Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Ölkə

Daimi nümayəndəlikdə 31 Mart Soyqırım qurbanlarının xatirəsi anılıb

30-03-2018, 16:52 | 1322 dəfə baxılıb.

Naxcivanxeberleri.com-un məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində 30 mart 2018-ci il tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən anım tədbiri faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov soyqırımın tarixindən, XX əsrin əvvəllərində erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyası ilə Bakıda və Azərbaycanın bölgələrində əhaliyə amansız divan tutmasından, talanlar törətməsindən danışıb. O, qeyd edib ki, Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı qanlı soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində on minlərlə insan elindən-obasından didərgin düşmüşdür.

Mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdır. Bir neçə il əvvəl Quba yaxınlığnda tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri, kəllələri bunu bir daha sübut edir. Qatı daşnak Andronikin rəhbərliyi altında erməni dəstələri Naxçıvanda 11, Ordubadda 9, Culfada 3 kəndi viran qoymuş, 20 minə yaxın dinc əhali bu ərazidə qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hadisələrin öyrənilməsi ilə bağlı xeyli iş görülmüş, 1918-ci ilin iyulunda Xəlil bəy Xasməmmədovun başçılığı altında Fövqəladə Təhqiqat Komissiyası yaradılmış, 36 cildlik, 3500 səhifəlik istintaq materialı toplanmışdı. Bu gün bu materiallar 1918-ci il mart Soyqırımını öyrənmək üçün dəyərli mənbələrdən biri hesab olunur.

Azərbaycanda Sovet rejimi qurulduqdan sonra isə bu hadisələr xalqdan qəsdən gizlədilmiş, arxivlər bağlı saxlanılmışdı. Lakin, ölkəmiz ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra xalqımıza qarşı törədilən faciələrin obyektiv şəkildə öyrənilməsi istiqamətində geniş imkanlar açılmışdı.

Natiq vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə, əsrlərlə reallaşdırdıqları Soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması xüsusi olaraq diqqətə çatdırılmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Bəxtiyar Əsgərov çıxışına onu da əlavə etdi ki, 31 Mart Soyqırımı bəşər tarixinə qanlı bir ləkədir. Bu qanlı Soyqırımın gözə çarpan obyektiv mənzərəsi isə sadəcə böyük bir imperiyanın çökməsindən sonra daha yaxşı görünməyə başlamışdır.

Sonda vurğulanmışdır ki, dünya ictimaiyyəti artıq təcavüzkarı və təcavüzə məruz qalan ölkəni çox yaxşı tanıyır. Bütün Azərbaycan xalqı inanır ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş tarixi torpaqları tezliklə işğaldan azad olunacaq və soydaşlarımız öz tarixi torpaqlarına geri qayıdacaqdır.

Daimi nümayəndəliyin rəhbəri Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hər il silsilə anım tədbirlərinin keçirildiyini və bu məsələnin Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi tərəfindən yüksək diqqətdə saxlanıldığını xüsusi qeyd edib.Muxtar Respublikanın bütün ətazisində Soyqırım qurbanlarının yad edilməsi,bununla bağlı şəhər və rayonlarda yüksək səviyyəli anım tədbirlərinin qeyd edilməsi muxtar respublika sakinlərinin bu qanlı hadisələri yada salması və tarixən erməni qəsbkarları tərəfindən xalqımıza qarşı aparılan mənfur siyasətin xatırlanması və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır.Sonda Naxçıvan Muxtar Respublikasının Soyqırıma məruz qalmış kənd və şəhərlərində 31 mart Soyqırımı qurbanlarının xatirəsinə möhtəşəm Xatirə Komplekslərinin ucaldıldığı da bildirmişdir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət

Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Naxçıvan nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının