• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Şəhid Raquf Orucovun xatirəsi yad edildi

Şəhid Raquf Orucovun xatirəsi yad edildi Şəhid Raquf Orucovun xatirəsi yad edildi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ötən ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və "ASAN Könüllüləri"nin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə "ASAN Xidmət"in rəhbərliyi, R. Orucovun ailə üzvləri, gənclər iştirak edib.

Tədbir zamanı jurnalistlər Elşən Əliyev və Elxan Salahovun həmmüəllifləri olduqları, R. Orucovdan bəhs edən "Murov qartalı” kitabının təqdimatı keçirilib, şəhid polkovnik-leytenant haqda film nümayiş etdirilib.

“ASAN Radio” Departamentinin müdiri Emin Musəvi bildirib ki, R. Orucov cəbhənin ən çətin yerində - Murovdağda kəşfiyyatçı kimi igidliklər göstərib: "Bu igidliklər hələ onun sağlığında haqqında əfsanələrin yaranmasına səbəb olub. Raquf çox təvazökar insan idi. O, igidlikləri, qəhrəmanlığı norma kimi qəbul edirdi".

E. Musəvi deyib ki, gənclərdə vətənpərvərlik hissinin formalaşması istiqamətində silsilə tədbirlər davam etdiriləcək. O bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və Qarabağ döyüşlərin şəhid olmuş qəhrəmanlar haqda ətraflı məlumatın verilməsidir.

Tədbir çıxışlarla davam etdirilib.
apa.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV