Bizi izləməyi unutmayın

#Mədəniyyət / Baş Redaktordan / Manşet

TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ DƏYƏRİ.

4-08-2017, 15:30 | 1 1542 dəfə baxılıb.


Azərbaycan Türk Oğuz yurdudur və biz qədim tarixə malik olan Oğuz Türkləriyik.Biz Türklərin tarixində qadın, xatun və ya xanım dəyərli və əvəz olunmazdır.Dünya tarixinin səhifələrini aramla incələsək türklər qədər qadına dəyər vərən,qadını ucaldan ikinci bir millətin olmadığını açıq aydın görərik.

Bu gün bu yazımda sizə digər toplumlarda, millətlərdə qadının yeri ilə türk millətində və türk toplumunda qadının yerini müqayisə edəcəyəm.Öncəliklə onu qeyd etmək istərdim ki,ailə bu gün olduğu kimi əski türklərdə də önəmli və önəmli olduğu qədər də dəyərlidir.Türklərdə ailənin təməlini qadın təşkil edir.

Türk qadını ailəsində söz sahibi olmuş və ərinə igidinə daima dəstək olmuşdur.Bu hələ milatdan öncə də belə idi.Avropada, Afrikada,Ərəbistanda qadınlar kölə kimi satılsa da türk qadını daima hürr azad olmuşdur.Qədim türklərdə qadın ailədə söz sahibi olduğu qədər siyasi və iqtisadi əlaqələrdə, dövlətin idarəsində də söz sahibi olmuşdur.

Qadınlar gözəl qılınc oynadar, at minər və güləşərdilər.Qadınlar savaşda da iştirak edərdi. İndi bunu oxuyanların çoxu mənim irqimi övdüyümü zənn edəcəklər, amma bu gərçəkdir və bu gərçəkləri mən sizə tarixi qaynaqlarla bildirəcəyəm. 

Qədim Türk atalar sözündə belə deyilir: "Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır".Türklər qadına yüksək dəyər verir demişdik ve bunu qədim türklərin tək evlilik etməsində də görürük.Yəni bir qadınla evli olduqları zaman ikinci bir qadın almazlardı.

Hun tükləri dönəmindən başlayaraq qadın kişi ayrımı edilməzdi.Hunlarda qadını kişinin tamamlayıcısı sayılır və qadınsız heç bir şey edilməzdi. Hətta elə ki, Kağanın əmirnamələrində "Xaqan buyurur" ifadəsi yalnız yer alırdısa və Xaqanın Xatununu, yəni xanımının adı qeyd edilməsə o, əmirnamə keçərli olmazdı, qəbul edilməzdi.

Yabancı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazdılar.Elçilərin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütləq idi(1). Bəzən də xatunlar tək başına elçiləri qəbul edirdilər.Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın xanımı Arıq Han tərəfındən qəbul edilir və dövlət işləri ilə əlaqədar görüşürdülər.Qəbul törənlərində, ziyafətlərdə, şölənlərdə xatun xaqanın sol tərəfində otururdu.

Siyasi və idarə görüşləri dinləyər və fikirlərini söyləyərdi. Türkiyəli yazar Gökalp bu mövzunu belə qeyd edir "Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş və sayqı göstərməmişdir"(2). Göktürk və Uyğurlarda da xaqanın xanımı xatun dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur.Hunlarda olduğu kimi onlarda da əmirnamələr yalnız xaqanın adına deyil, "Xaqan və Xatunun namına" deyə ortaqlaşa imzalanmaqdadır.

Ailə içində də qadın yüksək söz sahibi olmuşdur(3).Asiya Türklərində Göktürklərin tarixi və yaşamları ilə əlaqədar ən önəmli qaynaq Orhun kitabələridir. VII yüz ildən başlayaraq Orhun Kitabələrində dövlət işlərini bilən "Katunlardan" yəni xatunlardan söz edilir.Orhun kitabələridə də Xaqan ve Xatun buyurur sözləri ile başlayır.

İslamdan öncə də Türk qadınlarına verilən önəmlə əlaqədar çox mənbələr var,bunlardan biri də hələ İslamdan öncə İtil (Volga) Bulqarlarını səyahət edən İbni Fadlan, öz əsərində türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf etməkdə və heyrətləndiyini gizlətməməkdədir. Fadlan,xaatunun hökümdarın yanında oturduğunu bunun türklərin adəti olduğunu qeyd edir.

Türk qadınının əsla kişilərdən qaçmadığını qeyd edir. Başqa biz ərəb səyyahı İbn Batu belə yazır "Burda qəribə bir hala şahid oldum ki,o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti və dərəcəsi kişilərdən daha üstündür"(4). 

Eyni zamanda bu yazdıqlarımı qədim Türk dastanlarında da açıq aydın görə bilərik.Dastanlarda qadın kişinin güc və ilham qaynağı olduğu bildirilir.Bizim milli dastanımız olan Kitabi -Dədə Qorqud hekayələrində də buna rast gəlirik. Örnək olaraq "Dəli Domrul hekayəsində" Domrul canının yerinə öz canını verməyə razı olacaq birini bulmağa çalışır və bunu qadında tapır, qadını ona heç çəkinmədən " canını verəcəyini" söyləyir.

Eyni zamana qədim Türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər və bu Türk ata sözümüzde belə qeyd edilir "Ey Türk oğlu Suyu çaydan qızı soydan al(5). Bunun səbəbi yazının əvvəlində də qeyd etiyim kimi Türk qadının cəsarəti ve şərəfli olmasıdır.Türk qadını daima at belində əlində qılınc və savaşda birincidir.

Yenə Dədə Qorqud dastanımıza baxsaq, hekayələrdən "Bamsı Beyrək" hekayesinde yer alan Banu Çiçək ,bunun ən gözəl örnəklərindən biridir(6). Bir başqa örnək Selcan Xatundur. Selcan xatun düşmənin gecə ərinə basqın etməsindən şübhə etməkdədir.O, ərinə xəbərdarlıq edər və savaş başlayar. Mücadələ sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Səlcan Xatun atını düşmənin üstünə sürər və onu qılıncından keçirər(7). 

Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə tarixi bilgilərə əsaslanaraq bölüşdüm. İndi gəlin digər irqlərin qadınlara verdiyi dəyəri incələyək. İlk öncə İngilislərlə başlayaq. İngiltərdə XI. yüzilə qədər ərlər arvadlarını sata bilirdi. Xiristiyanlar isə qadına şeytan gözü ilə baxmşlar.

Yenə İngiltərədə qadın murdar varlıq sayıldığı üçün, İncilə əl vurmurdu. Qadınlar İncirloxumaq haqqına Hanri dövründə (1509 1547) sahib oldular. İngilis keşişi Dourun Westminister kilsəsindəki nitqindən "Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsində oturmaq haqqına sahib olmadığı kimi, söz soruşulmadan danışması da qadağan idi.

Kişi başının üstündə böyük odun parçası asardı, lazım gəlsə qadını cəzalandırmaq üçün onu istifadə edərdi. Oğlan uşaqları isə analarına ev içində xidmətçi qadından yuxarı dəyər verməzdilər.Çinlilərdə qadın insan sayılmazdı və ona ad belə verilməzdi .Qız uşaqlarına ad verilməz, bir iki üç deyə çağırılırdı(8). Həyatı boyunca bir kişinin yönətimində yaşamalı idi. Qadın xidmətçi sayılır əri və uşaqları ilə eyni süfrədə otura bilməzdi.

Ayaqda durub onlara xidmət etməli idi(9). Farslarda qadın kişiyə itaət etməyə məcbur edilirdi. Bir kişinin birdən çox qadinla evlənməsi normal idi. Qan bağlılığının nigaha mane olmaması səbəbi ilə Sasani İranında farslar anaları və bacıları ilə nigaha girə bilirdilər, hətta buna təşviq edilirdi(10).

Cahiliyyə ərəblərin də qız uşağı diri-diri gömülməsi bir gərçəkdir. Qız uşağına sahib olmaq şərəfsizlik hesab edilirdi. Buddizmin qurucusu budda isə ik başlarda qadınları dinə qəbul etməmişdir. Əski yunanalarda qadının bir dəyəri yoxdur. Əşyalardan fərqsiz olan qadın digər mallar kimi satıla ve miras kimi bağışlana bilirdi(11).

Slavyanlarda (ruslarda) qadın əşya kimi qiymətləndirilir. Zodruga deyə adlandırılır. Slav ailəsində uşaqlara da əsir kimi baxılır. Ruslarda qadı əri ilə bərabər gömülür.Rus hökümdarlarının, yaxın adamlarının gözü önündə xalqdan cariyələrlə münasibət yaşayırdı.

Sizinlə digər millətlərdə qadına verilən dəyəri paylaşdım. İndi əminliklə hər zaman Türk milləti qədər qadına dəyər verən ikinci bir millətin olmadığını çəkinmədən yenidən qeyd edə bilərik. Azərbaycan Türk yurdunda və bütün Türk məmləkətlərindəki igidlər atalarımızın xatunlarına,xanımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli və Türk qadınını uca tutmalıdırlar.

İstifadə edilən mənbələr: 

1. Ali Ahmetbeyoğlu; Avrupa Hun İmparatorluğu, TTK Yay., Ankara,2001,s.151.

2.Ziya Gökalp; Türkçülüğün Esasları, ( Hzrl. Mehmet Kaplan), Varlık Yay., Ġstanbul 1970, s. 35.

3.Özkan Ġzgi; “Ġslamiyetten Önce Türk Kadınları“,Türk Kültürü Araştırmaları, Ankara,1975,s.145155.

4.Muharrem Ergin; Orhun Abideleri, Boğaziçi Yay., Ankara, 1989, s.21,35.

5.Azərbaycan Birliyi sehifəsi facebook.com.

6.Muharrem Ergin; Dede Korkut Kitabı, Boğaziçi Yay, Ġstanbul, 2001,s.64.

7.M. Ergin; Dede Korkut Destanı, s.122.

8.http://www.turkforum.net/710575-eski-turklerdekadin.html 18.5.2012.; http://translate.google.com.tr/translate… men-in-the-ancient-chinese-culture.html

9.Necla Arat; Kadın Sorunu 2. Baskı, Say Yay., Ġstanbul, 1986, s.26

10.25http://translate.google.com.tr/translatehl=tr&langpair=en%7Ctr&u=http://www.iranchamber.com/history/articles/women_in_ancient_persia.php23.5.2012.; http://www.turkforum.net/710575-eskiturklerde-kadin.html 18.5.2012

11.http://www.turkforum.net/710575-eski-turklerde-kadin.html 18.5.2012.

12.TARİHÎ SÜREÇ İÇERİSİNDE TÜRK TOPLUMUNDA VE DEVLETLERİNDE KADININ YERĠ VE ÖNEMİ HISTORICAL PROCESS AND THE IMPORTANCE OF WOMEN IN THE TURKISH SOCIETY AND THE STATES Yrd. Doç. Dr. Ahmet GÜNDÜZ Ahi Evran Üniversitesi, Eğitim Fakültesi, İlköğretim Sosyal Bilgiler Öğretmenliği ABD

13.https://gokturukler.wordpress.com/…/ko…/eski-turklerde-kadın.


AYNUR TALIBLI

Tarix və Mədəniyyət araşdırmaçısı
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Elza yenə aləmi qatdı bir birinə..Qadın nə istəyir?şeiri ilə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Ölkə Şokda:Azərbaycanlı qadın Türk polisini hərəkətə gətirdi..

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Mən türkəm

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının