• 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 
  • 08:30 – Qaraciyərin təmizlənməsi üsulları 
  • 22:30 – Qafqaz Masonluğu-Qafqaz Masonluğunun yeni mərhələsi 

Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

  • Tarix: 06.03.2018, 12:44,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 5193
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 06 mart 2018-ci il tarixində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub.Naxcivanxeberleri.com-un məlmatına görə, tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər diləyib.

Bəxtiyar Əsgərov Azərbaycan xanımlarının həmişə sədaqət, həya, təmkin, özündən çox ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, bu gün bir çiçək, yaxud bir sözlə təbrik etdiymiz insanlar həyatımızın ağır, məsuliyyətli yükünü çiyinlərində çəkən müqqədəs analarımız, vətənimiz qədər sevdiymiz ləyaqətli Azərbaycan xanımlarıdır.

Xoş rəftarı, səmimi, qarşılıqsız sevgisi, gülər üzü, sevgi dolu sözləri, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər bayram günu verəcəymiz hədiyyə onlara ürəyimizdə bəslədiymiz hörmət və ehtiramdan qiymətli ola bilməz.

Bəxtiyar Əsgərov tarixə nəzər salaraq, Azərbaycanda Qadın hərəkatının inkişaf tarixindən,o cümlədən 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlanan azadlıq ideallarından bəhs etmişdir. 1910-cu ildə alman sosialist qadın Klara Setkinin 8 mart gününü dünya qadınlar günü kimi qeyd edilməsinə nail olmasından tutmuş, 1977-ci ildə BMT-nin bu günü Beynəlxalq Qadınlar günü kimi rəsmiləşdirməsinə qədər ötən dövr ərzində baş vermiş hadisələr barədə danışılmışdır.

Rəhbər vurğulamışdır ki,Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günü hesab olunur. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.

Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından üzü ağ çıxa bilib. Dünyanın bir çox ölkələrindən fərqli olaraq, əvvəlcə seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mənəvi-mədəni və intellektual potensialından, qəhramanlıq dolu tarixi keçmişindən xəbər verir.

Bəxtiyar Əsgərov bildirmişdir ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli liderimiz Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verir, qadınların liderlik xüsusiyyətlərinin üzə çıxarılması və onlardan dövlət idarəçiliyində istifadə olunmasına şərait yaradırdı.

Dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və onun fəaliyyətinin genişləndirilməsi işi dediklərmizi sübut edən ən önəmli faktorlardandır.

Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Natiq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası da bu gün ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin tam ruhuna uyğun olaraq, qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması, cəmiyyətmizin aparıcı hissəsi olan qadınların imkanlarından yetərincə bəhrələnmək siyasətinə sadiqliyini ortaya qoymaqdadır. Yeni Azərbaycan Partiyasının fəaliyyətində də bunu yaxından görmək, izləmək mümkündür.

Azərbaycan tarixinin şanlı səhifələrində özünə xüsusi yer tutmuş Azərbaycan qadınları bu gün öz xələfləri sayəsində yaşayır və yeni dövrün tələbləri səviyyəsində öz mövqeyini möhkəmləndirir desək, yanılmarıq.

Təhsil, səhiyyə, mədəniyyət və s. sahələrində uğurla təmsil olunan xanımlarımız, dünyaca məhşur sənətkarlarımız öz sahələrindən söz sahibinə çevrilmiş və çevrilməkdədir. Kənd təsərrüfatı, sənaye, sənətkarlıq və s. sahələrini də qadınlarsız təsəvvür etmək mümkün deyil. Odur ki, bu gün bütün qadınları təbrik etməklə, eyni zamanda keçmişimizin, bu günümüzün və gələcəymizin təminatçısı olan xanımlara vəfa borcumuzu ifadə edirik.

Analoq.az
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub




















скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV