• 21:36 – Şəfa Vəlinin “Poçtalyona məktub”u 
  • 23:30 – Şəhidlərin ilini görən şəhid 
  • 15:06 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb 
  • 22:12 – Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı 
  • 11:09 – Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar 
  • 20:36 – Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir 
  • 17:57 – Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı 
  • 17:48 – Tanınmış şairin anım günü keçiriləcək 

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu Tanınmış alimin 90 illik yubileyi qeyd olundu
Tanınmış tətqiqatçı alim,jurnalist İsrafil Məmmədovun bu gün Azərbaycan Televiziyasında 90 illik yubileyi qeyd olunub.Tədbirdə Azərbaycan Televiziyası və Radiosunun tanınmış əməkdaşları iştirak edib.Çıxış edənlər alimin ömür yolundan, zəngin yaradıcılığından,elmi fəaliyyətindən söhbət açıblar.Qeyd edək ki,İsrafil Məmmədov 1927-ci ildə Mehri rayonunda anadan olub. Orta məktəbi bitirdiyi il elə həmin məktəbə müəllim təyin edilib. Sonra rayon qəzetində işləməyə başlayıb. Paralel olaraq rayon radiosunun aparıcısı olub.

İrəvanda “Partiya məktəbi”ni bitirəndən sonra 1955-90-cı illərdə “Sovet Ermənistanı” qəzetində çalışıb. Təbliğat şöbəsinin, müdiri, partiya-təbliğat şöbəsinin müdiri, məsul katib, redaktor müavini və redaktor olub. Ermənistanda “Azərbaycan mətbuatı tarixi”ndən dissertasiya müdafiə edib, tarix elmləri namizədidir.

1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib. Onlarla kitab, yüzlərlə monoqrafiya müəllifidir. Milli Münasibətlər İnstitutunda “Soyqırım” şöbəsinin müdiridir.

1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub.

“Sovet Ermənistanı” qəzetinin tarixini onun qədər bilən çətin tapıla.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə ona Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.


Analoq.az

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu
Tanınmış alimin 90 illik yubileyi qeyd olundu
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV