Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet

Dilin qrammatik sisteminin inkişafında qrammatika dərsliklərinin rolu

18-12-2017, 18:33 | 7972 dəfə baxılıb.

Azərbaycan dilçiliyində dilin spesifikasının mahiyyətini təşkil edən qrammatikanın öyrənilməsi tarixi görkəmli dilçi alim Mirzə Kazım bəydən başlansa da qrammatika məsələlərinin fundamental elmi tədqiqi əsasən XX əsrin 50-ci illərindən sonrakı dövrə təsadüf edir. Bu sahədə Ə.Dəmirçizadə, Z.Budaqova, Ə.Abdullayev, M.Şirəliyev, H.Mirzəzadə, Y.Seyidov, Q.Kazımov, K.Abdullayev və başqalarının böyük xidmətləri olmuşdur. Məhz bu tədqiqatçıların apardıqları uğurlu elmi araşdırmalar nəticəsində Azərbaycan dilinin elmi qrammatikası qısa müddət ərzində böyük inkişaf yolu keçmişdir.


Dilimizin qrammatik sisteminin inkişafına xidmət edən araşdırmalar davam edir. Azərbaycan dilinin morfoloji və sintaktik quruluşunun spesifikliyindən, qanunauyğunluq əsasında baş verən struktur dəyişmələrindən bəhs edən monoqrafik tədqiqatlar, orijinal dərsliklər bu gün də nəşr olunmaqdadır.

Belə nəşrlərdən biri filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun yenicə işıq üzü görmüş aydın dili və üslubu mükəmməl sistemi, yüksək elmi səciyyəsi və dərin məzmunu ilə seçilən “Müasir Azərbaycan dili” (sintaksis).

Bakı, 2017 adlı dərsliyidir. Kitabda sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və intonasiya görə növləri, cümlə üzvləri, əlavələr, xüsusiləşmələr, cüttərkibli və təktərkibli cümlələr, bütöv və yarımçıq cümlələr söz cümlələr, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlələr və onların növləri, qarışıq tipli mürəkkəb cümlələr, mürəkkəb sintaktik bütövlər, vasitəsilə və vasitəsiz nitq və durğu işarələri barədə dolğun məlumatlar əks olunub.


Dərsliyin yanaşma və idarə əlaqələri bölmələrində tərəflərin yanaşması və idarəsində nitq hissələrinin iştirakına toxunan müəllif ismin ismə, sifətin ismə, sayın ismə, əvəzliyin ismə, feli sifətin ismə feli bağlamanın feilə yanaşması ilə düzələn sintaktik əlaqələrdən, həmçinin idarə əlaqəsinin qurulmasında əsas nitq hissələrinin (feil, isim, sifət, say, zərf, əvəzlik) rolundan söz açaraq bu mövzuların daha asan və dərindən qavranılmasına xidmət edən sistemli təsnifat aparır.

Anlayışların mahiyyətinin izahına tətbiq olunan bu cür sistematiklik sintaksinin söz birləşmələri və cümlə, əlavə və xüsusiləşmələr, xitab və ara sözlər, mürəkkəb cümlələr və başqa fəsil və paraqraflarda qabarıq müşahidə olunur ki, bu da öz növlərində dilçiliyin mürəkkəb sahələrindən hesab olunan sintaksislə bağlı ziddiyyətli məqamların aydınlaşdırılması və şüurlu mənimsənilməsi imkanlarını artırır.

Dilin inkişafının cəmiyyətin inkişafı ilə üzvi surətdə bağlı olduğunu və bununla əlaqədar olaraq dildə baş verən dəyişmələrin onun qrammatik sistemində də özünü göstərdiyini nəzərə alan professor Buludxan Xəlilov bu prosesi izləməklə Azərbaycan dilinin sintaktik sistemində yeni yaranan və çoxdan həllini gözləyən bəzi nəzəri problemlərin yeni elmi istiqamətlərini müəyyənləşdirir və onların aradan qaldırılmasına müvəffəq olur.

Bütün bunlar deməyə əsas verir ki, əsər sintaksislə bağlı ənənəvi dərslik və dərs vəsaitlərindən elmi keyfiyyəti, orijinal nəzəri mülahizələrin üstünlüyü ilə fərqlənir.

Professor Buludxan Xəlilov əvvəlki qrammatika dərsliklərində zahiri oxşarlıq təşkil edən və buna görə də bir çox hallarda mübahisə predmetinə çevrilən qoşa sözlər və söz birləşmələri mürəkkəb idarə-təşkilat adları və mürəkkəb sözlər arasındakı oxşar və fərqli cəhətləri mövcud elmi prinsiplər əsasında analiz edir, onların fərqli cəhətlərini qanunauyğunluq əsasında müəyyənləşdirir.
Mətn şəraitində bəzən fikir dolaşıqlığına səbəb olan axşamı, səhəri, tezdəni və s. tipli sözlərin tərkibində işlənən -ı, -i, -u, -ü şəkilçilərinin qrammatik funksiyasına da münasibət bildirən müəllif analitik təfəkkür əsasında bu şəkilçinin zahirən təsirlik hal şəkilçisinə bənzəməsinə baxmayaraq mənsubiyyət şəkilçisi olduğunu şəkilçinin qoşulduğu sözlərin birinci tərəfini bərpa etdikdə (məsələn, həmin günün axşamı, qışın bütün günü, günün tezdəni) bunun daha aydın müşahidə olunduğunu qeyd edir.

Əsərdə toxunulan maraqlı məqamlardan biri də xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması məsələsidir. Belə ki, bəzi dərsliklərdə yeni dünya quran bizik (mənəm, sənsən, odur, sizsiz, onlardır) kimi cümlələrdən göründüyü kimi, mübtəda birinci şəxsdə və birinci şəxsin cəmində dəyişməz olaraq qaldığı halda xəbər hər üç şəxsin təki və cəmi üzrə dəyişə bildiyi üçün onlar arasında uzlaşma olmadığı, ümumiyyətlə bu tip cümlələrdə mübtəda isə xəbər arasında koordinasiya əlaqəsi olduğu göstərilir.

Məsələyə özünəməxsus tədqiqatçı ustalığı ilə yanaşan prof. B.Xəlilov belə cümlələrdə əslində uzlaşmanın olduğunu, lakin inversiya nəticəsində (cümlə – Biz yeni dünya quranlarıq kimidir) onun pozulduğunu bildirməklə problemin mahiyyətinə aydınlıq gətirir.

Prof. B.Xəlilovun izah etdiyi anlayışlar sırasında maraq doğuran anlayışlardan biri də predikativlikdir. O, predikativ birləşmələrdə xəbərin mövcudluğunun zəruriliyindən söz açaraq tərkibində feil olan birləşmələri predikativ birləşmə hesab edənlərə predikativliyin sintaktik kateqoriya olduğunu, feillərin isə bir kateqoriya kimi morfologiyada öyrənildiyini xatırladır.


Dərslikdə bəzi cümlələrdə təkrar olunan və oxucularda mürəkkəb xəbər təəssüratı yaradan (məsələn bizə ehtiram olmayır, olmayır, olmayır) xəbərləri məntiqə uyğun olaraq xəbərin təkrarı adlanılır, həmçinin bir sıra cümlələrdə əsl xəbərdən başqa onu aydınlaşdırmaq üçün işlənən bir çox hallarda həmcins xəbərlərlə qarışıq salınan xəbərlərin (məsələn, o ömrünün sonuna qədər heç kəsə boyun əymədi, boyun əyə bilmədi) mahiyyəti şərh danır. Bu tip xəbərlərin xüsusiləşmiş xəbərlər olduğunu əsaslandırılır.


Sintaksisdə ən incə məqamlardan olan cümlə üzvlərinin quruluşu ilə əlavələrin strukturundakı fərqli xüsusiyyətlərdir. Məsələyə aydınlıq gətirən prof. B.Xəlilov bu barədə yazır: “Əlavələrin quruluşu cümlə üzvlərinin quruluşu kimi deyildir.

Belə ki, cümlə üzvləri söz birləşmələri ilə ifadə olunmaqla quruluşca mürəkkəb olur. Məsələn: “Əhmədin əmisi təcrübəli adam idi” cümləsində Əhmədin əmisi mürəkkəb mübtədadır; ancaq “Qurban kişi-Əhmədin əmisi təcrübəli adam idi” cümləsində Əhmədin əmisi birləşməsi müxtəsər əlavə hesab olunur.

Cümləni Qurban kişi-tələbə dostum Əhmədin əmisi şəklində işlətsək əlavə geniş (mürəkkəb) olacaqdır. Ona görə ki, Qurban kişi birləşməsinin əlavəsi iki üzvdən ibarətdir – tələbə dostum təyin, Əhmədin əmisi mübtəda”. Belə mübahisə doğuran problemlərin nəzəri dil materialları və nümunələrlə çözüm qaydaları xüsusiləşmə və əlavələrin fərqinin müəyyənləşdirilməsinə də uğurla tətbiq olunur.

Belə ki, əsərdə əlavələrlə xüsusiləşmələrin qarışdırılmaması üçün – 1) Əlavələrin özündən əvvəlki cümlə üzvlərini izah etdiyi halda, xüsusiləşmələrin söz və ya söz birləşmələrinin məna rolunu nəzərə çarpdırmaq üçün xüsusi intonasiya ilə ayrıldığını 2) əlavələrin aid olduğu cümlə üzvünü əvəz etdiyini lakin xüsusiləşmələrin belə bir imkana malik olmadığını 3) əlavələrdən fərqli olaraq xüsusiləşmələrin qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqələnməyərək müstəqillik təşkil etdiyini və 4) xüsusiləşmələrin baxmayaraq, halda, savayı, kimi xüsusən, xüsusilə və s. sözlərin köməyi ilə yarandığı halda əlavələrin belə yardımçı vasitələrin olmadığını bilməyin vacibliyindən söz açılır.

Prof. B.Xəlilov həm mənasına, həm də strukturuna görə xitablara çox bənzəyən buna görə də bir çox hallarda xitablarla eyniləşdirilən, hətta bu cür yaxınlığa görə xitab-cümlə adlandırılan çox dövrlərdə kitabların arasındakı fərqli xüsusiyyətlərə aydınlıq gətirir. Bu fərq dörd müddəada aşağıdakı kimi ümumiləşdirilir.

1. Xitab cümlənin digər üzvləri ilə qrammatik cəhətdən bağlı olmasa da, semantik cəhətdən bağlıdır. Bu baxımdan xitab işləndiyi cümlənin tərkib hissəsi kimi çıxış edir. Vokativ cümlələr isə xitablardan fərqli olaraq daha sərbəst olurlar. Onlar ayrıca cümlə kimi təzahür edirlər. Buna görə də onları hər hansı cümlənin tərkib hissəsi hesab etmək olmaz.

2. Xitab yalnız müraciət, vokativ cümlələr isə müraciətlə yanaşı müraciət olunana münasibət də bildirir. Ona görə də vokativ cümlələrdə predikativlik, modallıq və cümlə intonasiyası olur.

3. Xitabın ifadəsində başqa vasitələrdən istifadə olunmadığı halda, vokativ cümlələrdə jestlərdən, əl-qol hərəkətlərindən və s. istifadə olunur.

4. Xitablar emosionallıq və spesifik intonasiya ilə deyilərək vokativ cümləyə çevrilə bildiyi halda, vokativ cümlələr xitab olmur və s. Daha sonra vokativ cümlələrin çağırış, haray, sevinc, kədər qüssə və s. semantik qruplarından bəhs olunur.
Qrammatikada tez-tez mübahisə predmetinə çevrilərək ziddiyyət yaradan məsələlərdən biri müştərək mübtədalı mürəkkəb cümlələrlə sadə cümlələrin eyniləşdirilməsidir. Çoxdan aradan qaldırılmalı olan bu problemin mahiyyəti dərslikdə tam aydınlaşdırılır və mübahisə doğuran nüanslar aradan qaldırılır.

Müəllif dildə bəzən müştərək mübtədalı cümlələrin işləndiyini diqqətə çatdıraraq bununla bağlı aşağıdakı qaydaları yadda saxlamağın vacibliyinə toxunur.

1. Müştərək mübtəda mürəkkəb cümlələrdə xəbərlərdən biri feili, digəri ismi xəbərlərə aid olur.

2 Xəbərlər müxtəlif zamanda olur.

3. Xəbərlər feilin müxtəlif təsriflənən formalarında olur və s.

Dilçiliyin mətn şəraitində öyrənilməsi onun daha dərindən mənimsənilməsinə imkan yaradır. Məhz bunun nəticəsidir ki, dilçiliyin bu istiqamətdə öyrədilməsi meyilləri artan xətt üzrə güclənməkdədir.

Bu konteksti diqqətdən qaçırmayan prof. B.Xəlilov öz dərsliyində mətn dilçiliyinə geniş yer verir. Əsərin “Mürəkkəb sintaktik bütöv-mətn” bölməsində mətnin yaranma qanunauyğunluğu, mətnin formalaşma mənbələri, mətnin tərkibi, mətnin koqeziyası və b. məsələlər barədə ətraflı məlumat verilir.

Əsərin istər elmi, istərsə də metodik keyfiyyəti tam məsuliyyəti ilə deməyə əsas verir ki, əsərdən hələ uzun illər ali məktəblərin filologiya fakültələrində orijinal bir dərslik kimi istifadə olunacaqdır.

Elşad Abışov,
filologiya üzrə fəlsəfə doktoru, dosent

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Araşdırma

Bu gün akademik Afad Qurbanovun vəfat etdiyi gündür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Murtuz Ələsgərovun doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Maraqlı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda antropologiya elminə dair araşdırmalar aparılır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının