• 19:58 – Xristianlar, müsəlmanlar, yəhudilər və bütün dinlərin mənsubları sonu görünməyən savaş içindədirlər. 
  • 15:38 – Daimi nümayəndəliyin rəhbəri Fransanın milli bayramına həsr olunmuş tədbirdə iştirak edib 
  • 13:19 – Nikol Paşinyan əmr verib 
  • 11:31 – Professor:"Hər bir azərbaycanlı bu məsələdə həssas olmalı, dövlətçilik maraqlarının qorunması üçün əlindən gələni əsirgəməməlidir" 
  • 10:44 – Dünya çempionatının iqtisadi tərəflərindən biri-Millət vəkilinin təhlili 
  • 09:15 – Ərdoğan:"15 iyul qələbəsi Moskvada qeyd olunur, bunu təsəvvür edə bilirsiz?" 
  • 23:59 – İranda dini təhsil alan dəstə üzvü zərərləşdirilib 
  • 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 

Öləndə məni Qazaxa aparın...

Öləndə məni Qazaxa aparın... Öləndə məni Qazaxa aparın...
Aşıq Ədalət ağır,sağalmaz, çarəsiz xəstəliyə düşmüşdü. Nə təbib çarə tapır, nə məlhəm kömək edirdi.

Sentyabr ayının on üçündə, günəşin qürub çağında bir xeyli ziyalı, Ədalətin görüşünə getdik. Qarayanız Ədalətin rəngi ağarmış, solmuş, saralmışdı. Alıcı gözləri çuxura düşmüşdü. Gəlişimizə sevindi, pərişan çöhrəsinə təbəssüm qatıldı. Ürək-dirək verdik, zarafat elədik. Onunla bağlı xatirələrimizi danışdıq. Lakin hamısı üzəvari idi. Vəziyyəti dözülməzdi.

Ayrılanda, “ağrınız alem, nə yaxşı bu dar gündə mənə həyan oldunuz. Elə bilirdim ki, heç kimim yoxdu, kimsəsizəm. Bilirəm, ölüm haqdı, alın yazısıdı, qaçılmazdı. Kimlər gəlib, kimlər gedib bu dünyadan. Kimə qalıb, kimə qalasıdı bu dünya... Ədalətdə onlardan biri kimi. Sizlərə vəsiyyətim budur ki, öləndə məni dünyaya gəldiyim, dünyam bildiyim Qazağa aparın, orda torpağa tapşırın. Ruhum şad olsun”.

Ertəsi günü dan sökülər-sökülməz ölüm karvanı yol aldı Qazağa sarı. Qazaxlılar doğma, əziz Ədalətini gözləyir, çiyinlərinə alıb torpağa tapşırmağa hazırdılar...

Dünya, dünya! Yalan dünya, yaman dünya. Etibarsız, ilqarsız dünya. Ədaləti bizdən alan, bizi Ədalətsiz qoyan dünya...

Xalqımızın min illiyi ötüb keçən musiqi dünyasının yeddi yüz illiyinə körpü saldım. Unudulmazları xatırladım...

Udda Səfiəddin, tarda Sadıxcan, kamançada Habil, sazda Ədalət qəlbimə hakim kəsildi. Fəxr etdim, qürur duydum. Nə yaxşı, nə gözəl!..525.az

Teymur BÜNYADOV

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV