Bizi izləməyi unutmayın

#Mədəniyyət / Manşet

Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuşkonfrans keçirildi

7-04-2018, 20:01 | 4472 dəfə baxılıb.

Tədbir aprel döyüşlərində canını vətən uğrunda qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edildi.Sağlamlığa Xidmət İctimai birliyinin (İB) ictimai vəkillik üzrə məsləhətçisi Pərvanə Vəliyeva, bəşəriyyət yaranandan mövcud olan vərəm xəstəliyinin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğunu qeyd etdi.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2016-ci illər ərzində dünyada 53 milyon insanın həyatı bu xəstəlikdən xilas olsa da, hər gün dünyada 28 500 insan vərəmlə xəstələnir və hər gün 4500 insan vərəmdən dünyasını dəyişir.

Tədbirdə çıxış edən Sağlamlığa Xidmət İB-in sədri Elçin Muxtarlı vərəm xəstəliyinin dünyadakı və ölkəmizdəki vəziyyətindən danışdı. O bildirib ki, Sağlamlığa Xidmət İctimai birliyi 2011-ci ildən İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal fondun maliyyə dəstəyi ilə penitensiar müəssisələrdən azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin mülki sektorda izlənilməsi və onlara sosial dəstək layihəsini Ədliyyə və Səhiyyə Nazirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir.

Bu günədək azadlığa buraxılan 684 vərəmli xəstə bu layihədən bəhrələnmiş, onlardan 299 nəfəri dərmanlara davamlı vərəm xəstəsi olmuşdur.

Layihə çərçivəsində hər ay bu xəstələrə baş çəkilir, onların vərəməleyhi dərman preparatları çatdırılır və bəlğəm nümunələri toplanaraq Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə çatdırılır. Layihə Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir.

Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin Müalicə işinin təşkili şöbəsinin müdiri Füzuli Hüseynov penitensiar sistemdə vərəmə nəzarətin yüksək səviyyədə həyata keçirildiyini, İxtisaslaşdırılmış Müalicə müəssisəsində vərəmin diaqnostikasını qısa zamanda həyata keçirən müasir laboratoroloji avadanlıqların quraşdırıldığını qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi mərkəzləşmiş qaydada həyata keçirilir, bütün cəzaçəkmə müəssisələrində aşkarlanan vərəmli xəstələr ixtisaslaşmış müalicə müəssisəsinə köçürülür və orada onların effektiv müalicəsi təmin edilir.

Ümumdünya Səhiyyə təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə “Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi” adlı təlim mərkəzi yaradılmışdır.

Dünyanın heç bir ölkəsinin həbsxana sektorunda mövcud olmayan bu təlim mərkəzində bir çox ölkələrdən gələn mütəxəssislər bizim təcrübəmizi öyrənirlər.

Sağlamlığa Xidmət İB-in azadlığa buraxılan vərəmli xəstələrin izlənilməsi layihəsinin koordinatoru Çingiz Ramazanlı bildirib ki, penitensiar müəssisədə olarkən vərəm müalicəsinə qoşulan xəstələrin məhkumluq müddəti bitdikdən sonra yarımçıq qalmış vərəm müalicələri izlənilir, onların yaşadıqları əraziyə ən yaxın dispanserdə qeydiyyata düşmələri təmin olunur, onların ikinci sıra vərəməleyhinə dərman preparatları İMM-in dərman anbarından alınaraq, tibb məntəqələrinə çatdırılır.

O, eyni zamanda rəhbəri olduğu “Vərəmsiz gələcəyə doğru” pasiyent hüquqlarının müdafəsi təşkilatı haqqında məlumat verərək bildirib ki, bu xəstəliyi keçmişdə yaşamış və xilas olmuş insanlar təşkilatın əsas üzvləridir.

Keçmişdə vərəmin sınağından keçmiş və uğurlu müalicə nəticəsində tam sağalmış Amal Allahverdiyev bildirib ki, cəmiyyətdə vərəm xəstələrinə qarşı ayrıseçkilik həddən artıq yüksəkdir; insanlar bu xəstələrdən qorxmasınlar, vərəm sağalan xəstəlikdir.

O, digər xəstələrə isə müalicədən yayınmamağı və müalicə rejiminə sonadək əməl etməyi tövsiyə edib.

Tədbirdə iştirak edən AR Milli Məclisinin Sosial Qanunvericilik aparatının rəhbəri Ədilə Abbasovanın müavini Mehdi Qurbanov, vərəm xəstələrinin sosial problemlərinin həll olunmasının vacibliyini vurğulayıb və tədbirin təşəbbüskarlarına öz minnətdarlığını bildirib.

Sonda vərəm haqqında maarifləndirici qısametrajlı bədii film nümayiş olundu və fevral ayında elan olunmuş jurnalist müsabiqəsinin qaliblərinə mükafatlar və diplom təqdim edilib.

QHT TV-in bədii rəhbəri və redaktoru Cəsarət Hüseynzadə isə QHT-lərə verdiyi dəstəyə və vərəmlə mübarizədə fəal iştirakına görə Sağlamlığa Xidmət İB-in sədri Elçin Muxtarlı tərəfindən mükafatla təltif edilib.

Analoq.az

Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuşkonfrans keçirildi
Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuşkonfrans keçirildi
Ümumdünya vərəmlə mübarizə gününə həsr olunmuşkonfrans keçirildiскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / #Ölkə

Şəhid Raquf Orucovun xatirəsi yad edildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Hər il dünyada bu xəstəlikdən 400 min insan dünyasını dəyişir.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bir sıra QHT rəhbərləri ilə görüşüb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının