Bizi izləməyi unutmayın

#Mədəniyyət / Baş Redaktordan / Manşet / #Yazarlar / #Ədəbiyyat

XALQ DİLİ İLƏ YAŞAYIR

13-05-2017, 17:00 | 7922 dəfə baxılıb.

Hara getsəm, hardan gəlsəm yolum Tiflisdən keçib.Nədən ki,evim,kəndim Tiflis-İrəvan yolunun üstə olub,qarış-qarış gəzişmişəm, yaxşı tanımışam bu şəhəri.

Onun vətənpərvərlik,milli mənsubiyyət göstəricisi abidələr ha￾mının nəzərini cəlb etməkdədir və bu məni də çox düşündürüb.

Məncə, qapıbir qonşumuz ötüb keçən yüzilliklərdən qalmış hər bir məbədə,yeni yaradılan hər bir abidəyə də əsasən iki tərəfdən diqqətlə yanaşır.

Birincisi, ucaldılan abidədə xalqın tarixi, özünəməxsusluğu imkan daxilində bütün etnoqrafik gerçəkliyi ilə görünməli,ikincisi, təsvirin gürcü xalqına məxsus ifadə dili nəzərə çarpmalıdı.

Yaradıcılıq baxımından ikinci məsələ daha çətin olduğundan gür￾cü müəllifləri əsərlərində onu həm dolayı, həm də birbaşa həll etməyə çalışır.

«Dolayı yol» dedikdə onu nəzərdə tuturam ki, burada abidələrin sərt, plastik formaları hardasa bu xalqın qədim dilinin yalnız özünəməxsus qrammatik qanu￾nauyğunluğu kimi, söz külçəsi şəklində yaşamaqdadı.

«Birbaşa yol» deyəndə isə, həmin abidələrin gürcü dilində ki￾tabəsini (yazılı kitabə) –hər bir abidənin tərcümeyi-halının ifadəsini bildirən yazılı izahı nəzərdə tuturam.

Deməli hər iki güclü yaradıcılıq amili içərisində həm də müstəqim mənada müəlliflər xalq dilinin möhtəşəm abidəsini yaratmışlar.

Daha konkret şəkildə gürcü dilinə abidə isə son vaxtlar ucaldılıb.Abidənin yaranması üçün görkəmli gürcü filosoflarının,ictimai xadimlərinin, klassik söz ustalarının bu dilin zənginliyi və gözəlliyi barədə söylədikləri fikirlər əsas
götürülüb.

Beləliklə, vətənpərvərliyin, milli mənsubiyyətin ən böyük göstəricisi olan xalqın dilinə də abidə ucaldılıb.

Yaşı iki min ilədək bir tarixi üstələyən Orxon-Yenisey və digər onlarca abidələrimiz əslində dilimizə qoyulan abidələr deyilmi?

Təəssüf ki, bu gün doğma Bakımızda bir sıra abidələrin məhz öz xalqımıza məxsus təsvir dili belə görünmür.


Bundan başqa dilimizə soyuq münasibəti idarə, müəssisə adlarını bildirən göstərici xatirə lövhələrində, reklam yazılarında belə görürük.

İstər-istəməz böyük sərkərdə və dövlət xadimimiz,
klassik şairimiz Şah İsmayıl Xətainin vəsiyyəti yada düşür.

«Sizə üç şeyi əmanət qoyub gedirəm: dilimizi, qeyrətimizi və vətənimizi…».

Bu ifadələr məgər dilimiz üçün, yaradılacaq hər hansı bir abidə üçün əsas deyilmi?

Mən demirəm ki, haqqında söhbət açdığımız gürcü abidəsinin üzünü köçürək… Bir də
üzünü köçürmək niyə?

Bizim özümüzün də məşhur abidə yaradıcıları var.

Eyni mövzuda isə yüzlərlə sənətkar bir-bi￾rinə bənzəməyən sənət əsəri yarada bilər.

Ancaq, dilimizi belə qabarıqlıqla üzə çəkməyə sanki ehtiyat edirik.Nədən ehtiyat edirik?

Bəlkə qorxuruq ki,bizə millətçi deyərlər?Bəs, indii təkcə öz xalqından ibarət monorespublika qurmuş başqa xalqlar barədə bunu nə üçün demirlər?

Orta məktəb illərindəki bir müəllimimizin sözü tez-tez yadıma düşür.Deyirdi ki, adam min cür danışığın içindən belə öz doğma səsini eşitməyə qadirdi.

Min cür müxtəlif yad musiqi qarışığında öz doğma musiqi ladlarını hiss etdiyin kimi…

Çünki, milli mənəviyyatı olan hər bir kəs daxilində gözəgörünməz bir hissiyyatla, genetik bağlılıqla
öz səsinə, öz dilinə sarı köklənmiş olur.

Bu fikir «Əsgər ata-sı» filmində dəqiqliklə verilib.

Ağır vuruşdan sonra, döyüşçülərin yatdığı səngərdə musiqiçilər çalıb-oxumağa başlayırlar. Gürcü musiqisi qoca Maxaradzeyə qəribə bir sehrlə,onu yuxudan oyatmadan çatır.

«Qayada yatmış idim, top atdılar oyanmadım, söz ilə,söhbət ilə oyatdılar» xalq mahnısında da belədir… Sözün,dilin yükü çiynimizdə doğrudan da böyükdür.

Maraqlıdı ki,Azərbaycan filmləri əcnəbi dildə çəkilir və sonra Azərbaycan dilinə dublyaj edilir. Lermontov isə Azərbaycan dilini bütün Şərq xalqları üçün «açar» hesab eləyirdi.

Bu dildə Nəsimi,Füzuli,Xətai,Vaqif,Aşıq Ələsgər, digər sənətkarlar Səməd Vurğun dünya poeziyasının gözəl nümunələrini yaratmışlar.

Cəlil Məmmədquluzadə «Anamın kitabı»nı
bütün kitablardan mükəmməl sayırdı.Seyid Əzim Şirvani,Sabir bu dildə təfəkkürün ağlasığmaz dərinliklərinə gedib çatmışdılar.

«Kooperativ «Sevindj» rabotayet… vıxodnoy den və s.kimi lövhələri, yazıları az qala hər addımbaşı görürük.Yaxşı olardı ki, bir sosiaoloji tədqiqat aparılsın, görək bu kooperativin məhsulunun alıcısının neçə faizi qeyri azərbaycanlıdı.

Belə tədqiqat metro sərnişinlərinin, fabrik,
zavod fəhləsinin,hətta şəhər əhalisinin də milli tərkibini müəyyənləşdirsin.

Bir dəfə mağazaların birində piştaxta üzərində yazılmışdı:«Otdel ne rabotayet».Sinəsi orden-medallı veteran müdirə yaxınlaşıb dedim ki,«dayı, olmazmı öz dilimizdə «şöbə işləmir» kəlməsini yazasız?». Kişi razılaşdı.

Amma nəyisə xatırlayıb əsəbiləşdi.- Yaxşı söz deyirsən,amma bunu yuxarılarda oturanlara rayonun ağalarına desən daha yaxşı olar,-deyə açıqlandı.

Bəlkə, doğrudan da adi bir mağaza elanının hansı dildə yazılması da rayon dairəsində həll edilir… amma buna da inana bilmirəm.Ertəsi gün həmin mağazada «şöbə işləmir» yazmışdılar.

«Deyəsən işlər yavaş-yavaş düzəlir»,-deyə özümlə za￾rafat eləyəsi oldum.Ticarət şəbəkələrində, alqı-satqı yerlərində kiçik görünsə də belə faktlara tez-tez rast gəlirsən…

Qonaqlarımız isə milli xüsusiyyətlərimizi nə qədər çox görsələr, şübhəsiz ki, o qədər çox xoşhal olarlar. İnsan hər səfərdə getdiyi yerin daha çox özünəməxsusluğunu görmək istəyir.

Söz yox ki, bizim qonaqlar da bizim vətənimizdə özlərini görmək istəməzlər.Son vaxtlar mağazalarımızın vitrinlərində, piştaxtala￾rında ana dilimizdə yazılara,lövhələrə tez-tez təsadüf edilir.
Bu az iş deyil.

Hərdən dil haqda qərarlar da verilir.Ana dilini qərarla yox, danışmaqla yaşatmaq mümkündü. Ana dilimizin böyüklüyü ondadı ki,bizi bir millət kimi yaşadır.
Tahir Talıblı
«İncəsənət» qəzeti,
9 may 1991-ci il




скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

İrəvan və Qarabağ haqqında tanınmış resurslar 3 min gəncə tanıdılıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

“Böyük şairin şərəfinə” adlı tədbir keçirilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının