• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Nazim Qəhrəmanov:"Qarabağ bütöv olmayana qədər,müsahibələr vermək və mediada görünmək istəmirəm”

Nazim Qəhrəmanov:"Qarabağ bütöv olmayana qədər,müsahibələr vermək və mediada görünmək istəmirəm” Nazim Qəhrəmanov:"Qarabağ bütöv olmayana qədər,müsahibələr vermək və mediada görünmək istəmirəm”
Müsahibim keçmiş Qarabağ döyüşçüsü Qəhrəmanov Nazim Əziz oğlu 1969- cu ildə avqust ayının 12- də Laçın rayonunun Güləbib kəndində dünyaya göz açıb. Ota məktəbi Güləbib kəndində bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Əsgərlik xidməti 1987- ci ilə təsadüf edib.

1990- cı ildə artıq qara buludlar Laçın üzərinə də var- gəl eyləyirdi. Silaha sarılan gənc Nazim Qəhrəmanov fədakarlıqla doğma elinin mühafizəsində dayanırdı. Sözügen ildə o silaha sarılaraq, bir sıra keşik məntəqəlrində, o cümlədən; Qızqəbri, Üçtəpəbir, Papaqlı, Dirəvəngi və digərlərində həftələrlə, bəzən aylarla çətinliklərlə üzləşərək, keşik çəkmişdi.

Nazim müəlim söyləyir ki, ilk müdafiə dəstəsi ilə birlikdə vuruşan məhz əksəriyyəti Laçın rayonunun polislərindən ( o zaman milislərindən) ibarət könüllü dəstə idi. Məlum Qızartı əməliyyatında 811- n Qubadlı polku iştirak edirdi və bu ərəfədə yerli əhalidən ov tüfənglərinədək yığılmışdır ki, qarşı tərəfə müqavimət göstərmək mümkün olmasın. Sözügedən əməliyyatda polka rəhbərlik edirdilər; Vaqif Cabbarov və Muxtar Həşimov.

Baş vermiş döyüşlərin bərabər olmayan səviyyədə keçməsi və həmçinin, silah- sürsatın yetərincə olmaması döyüşdə qələbəyə doğru gedişata təsirsiz ötüşmürdü. Döyüş yoldaşlarımla bağlı bir çox ürək ağrıdan xatirələr yadımdadır.

Xatırlayıram, gecə saat 23- 24 radələrində döyüş gedirdi. Döyüşçü yoldaşlarım; Habil, Çingiz, Abdulla ilə yanaşı Qubadlıdan Məhdiyəddin də vardı. Ağ hərbi kəşfiyyat geyimində əsgərlərimizi seçmək o qədər də asan olmasa da, onlardan birini, yəni Məhdiyəddini düşmən əsgəri açdığı atəşlə yaraladı. Elə bu zaman əsgərlərdən biri qışqırdı ki, “Əlin qurusun, nə bildin o Qubadlıdandır, elə məhz onu vurdun?”

Bir dəfə də amansız döyüşlər zamanı, erməni düşərgəsini əhatə edərək, xeyli hərbi sürsat, kamaz, muka-pulyemyot, qrantamyot ələ keçirdik. Elə həmin yerdə erməni komandirinin hərbi papağını görən əsgər yoldaşlarımdan biri onu götürərək, istehza ilə dilləndi: “Ayə, komandir, papağını qoyub hara qaçıbsan belə?!”.

İnanın ki, ən ağır döyüşlərə bayrama hazırlaşdığımız kimi hazrlaşırdıq.Döyüşə gedəndə, mahnı oxuya- oxuya gedirdik: “Biz ki varıq, cin kimi uşaqlarıq!”

Dəfələrcə olub ki, yaralanan dostlarıma ilkin tibbi yarım göstərərək, onlaı xilas etmişəm.Tibbi ləvazimatların çatışmamazlığı zamanı hətta olub ki, əsgər qayışımdan sarğı kimi qan yarasını dayandırmaqda istifadə etmişəm. Laçın- Qubadlı istiqamətində gedən ağır döyüşlər zamanı Güləbir kəndinin Qaraqaya keşik məntəqəsi vardı ki, buranı düşmən hər zaman himlə ilə təsir edərək, zəbt emək istəyirdi.

22 nəfər kəşfiyyatçı olaraq, biz axşamdan kəşfiyyata yollandıq və o zaman şəhid Vaqif Cabbarovun oğlu İltifasla yola iki ədəd mina yerləşdirdik. Erməni kəşfiyyatçları yola sarı gələrək, sözügedən iki minanı zərərsizləşdirərək, bizim tərəfə keçdilər. Erməni kəşfiyyatçlarının gecə ilə minaladıqları sahədə ertəsi gün güclü partlayış nəticəsində xeyli sayda gənc əsgərlərimiz şəhid oldu. Mən öz əllərimlə onların nəşilərinin yerdə qalan parçalanmış hissələrini toplayaraq və örtüyə yığaraq, rayondakı morqa aparmışdım.

Olurdu ki, döyüş zamanı əsgərlərimiz yaralanırdı. Bir dəfə isə qızğın döyüş zamanı əsgərlərimizdən birinin güclü böyrək ağrısı tutdu. Habil adlı əsgərimiz onu döyüş bölgəsindən çıxartdı. 706 saylı döyüş batalyonunun komandiri Muxtar Həşimovun rəhbərliyi ilə bir sıra uğurlu hərbi əməliyyatlara imza atdıq. Dəfələrcə olub ki, silah- sürsatda düşməndən geri qalsaq da, əzmimiz və yüksək döyüş əhval- ruhiyyəmiz sayəsində, bir neçə erməni qərargahını dörd tərəfdən mühasirəyə alaraq, xeyli texniki avadanlıq və qida məhsullarını ələ keçirmişik.

Bu zaman kamaz, BMP- lər, zepolar (zenit raketi) və eləcə də canlı düşmən qüvvəsini də ələ keçirmişik. Düşmənin əsir düşən əsgərlərini biz öz əsirlərimizlə dəyişdik. Bir dəfə isə körpə uşaqla qadın bizə əsir düşdü. Biz amansız düşməndən fərqli olaraq, onları beynəlxalq təşkilatın dəstəyi ilə geri qaytardıq.

Bildiyimiz kimi, ölkəmizin 20%- düşmən tapdağı altındadır. Mən yalnız o zaman geniş müsahibə verəcəm və media qarşısında çıxış edəcəm ki, o tapdaq altında olan torpaqlarımız geri qayıda! Arzumdur ki, ölmədən öncə gedib doğma torpağıma sarılaraq, doyunca onun həsrət qaldığım qoxusunu sinəmə çəkim!

Aynur Nurlu

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV