• 15:45 – Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub 
  • 15:22 – Pakistan Səfiri Naxçıvanın daimi nümayəndəliyinə gəlib 
  • 22:44 – Bayramın- İladi Öməroğlundan bir poetik sovqat 
  • 19:41 – Milyonçu Cənnət Əliyev gitaraçı Musa Musayevi müğənni edib 
  • 16:58 – Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatıb 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 11:16 – Namiq Hacıheydərli “Canlı əfsanə”-sini təqdim etdi 
  • 00:24 – Bir zaman ayılıb görəcəyik ki,...Təhminə Serra yazır- 

"Ləziz səyahət" Lənkəranda

"Ləziz səyahət" Lənkəranda "Ləziz səyahət" Lənkəranda
"Ləziz səyahət" bir aylıq efir həyatında sözün əsl mənasında müəyyən uğur əldə etdi.Azərbaycanı qarış-qarış gəzib dolanan verilişin yaradıcı heyəti efir həyatının bir ayı ərzində,Göyçayı,İsmayıllını, Qəbələ,Biləsuvar və Lənkəranı gəzib dolaşmaqla adıçəkilən bölgələrimizin füsunkar təbiətini,zəngin mətbəximi,tarixi abidələrini Dünya televiziyasının tamaşaçılarıyla daha da yaxından tanış edir.

Üzümüzə gələn həftənin çərşənbə günü saat saat 22-00 da "Ləziz səyahət" komandası tamaşaçılarını yurdumuzun dilbər güşəsi Lənkərandan salamlayacaq.

Bu verilişdə tamaşaçılar Lənkəranda olan 2000 yaşlı ağacla,liman şəhərinin fəxri "Nənələr" folklor qrupuyla,Lənkəran limonuyla pürrəngi çay keyfindən və milli mətbəximizin şah damarlarından sayılan Lənkaran ləvəngisinin hazırlanmasıyla tanış olacaqlar.

Xatırladaq ki,"Ləziz səyahət"in layihə rəhbəri Aqşin Kazımoğlu,aparıcısı isə müğənni Sevinc Musayevadır.Verilişin növbəti buraxılışı Xaçmaz şəhərində baş tutacaq.

Analoq.az


"Ləziz səyahət" Lənkəranda
"Ləziz səyahət" Lənkərandaскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV