• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

Türkmən şeirinin ən parlaq nümunələri doğma dilimizdə

Türkmən şeirinin ən parlaq nümunələri doğma dilimizdə Türkmən şeirinin ən parlaq nümunələri doğma dilimizdə
"Türkmən şeiri antologiyası" kitabında zəngin türkmən ədəbiyyatinı Əndəlib, Azadi, Şahbəndə, Şeydayi, Məxdimqulu,Məğrubi, Qayibi, Talibi, Qurdoğlu, Kəminə,Zinhari Seyidnəzər Seydi,Zəlili,Seydulla Seydi,Molla Nəfəs,Aşiqi,Katibi,Dostməhəmməd Möhtaci,Miskin Qılınc,Balqızıl kimi tanınmış şairlərin əsərləri toplanıb.Kitabda yer alan şeirləri fologiya elmləri doktoru,professor Ramiz ƏSKƏR türkməncədən doğma dilimizə çevirib və kitaba ön söz yazıb. Analoq.az "Türkmən şeiri antologiyası" kitabından Türkmən şeirinin ən qüdrətli nümayəndələrinin bir neçə şeirini təqdim edir:

XURAMAN QAMƏTİ NAZİK

YETSƏ

Nə xoş gündür, müsahiblər,kişi cananına yetsə,
Görüb dürlü məlamətlər, axır dildarına yetsə.

Çəkib rənci-məşəqqətlər, ki eşq yolunda afətlər,
Görüb yüz min əlamətlər, könül ərmanına yetsə.

Fələk ursa ona şəbxun, yıxılsa başına gərdun,
Görüb yüz dərdü qəm əfzun, yenə dərmanına yetsə.

Dilü canım xarab olsa, yolunda min əzab olsa,
Yanıb bağrım kabab olsa, nə ərman canına yetsə.

Mələk sima, qəddi ziba, gözü ahu, üzü həmra,
Olub çün Əndəlib şeyda, güli-xəndanına yetsə.


******

AÇDI

Bahar əyyamı gözdən qönçələr gülşəndə xab açdı,
Səba məşşatəsi sünbülün zülfün yaydı, tab açdı.

Görüb sərgəştə əhvalını bəzmi-bustan içrə,
Təbəssümlər ilən bülbülə güllər ləli-nab açdı.

Dodağın gül qönçəsi güllər dəmə-dəm bülbülün səslər,
Hərəmi-gülşən içrə səbz süfrədən kitab açdı.

Təqdimi-bülbülə zərrin piyalə birlə gülşəndə,
Diymənlər nəstəran ləbə-ləb güli-şərab açdı.

Xəlil kimi özünü atəşi-eşq içrə uran çün,
Bilin, həq rövzeyi-gülzarından bülbülə bab açdı.

Dəbistani-çəməndə tifl sayaq Əndəlibi-zar,
Ki bismilla oxuban eldə həmradan kitab açdı.

******

ABDULLA ŞAHBƏNDƏ
(1720 – 1800)

MƏNLİ

Qaşına çəkibsən sürmə
Bugün, sevər yarım Mənli.
Al yanaqda burma-burma
Siyah zülfün tarım, Mənli.

Gözə gəlməz dünya malı,
Pərişandır aşiq halı.
Xəzan vurdu sən gedəli,
Soldu bağçam-barım, Mənli.

Sənsən mənim Bəlx-Ürgəncim,
Səndən özgə yox güvəncim.
Qoynun içrə gizli gəncim –
Qızıl alma, narım, Mənli.

Seyrə çıxdın zülfün töküb,
Ağ üzünə örpək çəkib,
Şahbəndənin halın sorub,
Gəl, ey vəfadarım, Mənli

******

MƏXDUMQULU FƏRAQİ
(1733-1813)

SEYRAN İÇİNDƏ

Ey yaranlar, müsəlmanlar,
Bir gecə seyran içində,
Otuz iki kişi gördüm
Ol Şahi-mərdan içində.

Olara verdim salamı,
Sordular sağlıq kəlamı,
Şeyxü seyyid − Mövla Cami,
Ol yeddi sultan içində.

Sultan Veys Pəhlivani,
Həkim Ata Süleymani,
Xoca Yusif Həmədani
Ol şahi-Kənan içində.

Türküstan yiyəsi sərvər,
İmam Kazım, imam Cəfər,
Yəhya ilə Nuh peyğəmbər,
Bəyazid sultan içində.

Gözəl pirlər, gözəl yarlar,
Çəkdilər bu yolda zarlar,
İmam Rza şahi-pirlər,
Neçə gözəl can içində.

Məxdumqulu, sirrim çoxdur,
Mən neyləyim, açan yoxdur,
Ölmək haq, dirilmək haqdır,
Oxudum Quran içində.

*******

DÖNDÜ

Üzü mahi-tabanım,
Gün kimi ayə döndü,
Çərx oldu nərdivanım,
Göy payə-payə döndü.

Bir gün aşiq şux oldu,
Qəm-qüssəsi yox oldu,
Hər kirpiyin ox oldu,
Qaşların yayə döndü.

Aşığı saldın oda,
Qoydun getdin burada,
Günorta verdin vədə,
Vaxt keçdi, sayə döndü.

Can qalmadı bədəndə,
Yanaram ah edəndə,
Gözüm gəlib-gedəndə,
Hər günüm ayə döndü.

Min sevdam var, bir başım,
Qoydum elim, qardaşım,
Ağlamaqdan göz yaşım
Coşğun bir çayə döndü.

Yarın könlü çağ oldu,
Aşiqlər dustağ oldu,
Dalda yerim dağ oldu,
Düz yerim qaya döndü.

İstərəm gündə-gündə,
Ağlaram tündə-tündə,
Hər zülfünə bir bəndə,
Hu saya-saya döndü.

Dal-budaqlar əyildi,
Köçdü bülbül, dağıldı,
Axar sular soğuldu,
Çöl yerlər çayə döndü.

Dərman olmaz əlaca,
Zad verməzlər möhtaca,
Baylar döndü qəllaca,
Fəqirlər baya döndü.

Məxdumqulu, gəzəndə,
Hələb, Qeysər düzündə,
Gözəl yarın izində
Ömrümüz zayə döndü.

*******

ŞEYDAYİ
(XVIII əsr)

GƏLİN

Yalan dünyanın behişti,
Qızıl güldən təzə gəlin.
Ağ üzlərin bənzər aya,
Sallanışın qaza, gəlin.

Vara bilmənəm yanına,
Sənin mənzil-məkanına,
Səvab et şirin canına,
Rəhm eyləgil bizə, gəlin.

Görməyə gözlərim zardır,
Qoynunuz fəsli-bahardır,
Sevib ayrılmağım ardır,
Sən bənzərsən yaza, gəlin.

Tamaşalı toy olanda,
Qız-cavanlar yığılanda,
Qızlara nəzər salanda
Sən düşərsən gözə, gəlin.

Şeydayi der, söz olmasa,
Bağçada gülüm solmasa,
Ziyadə zərur olmasa,
Verməm yüz mün qıza, gəlin.

*******

İLƏ

Arzu çəkib dost camalın görməyə,
Yürü könlüm, yoldaş olsan ər ilə.
Eşq ilə baş qoysan möhnət daşına,
Cəfa çəkib, yar camalın gör belə.

Təmənna dağından ötə bilmənəm,
Ədəb səriştəsin tuta bilmənəm,
Yolum uzaq, yara yetə bilmənəm,
Qanadım yox, uça bilməm pər ilə.

Qafil adam qaraları ağ bilər,
Aqil adam biliyini yox bilər,
Düz aşiqəm, xidmətimi haq bilər,
Xeyir gərək, işim yoxdur şər ilə.

Bəndə Şeydayi der sinəm dağlıdır,
Axirət zamana belim bağlıdır,
Əsli xakdan olan adəm oğludur,
Gələn keçər, yeksan olar yer ilə.

Savalan Talıblı
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV