu misralar ithaf edib. Bununla belə bəzi şeirləri islamın müqəddəs şəxsiyyətlərinə və torpaqlarına həsr edilib. Şair hətta “İşgəncə çəkən vişnə ağacı”na, “Qarı dələməyən on qardələn”ə, “Şanlı Çanaqqala”ya, “Su”ya, “Yalnızlıq duyğusu”na , “Asfalta yapışmış pişik quyruğu”na maraqlı şeirlər yazıb.
Hazırda Türkiyənin Trabzon şəhərində yaşayıb-yaradan Necip Saraçoğlu müxtəlifyönümlü istedadı ilə fərqlənən bir türk insanıdır. Özünəməxsus yaradıcılıq yollarında ona daimi uğurlar arzulayırıq.

Gülnar Səmaскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət

Trabzonda “Qafqazın səsi-2”

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Trabzon ədəbiyyat festivalına Azərbaycan da qatıldı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

İlyas Tapdıq rəhmətə getdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının