• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Göyçəli aşıq Salehin şeirləri

Göyçəli aşıq Salehin şeirləri Göyçəli aşıq Salehin şeirləri
Aşıq Saleh Əhməd oğlu Həsənov 1930-cu ildə Göyçə mahalının Bala Qaraqoyunlu kəndində anadan olmuşdur.1948-1953 illər deportasiyası zamanı Aşıq Salehin ailəsi əvvəl Gədəbəy rayonuna,sonra isə Tovuz rayonuna köçmüş, Düyərli kəndində yaşadıqdan sonra, Goranboy rayonunun Qızılhacılı kəndinə gələrək orada məskunlaşmışdır.Gənc yaşlarından saza-sözə maraq göstərən Saleh əvvəl Aşıq Ələsgərin oğlu Aşıq Talıbın, sonra Aşıq Əsədin yanında şəyirdlik etmişdir.Yüksək səhnə mədəniyyətinə, zəngin yaddaşa, məlahətli zil səsə malik Aşıq Saleh Goranboy rayonun Mədəniyyət Evində çalışmış, aşıqlar xoruna rəhbərlik etmişdir.
Bənzərsiz ifalarına görə dəfələrlə orden və medallara layiq görülən aşıq Saleh,1975-ci ildə ömrünün çiçəklənən çağında Goranboy rayonun da qəflətən dünyasını dəyişmişdir.

****

Nə gözəl yaradıb təbiət sizi,
Göylərə baş çəkən a qarlı dağlar.
Yayda gözəllərin seyrəngahısan,
Əhdinə düz olan, ilqarlı dağlar.

Dəlidağ, İstisu çox yığnağın var,
Qaraxaç, Sarıyer min yaylağın var,
Göygöl, Daşkəsənin, Xaşbulağın var,
Kəpəzli, Murovlu, Qoşqarlı dağlar.

Dərələrdə bitir baldırğan çaşır,
Kığ, moruq, çiyələk həddini aşır.
Belə gözəlliyə dastan yaraşır,
Salehə ruh verən, vüqarlı dağlar.

****

Həvəsli bülbüləm, bir şirin diləm,
Düşübdü qürbətə güzarım mənim.
Alınar mətahım, çoxdu xirdarım,
Hələ kasad deyil, bazarım mənim.

Pozub bir bivəfa əhdi, ilqarı,
Çəkirəm həsrətin, var intizarı.
Əgər ki, dərdimə olmasa yarı,
Köçəndə od alar məzarım mənim.

Mən sənə nə deyim, bimürvət gözəl,
Gedib özgəsini sevəydin əzəl.
Yandırma Salehi, gəl, yola düzəl,
Kəsilibdi səbrü- qərarım mənim.

****

Tifil ikən ah- vay çəkən,
Mənəm düşən eldən ayrı.
Qara gözlü, gülər üzlü,
Şirin-şirin dildən ayrı.

Bəlalıdı başım mənim,
Atılıbdı daşım mənim,
Gözdən axır yaşım mənim,
Üzüm durmur seldən ayrı.

Saleh deyər, çeşmi-xumar,
Yaralarım eylər qabar.
Gecə-gündüz sızlar ağlar,
Sona düşsə göldən ayrı.

****

Təcnis

Aşıq, al sinənə sədəfli sazı,
Çağır avaz ilə ay yarı bir də.
Bilirsənmi, sənə var ərkinazı,
O dostun eyləyər ay yarı bir də.

Hərdən oxuyursan "Alagöz"ləri,
Deyirlər, əzizim, ala gözləri.
Çəkirdi məni də ala gözləri,
Dedim, qəmi bölək, ay yarı bir də.

Mən bülbüləm, o da güldü, gül məzə,
Çağır gəlsin, qoy, versin o gül məzə.
Saleh deyər, qarşı gəldim gülməzə,
Pərişanam, yetir əyyarı bir də.



скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV