Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

Telli Pənahqızı:"Yerdə min günaha batan adamlar..."

25-05-2017, 19:30 | 5512 dəfə baxılıb.

Analoq.az tanınmış tele-jurnalist, şair Telli Pənahqızının şeirlərini təqdim edir.Qeyd edək ki,dünən Telli Pənahqızının doğum günü idi.Onu analoq.az adından təbrik edir,yeni yaradıcılıq uğurları arzu edirik.



Kimlər günah etdi, kimlər xəyanət!
Kimlərin günahı kimlərlə getdi?
Kimlərin göz yaşı kimə əmanət,
Kimlər əmanətə xəyanət etdi?

Mələklər heyrətlə töküldü yerə,
Hər kəs qanadında bir tük gətirdi
Alovlar içində yanmasın deyə
Hərə bir qanadsız körpə götürdü!

Sıxaraq köksünə öz balasıtək,
Hər mələk qoynunda bir nur apardı.
Qap-qara tüstünün asılqanından,
Hərəsi bəmbəyaz bir dürr qopardı!

Bu nurlar ulduza, aya dönəcək ,
Mavi səmalardan bizə baxacaq!
Səssizcə çırparaq qanadlarını ,
Hər gecə özünü oda yaxacaq!

Dan üzü silkinib kül altdan qalxan,
Günahlar diksinib oyanacaqlar,
Qəfildən çatılan tonqal tək yaxan
Cəhənnəm odunda hey yanacaqlar

Hər mələk nur üzlü Fərəh olacaq,
Analar nigaran qalmasın deyə!
Günahsız mələklər hey qucaq-qucaq
Təzə zər səpəcək ulduzlu göyə!

Orada-göylərdə min bir büsat var,
Orada mələklər kamına yetir!
Yerdə min günaha batan adamlar,
Elə bilməyin ki, imtahan bitir!
21.05.2015

*******
BÜTÜN ANASIZLARA TƏSƏLLİ OLSUN

Nə desəydin...başım- gözüm üstünə,
Ocaq idin...mən od oldum tüstünə,
Bala,- dedin- mən yüyürdüm üstünə...
Torpaq kəsdi, daş qanatdı dizimi...

Ölümə, uzaq gəz, gen dolaş -dedim,
Açmışam dünyaya mən savaş- dedim.
Diz çöküb yalvardım:- ay qardaş,-dedim,
Kül eləyib, sən dağıtma közümü?

Qucaqladım...əmanətmiş torpağın,
Ölüm nə ki...qəbahətmiş qorxmağım,
Çiçək kimi göyərməyim, qalxmağım,
Olmayacaq...mən bilirəm özümü...

Tanrı təkmiş... dostlar çıxıb yoxamı?
Sənə sevgim tanıtdırdı yaxamı.
Səni aldı, oğurladı yuxumu
Kölgən cənnət...atəşin yox dözümü!

Sən mənim gözümün yaşından keçdin,
Mirvari axtardın, incimi seçdin?
Yığışıb Tanrının yanına köçdün,
Mən o Haqqa deyəmmədim sözümü...

*******
Daha durma qəsdimə,
Gördüyün adam deyiləm!
Çıxma yolumun üstünə,
Çətin qarşında əyiləm!!!

İndi mən də sənin kimi,
Sözümdən qaça bilirəm,
Baxıb qırıq qanadıma
Yalandan uça bilirəm!

Silib gözümün yaşını,
Qəhqəhə çekib gülürəm.
Hər gün canına and içib,
Səni yüz yol öldürürəm!

Səndən belə öc alıram,
Qalib gelib- ucalıram!!!
Yadlığından güc alıram
Bax, men də belə dəliyem!!

*******
DOĞMALAR, YADLAR

Sən mənim içimdə doğma qəribsən,
Sağımda, solumda qərib doğmalar,
Ruhumun sirdaşı o yad, qərib sən,
Yanımda ömrümə şərik doğmlar.

Gözümdə bir nursan zülməti yaran,
Işıqda zülməti görüb gəlmişəm,
Məcnunu səhrada dörd dolandıran
Hansı hikmət imiş, indi bilmişəm.

Doğmalar yad kimi gəzir içimdə,
Birdən o işıqda taparlar səni.
Dəlisov küləklər əsir içimdə,
Qorxuram deyəsən: tap, apar məni.

Mən necə anladım yad doğmalara,
Axı necə deyim o qərib sənsən.
Ruhumu görməyən bu adamlara
Necə söyləyim ki, qərib deyilsən.

Zülmətdən usanıb doğma qəriblər,
Axtarış deyəsən qalıb sabaha.
Mənə bir gecəlik möhlət veriblər,
Içim ələk-vələk, çölüm xaraba.

Içimdə sən adda qərib hönkürür,
Qınağa tələsir doğma da, yad da.
Göydən ruhlar baxıb lələk tökdürür,
Bayquşlar ulayır o xarabada.

Axtarıb bir küncdə tapdım səni mən,
Əlinə toxundum, əllərin bum-buz.
Vallah, öz içimdə mən də qəribəm,
Təsəlli nə gərək, indi söz ucuz.

Əl açıb Tanrının dərgahına biz,
Dedik: - Mələk elə, ay Allah, bizi,
Bu kirli dünyada yoxdur yerimiz,
Al, apar yanına hər ikimizi.

Uçurduq üz-üzə, nəfəs-nəfəsə,
Bir səs hey deyirdi:- Baxmayın yerə!
Ruhumuz sığmayıb bu dar qəfəsə
Bizdən çox-çox əvvəl çəkilir göyə.

Yerdən haraylayır doğma özgələr,
Şeytanlar daşlayır boş hücrəmizi,
Deyəsən Allaha qurban deyiblər,
Rüşvət veriblər ki, ayırsın bizi.

Bir mələk toxundu qanadlarıma,
Üzündən-gözündən nur tökülürdü.
Yaman bənzəyirdi doğma anama,
Səsi gələn yerdən dan sökülürdü.

Açdım gözlərimi, bu səsə döndüm.
Gördüm yan –yörəmdə doğma yadları,
Özüm öz içimdə qəribə döndüm,
Məni də quş elə, uçum, ey Tanrı!

Göydə qıyya çəkən durna sənmisən,
Kimi səsləyirsən, havara, kimi?
Sən mənim içimdə doğma qəribsən,
Kim gəlib təklikdən qopara məni?

Kimi haraylayım, çağırım kimi,
Boylandım göylərə, səs tək itmisən,
Gördüm ağ qanadlı mələklər kimi,
Sən mınim içimdən uçub getmisən.

*******
Gəzdim küləklərtək dəli, sərsəri,
Kölgəmi sən bilib qucdum mən dəli,
Kirpiyə yük olan bu geçələri
Yığıb gözlərimə... gözlədim səni...

Üzümə dirəndi hikkəm, inadım,
Sevənlər mələkdi dedin, inandım.
Mən sənin gözündə bir qamla qandım,
Sıxıb gözlərimə... gizlədim səni.

Bu yolun sonunda şam tək yanmadın,
Od alıb odumdan alovlanmadın,
Vida anında da məni anmadın
Baxıb gözlərinə...izlədim səni...

*******
Sevmək - Səni uzaqlardan sezmək əzabım,
Sonra bu əzaba dözmək əzabım,
Hər gün bu dözməkdən bezmək əzabım,
Sən hardan biləsən bezmək nə imiş...

Sən elə lal-dinməz şəkil kimisən,
Qəlbimi al, apar-dedim... güldün sən.
Həsrətlə boylandığım çiçək kiminsən?
Sən hardan biləsən dözmək nə imiş...

*******
Tanrı, dərgahına açdım əlimi,
Məni "yaxşılardan" qoru, Allahım!
Yamanın zərbəsi kəsməz dilimi,
Yaxşının bir sözü öldürər məni.

İlahi, düşmənim bilirəm kimdir,
Nə qədər "dost" varmış-düşməndən qəvi.
Ağzından çıxan söz bilməm kimindir,
Söz alıb-satmaqmış "dostun" görəvi!

Mənim dostum imiş, o mərd düşmənim,
Dost bildiyim isə düşməndən ötə!
İlan tək qıvrılıb qoynumda mənim,
Məqam axtarırmış zəhərin tökə!

İlahi! Dözüm ver, tab gətirim mən,
Sarır dörd yanımı yalan, xəyanət!
Mən kiməm!?Ən ali hakimimiz sən!
Gec, tez ...divanına gələcək əlbət!
25.04.2013

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı

Caduları qəbirstanlıqlara kimlər qoyur?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Telli Borçalı həbs olunacaqmı?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının