"Bulaq”ın araşdırmaları bir daha sübut eləyir ki,türklər həm tarixi yaradıb,həm də yazıb.



Azərbaycanın efir məkanında öz adıyla tanınan,seçilən,ayrıca dinləyici auditoriyasına malik olan uzunömürlü verilişlərdən biri,bəlkə də birincisi «Bulaq»dı.

Artıq 42 ildi ki,«Bulaq» verilişi efirdədi və hər həftə dinləyicilər «Bulaq»ın vaxtını səbirsizliklə gözləyir, bazar günü 19.30-da ocaq başına yığışan kimi,ağsaqqal,ağbirçək sözünə dinşək kəsilən kimi «Bulağ»ın başına yığışır,həvəslə dinləyirlər.

Təsadüfi deyil ki, dinləyicilərimizin çoxu bu verilişi «Bulaq Dədə» kimi tanıyır.Dədə isə simvollaşmış bir obrazdı.Dədə adı altında xalq özünün ucalığını görür.

«Bulaq» verilişi efirə çıxdığı gündən keçmiş Sovet rejiminin qadağalarına baxmayaraq xalqımızın milli-mənəvi dəyərlərini, folklorumuzu, folklorumuzun ən parlaq nümunələrinnən olan saz-söz sənətimizi təbliğ eləməyə,yaddaşlarda yaşayan deyimlərimizi,məsəllərimizi,etnik-mədəni irsimizi-incilərimizi toplamağa, xalqdan aldığını xalqa qaytarmağa başladı.

Təbii ki,bunlar o vaxtkı rejimin imkan verdiyi çərçivədə aparılırdı.Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən,qardaş Türkiyə və Cənubi Azərbaycanla sərhədləriniz açılannan sonra «Bulaq» verilişinin həm imkanları artdı,həm də araşdırıcı yönü dərinləşdi.

30-40 il bundan əvvəl «Bulaq» verilişi həm də efir yoluyla Güneydəki,Türkiyədəki soydaşlarımızla bir əlaqə körpüsüydü, hardasa milli-mənəvi dəyərlərimizə bağlı məktəb idi.

Bu missiyasını «Bulaq» verilişi bu gün daha uğurla, daha şərəflə yerinə yetirməkdədi.

Bu günlərdə güneyli bir soydaşımızla söhbətdə o belə bir söz dedi: «İndi Güneydə çox ailələrdə «Bulağ»ın qırx iki illik arxivi var, hər sayı qorunub saxlanılır, ola bilsin ki,sizlərdə hansı sayısa olmasın».

Bu sözlərdəki həqiqət bizləri sevindirir, «Bulağ»ın qazandığı uğuru xalqın mənəvi sərvəti kimi dəyərləndirməkləyanaşı Azərbaycan Radiosunun tarixi fəaliyyətinə verilən ən yaxşı qiymət kimi qəbul edirik.

Yeridi deyək ki, bir neçə əməkdaşla hazırlanan, efirə çıxan bu veriliş,elə bil ki,bütöv ölkəylə, xalqla birgə hazırlanır, birər-birər hamımızdan,hər nəfərimizdən,tariximizdən,sınırlarımızdan keçir. Elə uğuru da bu yöndədi.

Tarix-təkcə tarix deyil, təkcə yaşanılmış həqiqətlər deyil,tarix həm də ibrət dərsidi,olmuşlardan bir nəticə hasil eləməkdi.Bu isə tarixə sahiblikdən və özünü dərkdən keçir.Özünüdərk isə etnomühiti yaratmaqla, yeddi arxa dolananı tanımaqla, soya-kökə bağlılıqla mümkün olur.

Çox böyük həqiqətlər isə çox vaxt kosmogenik görünənlərdə, mifoloji qatlarda gizlənir.«Bulaq» dərin elmi araşdırmalar aparır,uğurlar qazana bilir.

Tarixi dəyərlərə yiyələnmə və milli etnik gələnəklərə sahibliyi «Bulağ»ın ümumxalq marağına səbəb olub.Özünəməxsus elmpublisistik fəlsəfi-psixoloji yazı üslubu,belə deməyə əsas verir ki, artıq bir «Bulaq» janrı mövcuddu.

Belə bir fraza tez-tez səslənir: «Türklər tarix yaratsa da,tarixi yazmayıblar».“Bulağ”ın araşdırmaları bir daha sübut eləyir ki,türklər həm tarixi yaradıb,həm də yazıb.Nədən ki,hər sözümüzdə, idiomatik ifadələrimizdə, deyimlərimizdə üstünü toz bassa belə əsil tariximiz qalır,yaşayır.

Bu uzun illərdə «Bulaq» bu yöndə çox işlər görüb, çoxlu deyimlərimizin, ata sözlərimizin, misallarımızın yaşatdığıtarixi, qoruduğu həqiqətləri,sözün içindəki enerjini dinləyicilərə nişan verə bilib.

«Qan içən»,«Od qiyməti»,«Su qiyməti»,«Dədəsinin qiymətini malin belinə qoyub»,«birin-bilirsən, birin bilmirsən», «kəkliyim azıb», «Qaraçöp», «sülənmək»,«qıra keçmək, qırda qalmaq» və s. bu söz,ifadə sırasını çox artırmaq olar.Bu sözlərin elmi açılışı,izahı elmlə məşğul olanlarımız üçün də maraq doğurub.

«Bulaq» yaranışdan bizimlə birgə addımlayan, bizimlə birgə yaşayan, köynəklə bədən kimi,hətta ətlə sümük qədər bir-birinə yaxın xalqların,etnosların da folkloruna güzgü tutub.

Bu qohum xalqların və mədəniyyətlərin (talış, tat,kürd, udi,avar, kumuk, ləzgi, və s.) bir-birinə qaynaq folkloru bir bütöv kimi tədqiq edilir və araşdırılır.

«Bulaq» sözün qatlarınnan keçib gəlir.Söz-adamın öz içiylə getdiyi, amma heç vaxt mənzilə yetişə bilməyəcəyi yoldu.Azərbaycanın bütün əraziləri bölgələri insanı heyrətləndirəcək qədərində zəngin, hələ tam toplanmamış folklor nümunələri ilə dolu yatırımdı.

İlk baxışda bu da ərazilərimizdə köklü dövlətlərin, dövlətçilik ənənələrimizin mövcudluğuyla əlaqəlidi.
Təbii ki,«Bulaq»la bağlı araşdırmaları apardıqca adam dərinliklərə gedir,dərinliklərdə isə gözə görünməyən aydınlıqlar da var, qulaq batıran sakitlik də.

P.S. Onu da deyim ki, neçə-neçə kitaba sığışa biləcək yazılar qovluqlarda yığılıb, qorunur. Təbii ki, kitab kimi çapını gözləyir.

Ama mənim 5-10 ildə ancaq bir kitab buraxmağa imkanım ancaq çata bilər.
Təki sağlıq olsun.
2010
Tahir Talıblı

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Herbs Like Keflex Propecia Orquialgia Order Levitra viagra Canadian Pharmecy Cheap Brand Propecia Online