• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

STP-də Heydər Əliyevin 94 illiyi qeyd olunub

STP-də Heydər Əliyevin 94 illiyi qeyd olunub
Analoq.az xəbər verir ki,Sumqayıt Texnologiyalar Parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə baş direktorunun müavini İdris Mustafayev açaraq, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü misilsiz işlərdən bəhs edib, unudulmaz dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Sonra YAP-ın STP ərazi ilk partiya təşkilatının sədri Zirəddin İsmayılov çıxış edərək, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb, ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək nailiyyətlər qazanıldığını vurğulayıb.
STP-də Heydər Əliyevin 94 illiyi qeyd olunub

Daha sonra tədbirdə qonaq qismində iştirak edən YAP-ın Sumqayıt şəhər Təşkilatının Şüra üzvü Vəzirxan Ənsərov çıxış edərək, qeyd edib ki, ulu öndər Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib.

Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilib.

Tədbirin sonunda ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.


Analoq.az
STP-də Heydər Əliyevin 94 illiyi qeyd olunubскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV