Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet / #Yazarlar

Rənglərdə yaşanan ömür.

1-04-2018, 21:15 | 4822 dəfə baxılıb.

Təbiətin hər zərrəsində bir gözəllik var. Hər gözəllikdə isə Yaradanın qüdrəti özünü göstərir. Elə ona görə də deyirlər ki, ən böyük rəssam Yaradanın özüdür. Bəli, yaşadığımız dünya, bizi əhatə edən aləm min bir rənglə doludur. Hər rəngin də öz mənası. Şair demişkən,

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.

Bu rənglərin dilini isə dünyanın gözəlliklərini min bir rənglə əks etdirən rəssamlardan yaxşı bilən yoxdur. Hərdən adam fikirləşir ki, yəqin Adəm övladı ilk dəfə rəsm çəkməyi təbiətdən ilham alaraq öyrənib.

O, şəkil çəkməyə başlayanda bəlkə də rəssamlıq sənətinin nə olduğunu bilmirdi. Çünki o vaxtlar hələ yaşı çox az idi. Ata-anası, tanış-biliş, qonum-qonşu hamısı onun rəssamlığa olan marağından xəbərdar idi. Əlinə keçən kağız parçalarında qələmlə müxtəlif şəkillər cızırdı. Sanki təbiətən rəssam doğulmuşdu. Zaman təsdiq etdi ki, rəssamlıq onun alın yazısıdır. Onun sənət seçimini müəyyənləşdirən əsas amillərdən biri də elə doğulub boya-başa çatdığı şəhər idi. Bakıda dünyaya göz açan qəhrəmanımız-istedadlı rəssam Nəsimi Əhədovun həm xarakterinin, həm də bədii zövqünün formalaşmasında burada yaşanan milli ab-hava, nəsildən-nəslə keçən yüksək mənəvi dəyərlər, adət-ənənələr böyük rol oynayıb. Az əvvəl dediyimiz kimi, hələ lap uşaq yaşlarından Nəsiminin şəkil çəkməyə böyük həvəsi olub. Bu həvəsi onu Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbinə aparır. Burada dərs aldığı illərdə o, bu sənətin sirlərinə, peşəkar vərdişlərinə yiyələnir. Həmin illərdə həm doğma şəhərimizin qədim yaşayış binaları, məscidləri, həm də təzadlı Abşeronun təbiəti onun natura obyektinə çevrilir. Tətil vaxtı Nardarandakı bağlarında demək olar ki, bütün günü fırçası ilə baş-başa qalan Nəsimi müxtəlif etüdlər, mənzərələr çəkir. Bu etüdlər, mənzərələr arasında tez-tez bağ evlərinin həyətlərində gözə dəyən tut, badam, ərik, əncir, nar ağacları boy göstərirdi.

1989-cu ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirən Nəsimi Əhədov sənətdə özünün dəst-xəttini, yolunu, manerasını tapmaq haqqında fikirləşməyə başlayır. Sankt-Peterburq şəhərindəki Repin adına rəssamlıq institutu və Alexander Hertsen Dövlət Universiteti onun rəssamlıq təhsili aldığı növbəti ünvanlar olur. Burada o, Rusiyanın görkəmli pedaqoq-rəssamları Andrey Vetrogonskiy, Valeri Lednev, Andrey Korolçuk, Lubov Boçarnikova, Boris İvanovdan dərs alır. Ustad sənətkarlar ilk dərslərdən, ilk etüdlərdən hiss edirlər ki, Nəsimidə rəngləri hiss etmək qabiliyyəti çox güclüdür. Müəllimləri fəhm gücünə duyurlar ki, gələcəkdə ondan yaxşı rəssam olacaq. Nəsimi Əhədov bu inamı doğruldur. 1996-cı ildə "Neva çayı üzərində şəfəq" adlı diplom işini əla qiymətlə müdafiə edərək, daha bir uğura imza atır. Təhsilini başa vurub peşəkar rəssam kimi Bakıya qayıdan Nəsimi Əhədov həmin dönəmdə respublikada keçirilən bir sıra rəssamlıq sərgilərində müxtəlif məzmunlu əsərləri ilə çıxış edir və uğur qazanır.

Dahi fransız rəssamı Oqyüst Renuar yazır: “Ömrünü-gününü yaradıcılığa həsr edən hər bir sənət adamı əsrin diktəsinə yox, öz qəlbinin səsinə qulaq asmalı, daim dəyişmək, yeniləşmək hissi ilə yaşamalıdır”. Nəsimi Əhədov da daim dəyişməyə, yeniləşməyə meyilli bir sənətkardır. Gənclik illərindən başlayaraq müxtəlif mövzularda silsilə əsərlər yaradaraq, müəyyən uğurlar qazanmağına baxmayaraq yaradıcılıq axtarışlarını daim davam etdirir. Bütün varlığı ilə təbiətə bağlı olan Nəsimi Əhədov Azərbaycanımızın gözəllikləri böyük məhəbbətlə tablolarında əks etdirir. Bu tablolara baxdıqda ana təbiətimizin minbir rəngi ilə yanaşı, onun rəssam oğlunun-Nəsimi Əhədovun ürəyini də görmək olur.

O, həmçinin kitab qrafikası ilə də məşğul olub. Lev Tolstoyun "Hacı Murad", Charles Dickensin "Oliver Twist", Mixail Lermontovun “Zəmanəmizin qəhrəmanı”, Nodar Dumbadzenin “İliko” Eleanora Porterin "Pollyanna" və digər tanınmış müəlliflərin əsərlərinə illistruasiyalar işləyib. Nəsimi Əhədovun rəsm əsərləri ABŞ, Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə və Azərbaycanda özəl kolleksiyalarda saxlanılır.

Gözəllik və sevgi şairi olan Hüseyn Cavid deyirdi ki,
Bən gözəllərdə gözəl ruh ararım,
Ruhu düşgünləri çirkin sayarım.
Bir gözəl lövhə ki, yapmış rəssam,
Daha xoşdur ona məftun olsam.

Böyük Cavidin bu şerində deyildiyi kimi gözəl rəsm əsərlərinə tamaşa edəndə adam sözün həqiqi mənasında heyrətini gizlədə bilmir. Bəli, rəssamların yaratdıqları əsərlər yalnız özləri üçün deyil, bütün bəşəriyyət üçündür. Söhbət təbii ki, əsl rəssamlardan və onların ərsəyə gətirdikləri qiymətli tablolardan gedir. Hansı ki, onlar sərhəd tanımır. Bu həqiqəti anlamaq üçün dünyanın ən böyük və zəngin muzeylərində sərgilənən əsərləri göz önünə gətirmək kifayətdir. Bu il mart ayının 23-dən Almaniyanın Köln şəhərinin mərkəzində, “Altes-Phanhaus” sənət qalereyasında keçirilən beynəlxalq sənət sərgisində 12 ölkədən 28 rəssamın rəngkarlıq, heykəltaraşlıq, dizayn, qrafika və başqa janrlarda əl işləri mümayiş olunur. “Zarifa-art” incəsənət mərkəzinin təçkilatçılığı, Almaniyanın Köln şəhər mədəniyyət departamenti, “Tube” şirkətlər qrupunun maliyyə dəstəyi ilə baş tutan sərgidə Azərbaycanı Nəsimi Əhədov, Marqarita Kərimova-Sokolova və Nataliya Kin təmsil edirlər. Nəsimi Əhədov sərgiyə 8, Marqarita Kərimova-Sokolova 10, Nataliya Kin isə 10 iş təqdim edib. Sərginin açılışında dünyanın 350-dən çox ölkəsindən sənətsevərlər, mədəniyyət və incəsənət adamları, o cümlədən Almaniyanın tanınmış qrafika ustası, dünya şöhrətli rəssam Hans Yurgen Kul, sənətşunaslıq professoru, müasir sənət eksperti, doktor Georg Kreger, Almaniya mədəniyyət departamentinin işçiləri olmuş İngrid Mayer, Yohannes Bunk , Avropada tanınmış “Kontrast” sənət qalereyasının təsisçıləri Xose və Evelen Okonlar ailəsi və başqa mötəbər qonaqlar, mətbuat işçiləri iştirak ediblər.

Mərasimdə sərginin təşkilatçısı “Zarifa-art” incəsənət mərkəzinin rəhbəri, Avropada tanınmış qalereyaçı, Azərbaycan mədəniyyəti və incəsənətinin yorulmaz təbliğatçısı İldırım Sultanov, Anna Derksen, tanınmış rəssamlar Leon Ariev, Anton Bekker, Katarina Dyuk, Anna Hammer, Şhar Tyegel və başqaları ilə yanaşı, azərbaycanlı rəssam Nəsimi Əhədovun nümayəndəsi Namiq Əhədov və başqaları çıxış edərək belə tədbirlərin müxtəlif xalqlaın mədəniyyət və incəsənətlərinin tanıdılması, təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Tədbirin canlı musiqi, o cümlədən, Azərbaycan bəstəkarlarının əsərləri ilə müşayiəti, kübar qadın geyimlərinin, kostyumlarının nümayiş etdirilməsi və bayram furşeti iştirakçılarında xoş təəssüratlar yaradıb. Azərbaycanlı rəssam Nəsimi Əhədovun sərgiyə təqdim etdiyi “Mələk” və “Məhəbbət” adlı kompazisiyalar, “Yay natürmortu”, “Köln dom”, “Nürnberq gecə”, “Şəhər meydanı”, “İstanbul” adlı şəhər mənzərələri, “Ukrayna” təbiət mənzərəsi də ziyarətçilərdə xüsusi maraq doğurub. Əsasən kətan üzərində yağlı və ya akril boyalarla çəkilən əsərlərin sırasında bir neçə alman motivi Nürnberq və Köln şəhərinin memarlıq abidələrini əks etdirir. Onu da əlavə edək ki, Nəsimi Əhədovun daha 12 əsəri isə bu il aprelin 21-dən iyulun 15-dək Almaniyanın Vestfaliya torpağının Ervitte-Horn şəhərində keçiriləcək “Sərhədsiz” adlı digər beynalxalq sərgidə nümayiş etdiriləcək.

Rövşən Ramazanlı.

Analoq.az
Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.Rənglərdə yaşanan ömür.














скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Baş Redaktordan / Manşet

Rəssamlara diplomlar təqdim olundu.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Dünya

12,9 milyon dollara satılan rəsm əsəri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

GƏNCƏDƏ BİR RƏSSAM YAŞAYIR...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının