Bizi izləməyi unutmayın

#Mədəniyyət / #Maraqlı

Bişkek şəhərində görkəmli ədib Mircəlal Paşayevin anadan olmasının 110 illiyi anılıb.

9-04-2018, 11:00 | 2302 dəfə baxılıb.

Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyinin və Qırğızıstan Respublikası Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə Bişkek şəhərində Mircəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bişkek Opera və Balet teatrının binasında təşkil olunmuş tədbirdə Qırğızıstan Respublikasının Mədəniyyət Nazirinin müavini və bir sıra dövlət xadimləri, ölkənin siyasi - mədəni həyatında mühüm rol oynayan çoxsaylı ictimai xadimlər, yazıçı və şairlər, incəsənət nümayəndələri və elm adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səfiri cənab Hidayət Orucov Mircəlal Paşayev yaradıcılığının geniş təhlilini verib, onun elmi-pedaqoji fəaliyyəti, Azərbaycanda ədəbiyyatşünaslıq elminin təşəkkül tapmasında və inkişaf etdirilməsində misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Görkəmli yazıçının 50 illik bədii yaradıcılığının nəticəsi olaraq 58 kitabının nəşr olunması, elmi fəaliyyətinin müxtəlif istiqamətləri üzrə çoxsaylı tədqiqat işlərinin aparılması və nəhayət 10 il öncə bu dahi şəxsiyyətin 100 illik yubileyinin YUNESCO tərəfindən dünya miqyasında qeyd olunduğu diqqətə çatdırılıb.

Görkəmli ədibin elmi-pedaqoji fəaliyyəti və bədii-estetik yaradıcılığının müxtəlif aspektləri haqqında çıxış edən millət vəkili Cavanşir Feyziyev Mircəlal Paşayev yaradıcılığını dünya bədii fikrini zənginləşdirən böyük və dəyərli irs olaraq səciyyələndirilib.

Millət vəkili qeyd edib ki, doğulub böyüdüyü, təhsil aldığı və əmək fəaliyyətinə başladığı dövrlərin tarixi-siyasi çalarları onun taleyində dərin iz buraxdığı kimi, onun universal yaradıcılıq fəaliyyətinə də təsirsiz ötüşməyib.

“...Mircəlalın bu günədək sevilə-sevilə oxunan əsərlərində - çoxsaylı hekayə, novella, oçerk və romanlarında özünün müasiri olduğu üç fərqli ictimai-siyasi dövrün hadisələri öz real təcəssümünü tapıb.

Mircəlalın yaradıcılığında yaşadığı tarixi epoxanın ziddiyyətləri, siyasi və sosial qarşıdurmaların yaratdığı xaos, bu xaosdan qurtuluşa can atan insanların mənəviyyat və davranışlarında baş verən dəyişikliklər və bütün bunların doğurduğu psixoloji sarsıntılar çox aydın şəkildə sadə xalq dilində təsvir olunub.

Bütün bu məziyyətləri ilə Mircəlal Paşayevin Azərbaycan ədəbiyyatı tarixindəki yeri XX əsr dünya klassiklərinin qlobal ictimai fikir tarixindəki yeri ilə müqayisə oluna bilər.”

Tədbirdə həmçinin Qırğızıstan Respublikası Mədəniyyət nazirinin müavini Aynura Temirbekova, Qırğızıstanın tanınmış dramaturqu, əsərləri dəfələrlə Azərbaycan səhnələrində tamaşaya qoyulmuş Mar Bayciyev çıxışlar etmişlər.

Natiqlər Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində Səfirliyimiz tərəfindən Qırğızıstanda həyata keçirilən çoxsaylı mədəni-kütləvi tədbirlərin, o cümlədən, xalqlarımızın Çingiz Aytmatov və Mircəlal Paşayev kimi görkəmli nümayəndələrinə göstərilən qarşılıqlı rəğbət və sevginin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verdiyini qeyd edib, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Çıxışlardan sonra Azərbaycanın və Qırğızıstanın tanınmış incəsənət xadimlərinin ifasında Azərbaycan klassik musiqi sənətinin ən gözəl nümunələri səsləndirilib. Tədbir görkəmli ədibin xatirəsinə həsr olunmuş rəsmi ziyafətin verilməsi başa çatıb.

Analoq.az

Bişkek şəhərində görkəmli ədib Mircəlal Paşayevin anadan olmasının 110 illiyi anılıb.
Bişkek şəhərində görkəmli ədib Mircəlal Paşayevin anadan olmasının 110 illiyi anılıb.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Səməd Vurğunun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirəcək

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

“Heydər Əliyev” kitabı Yunanıstanda

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının