• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Maxtal, Saxa -Təşəkkürlər,Saxa!

  • Tarix: 27.10.2017, 16:51,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 572
Maxtal, Saxa -Təşəkkürlər,Saxa! Maxtal, Saxa -Təşəkkürlər,Saxa!
DGTYB Məsləhət Şurasının (DGTYB GƏNƏŞİnin) başqanı Əkbər Qoşalı bugünlərdə Saxa (Yakutiya) Yazıçılar Birliyinin başçısı, Xalq şairi Natalya xanım Xarlampievanın dəvəti ilə Saxa (Yakutiya) Respublikasında səfərdə olub.Modern.az xəbər verir ki, artıq 4-cü dəfədir düzənlənən “Böyük qarın kəraməti (lütfü)” Poeziya festivalında iştirak edən Ə.Qoşalının verdiyi məlumata görə, təntənəli açılış törəni Yakutsk Quzey-Doğu Federal Universitetinin Mədəniyyət mərkəzində baş tutan festivalda Sloveniyadan şair Andrey Xoçevar, Udmurtiyadan Xalq şairi Vyaçeslav Ar-Sergi, Tatarıstandan şair Rifat Salah, Moskvadan şair Aleksey Polubotu, tərcüməçi Janna Perkovskaya, “Literaturnaya qazeta”nın baş redaktor müavini Anastasiya Yermakova, İngiltərədən naşir Marat Əhmədcanov, həmçinin Saxalı şairlər Sergey Moskvitin, Liza Miqalkina, Rüstəm Kajenkin və Olqa Paşkeviç və b. iştirak və çıxış edib. Festivalda şeirlər oxunub, kitablar təqdim olunub, klassiklər və çağdaşlar, yeni nəsil ədə­biyyatçıların perspektivi və s. mövzular üzərinə müzakirələr aparılıb, yeni tanışlıqlar və yeni ədəbi əmək­daş­lıqların əsası qoyulub.

Festival iştirakçılarını Saxa Mədəniyyət və Mənəvi İnkişaf Nazirinin I müavini Vladislav Levoçkin, Yakutsk Quzey-Doğu Federal Universitetinin rektoru Evgeniya xanım Mixayilova, Lena çayının qarşı yaxasında yerləşən Sottintsı kəndində yerləşən “Dostluq” Tarixi– Arxitektural Muzeyinin direktoru Raisa xanım Kulakovskaya qəbul edib.


Saxa Ədiblər həmçinin Saxa Milli Kitabxanasında görüş keçirib, habelə Yakutsk Milli Gimnaziyası müəllim və şagirdləri ilə görüşüb, onların suallarını cavalandırıb, eləcə də, Saxa paytaxtının gör­məli yerləri ilə tanış olublar.

İstər Saxa yazarları, gəncləri (ümumən saxalılar), istərsə də, Saxada yaşayan həmvətənlərimiz tərəfindən yüksək qonaqpərvərlik gördüyünü deyən Ə.Qoşalı səfərdən məmnun qaldığını bildi­rib. O, görüşlərdə Azərbaycan həqiqətlərini əks etdirən kitablar, eləcə də, müxtəlif milli hə­diy­yələr bağışlayıb.

Qeyd edək ki, “Böyük qarın kəraməti (lütfü)” Poeziya festivalının adı Saxanın mərhum Xalq şairi, bu il 100 illiyi qeyd olunan Semyon Danilovun şeirindən götürülüb.– Görkəmli şair bir şeirində belə yazıb:


“Mən qarlardan qaçmıram,
mən qarda doğulmuşam;
Enib göylərdən gəlir,
böyük qar kəraməti..!”

Festivalda öz adını bu şeirdəki bəlli misradan alıb.
Tədbirlər boyu, necə deyərlər, dünyadakı (təbiətdəki) iqlim və içdünyanın iqlimi (mənəvi aləm) soyuq qarın gətirdiyi sevinc, isti qəlblərin kədəri üzvi surətdə obrazlaşdırılır… – “Qar(lar) bizə hisslərin, fikirlərin və işlərin yenilənməsini gətirir.” – deyə düşünür təşkilatçılar…)Poeziya festivalı Saxa (Yakutiya) Yazıçılar Birliyi tərəfindən keçirilir; festivalın ideyası xanım Xarlampievaya məxsusdur.Saxa YB b. NXFestivalda Saxanın mədəniyyət, mənəvi (irsi) dəyərlər, turizm, gənclər, təhsil və b. sektorlara məsul dövlət orqanları da yaxından iştirak edib.


Azərbaycanlı yazar Saxa paytaxtında fəaliyyət göstərən Azərbaycan İcmasının qərargahını da ziyarət edib, İcmanın başçısı Eldar Nadiroğlu ilə, daha sonra Saxa Xalq Yığıncağının (Par­la­mentinin) üzvü, Saxada böyük nüfuz sahibi olan ictimai-siyasi xadim Əliş Zabidoğlu ilə görüşüb. Saxa Diasporumuz soydaşlarımız Saxada gördükləri işlər barədə danışıb, Saxa – Azərbaycan əlaqələrinin güclənməsi sahəsində həyata keçirdikləri işlərdən söz açıblar.
Ə.Qoşalı qeyd edib ki, Saxadakı Azərbaycan İcması dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin saxa türkcəsində, dövlət teatrında tamaşaya qoyulmasını təmin edib.

Qarşı dönəmin mədəniyyətyönümlü planlarında Saxa şairlərinin şeirlərinin seçmə şeirlərinin Azərbaycancaya çevrilərək, Bakıda, Azərbaycan yazarlarının əsərlərinin Saxada nəşr edilməsi, Saxa yazarlarının Azərbaycana səfərlərinin təşkili və s. nəzərdə tutulur.




Analoq.az


Maxtal, Saxa -Təşəkkürlər,Saxa!
Maxtal, Saxa -Təşəkkürlər,Saxa!
Maxtal, Saxa -Təşəkkürlər,Saxa!скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV