• 15:00 – Abşeron rayonunda daha bir qeyri hadisə-20 manatı olanın şəkili şərəf lövhəsində 
  • 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 

Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub

  • Tarix: 23.02.2018, 15:45,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 5189
Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxcivanxeberleri.com xəbər verir ki, tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Qeyd edib ki, Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Bəxtiyar Əsgərov vurğulamışdır ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdir. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi müstəvidə qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir.

O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.Hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə qeyd olunur.

Bəxtiyar Əsgərov faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsi ilə bağlı müxtəlif layihələr çərçivəsində Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə yaxından çatdırılmasında, Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil etdiyini xüsusi qeyd etmişdir.

Nümayəndəliyin rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə bəyan edilməsi, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır qanlı cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil etməkdədir.

Bəxtiyar Əsgərov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin Sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ili böyük izdihamla qeyd olunmuşdur. Soyqırım qurbanlarının xatirəsi paytaxt Bakıda on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmişdir. Prezident cənab İlham Əliyev, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri ümumxalq yürüşünə qatılmışdılar. Paytaxtın Azadlıq meydanından başlayan, nəhəng insan kütləsindən ibarət ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu ağlasığmaz cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşımışdır.

Tədbir zamanı Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, hər il Xocalı faciəsi qurbanlarının əziz xatirəsi Naxçıvan şəhərində,eləcə də muxtar respublikanın rayon mərkəzlərində xüsusi izdihamlı yürüşlərlə anılır.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı qurbanlarına Xatirə Kompleksi ucaldılmışdır. Bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə Xocalı şəhidlərinin xatirəsinin ehtiramla yad edilməsi üçün hazırlıq işləri yekunlaşdırılmışdır.

Sonda Bəxtiyar Əsgərov bildirilmişdir ki, bundan sonra da Xocalı faciəsinin dünyada tanıdılması daha geniş miqyasda, siyasi-hüquqi qiymət alması və nankor,məkrli qonşularımızın üzdəniraq təbliğatının faş edilməsi istiqamətində görülən işlər davam etdiriləcəkdir. “Azərbaycan xalqı erməni vəhşiliyini, tarix boyu xalqımıza qarşı törədilmiş erməni terrorizmini heç vaxt unutmayacaq! Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz qısa zamanda düşmən tapdağından azad olunacaq, şəhidlərimizin qisası düşməndən alınacaq və onların qanı heç vaxt yerdə qalmayacaqdır.

Bu gün xalqımız Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən azad edilməsini, soydaşlarımızın işğal edilmiş torpaqlarımıza-Dağlıq Qarabağa və ətraf ərazilərə qayıtmağını əzm və səbirsizliklə gözləyir. Dövlətimizin və xalqımızın buna qadir olduğunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində layiqincə sübut etmişdir”.










Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub
Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub
Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub
Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunubскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV