Bizi izləməyi unutmayın

#Mədəniyyət

Gənc diplomatlarının dördüncü birgə təlim proqramı keçirilir

14-07-2017, 12:30 | 2672 dəfə baxılıb.

İyulun 2-dən 15-dək Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin - Azərbaycan, Türkiyə, Qazaxıstan,Qırğızlstan və TDƏŞ ilə sıx əməkdaşlıq edən Macarıstanın gənc diplomatlarının dördüncü birgə təlim proqramı keçirilir.

Təlim proqramları çərçivəsində TDƏŞ-ə üzv ölkələrin tanınmış siyasətçiləri, diplomatları, elm adamları gənc diplomatlar üçün müxtəlif sahələri əhatə edən mövzularda mühazirələr oxuyublar.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov “Etnik azlıqlara dair milli siyasət”, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov “Türk xalqlarının ümumi milli dəyərləri”, “Səfir və gənc diplomat: Səfirin nöqteyi-nəzərindən. Mənim diplomatik təcrübəmdən fraqmentlər: sual və cavab”, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Türk mədəniyyəti irsi” mövzularında mühazirələr oxuyublar.

TDƏŞ-ə üzv ölkələrin gənc diplomatları Azərbaycanın Qırğızıstandakı səfirliyində olub, foyedə kitab sərgisinə baxıb, ölkəmizin inkişafından, respublikamızda keçirilən dünya miqyaslı mötəbər tədbirlərdən bəhs edən filmi izləyiblər.

Hidayət Orucov Azərbaycanın regiondakı mühüm rolu, ölkəmizdə multikulturalizm və dini tolerantlığın ənənələri haqqında məlumat verib, iqtisadi uğurlardan söhbət açıb.

Səfir 2001-ci ildə nəşr olunan “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı haqqında da məlumat verib.

Diplomat bildirib ki, iyulunda 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə ağır yaralanıb.

Səfir Ermənistan silahlı qüvvələrinin növbəti vəhşiliyinin Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyini vurğulayıb.

Diplomat cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən hücumlar edilməsinin sistemli xarakter daşıdığını diqqətə çatdırıb.

O, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərinə hücumlarını beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması olduğunu vurğulayaraq deyib: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına Ermənistanın siyasi-hərbi rəhbərliyinin mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq,Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər”.

Xocalı soyqırımından bəhs edən səfir bu qətliamın XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənc diplomatlara məlumat verən Hidayət Orucov bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Vurğulayıb ki, hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.

Həmçinin BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar analoji qərarlar qəbul ediblər.

Onlar Azərbaycan ərazisinin bütövlüyünü və işğal edilmiş ərazilərin azad olunmasının vacibliyini təsdiq ediblər. Təəssüf ki, bu günədək belə böyük beynəlxalq təşkilatların qərarları icra olunmur.

Hidayət Orucov xalqımızın bu vəhşiliklərin cavabsız qalmayaçağına, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığına, işğalçıların layiqli cavablarını alacaqlarına qəti əminliyini diqqətə çatdırıb.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət Ulu Öndər Heydər Əliyevin başladığı böyük işlərin davamı kimi, ölkədə demokratik islahatların həyata keçirilməsi, sosial-iqtisadi inkişaf, vətəndaşların hüquq və azadlıqlarının qorunması, şAzərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi işinə xidmət edir.

Sonra gənc diplomatların sualları cavablandırılıb.

Qırğızıstan Diplomatik Akademiyası adından iştirak edən Asan Toktoqulov əlaqələrimizin inkişafından, universitetlərdə tələbələrlə keçirilən müntəzəm görüşlərdən danışıb.

Səfir Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əlaqələrin inkişafında dövlətlərimizin başçıları İlham Əliyevin və Almazbek Atambayevin xidmətlərini xüsusi vurğulayıb.aztv.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Bütün xəbərlər / #Siyasət / #Ölkə

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirilir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

İsveçdə Azərbaycan diasporunun nümayəndələri Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizi təmsil edib.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Gənc şair “Tanrı qağaya ismarış” yolladı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının