• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Cavid Hüseyn:"Bu boyda adamın evi yoxdur..."

Cavid Hüseyn:"Bu boyda adamın evi yoxdur..." Cavid Hüseyn:"Bu boyda adamın evi yoxdur..."
ARB Ulduz-un "Şou məkan" proqramının budəfəki qonağı müğənni Cavid Hüseyn olub.Milli.Az bildirir ki, müğənni Azərbaycanı tərk edib, zamanını Amerika və İranda keçirməsi ilə bağlı yayılan söyləntilərə aydınlıq gətirməklə söhbətə başladı:"Amerika, Kanada və digər bu kimi ölkələrə gedib gəlməyim düzdür. Çünki mən 1999-cu ildən davamlı olaraq konsert proqramları ilə həmin ölkələrə səfər edirəm. Dünyanın hansı ölkəsində olursam olum, ürəyim Azərbaycanla döyünür, ölkəmdən uzaqlaşıb, hardasa yaşamaq fikrim olmayıb".

Boşandıqdan sonra şou-biznesdən əlini-ətəyini çəkib sənətdən uzaqlaşan müğənni heç vaxt depressiya yaşamadığını bildirib:

"Mən əsla depressiya yaşamadım. Evdən çıxan gecə yer tapa bilmədim. Utandım gedib hansısa oteldə qalmağa. Deyərdilər ki, bu boyda adamın evi yoxdur ki, gəlib oteldə qalır. Gecəni maşında keçirdim. Bircə bu, mənim üçün çətin oldu ki, səhər açılsın, görüm nə edəcəm? Çox rahat şəkildə biz ayrıldıq. Heç bir dava olmadı.

Mən üç il bundan öncə bir problem yaşadım. Əsəb gərginliyi oldu. Ev almışdım, evimi vermirdilər. Əsəb mənim səsimdə problem yaratdı".

Cavid Hüseynin həyat yoldaşına xəyanət etdiyi üçün ondan boşandığı iddialarını isə müğənni qətiyyən qəbul etmədi:

"Heç bir xəyanət olmadı. Sadəcə, yoldaşım incəsənət adamı idi. 2 incəsənət adamı çətindir. İstəyirdi ki, çərçivədən çıxsın, sərbəst olsun. Mən də buna razı olmadım".

Hazırda həyat yoldaşı ilə bir süfrə arxasında oturmasalar da, uşaqlarının gələcəyi naminə əlaqəyə birdəfəlik son qoymayıblar.

"Bir yerdə oturub çörək kəsmirik, amma əlaqələrimiz tam kəsilməyib. Uşaqlarımızın gələcəyi üçün bir-birimizlə məsləhətləşirik".

Cavid Hüseyn həyat yoldaşından boşandıqdan sonra hələ hər şey isti-isti olduğu üçün ikinci evlilik haqda düşünməsə də, indi fikri dəyişib, deyəsən.

"Fikirləşirdim ki, ailə qurmaram, amma 1 il keçəndən sonra belə qərara gəlmişəm ki, bəlkə də ailə qurum. Bu yaşımda mənə həmdəm lazımdır ki, onunla günümü keçirim"

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.



Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV