• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Xalq artisti od püskürdü

  • Tarix: 05.06.2018, 11:19,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 5237
Xalq artisti od püskürdü Xalq artisti od püskürdü
Analoq.az bildirir ki, yenicag.az-a açıqlama verən aktyor "sənətkaram" deyib, özünü tərifləyənlərin ünvanına kəskin fikirlər səsləndirib:"Televizora baxmağıma peşman oluram, insan özünü nə qədər yersiz tərifləyər, boş-boş danışar, ona - buna fəlsəfə dərsi keçər?

Mən efirdə "sənətkaram" deyib özünü tərifləyənləri görəndə şoka düşürəm. Özünü o qədər öyür, "vətənpərvərəm" deyir, tanımayan olsa, deyərsən bu, görən hansı qəhrəmanlıqları edib. Yaxud da efirə çıxıb, abır-həyadan, namus-ismətdən danışıb, camaata əxlaq dərsi keçirlər. Heç özündən xəbəri yoxdur e. Adama sual verərlər ki, ə, sən kimsən namus-qeyrətdən danışırsan, millətə əxlaq dərsi keçirsən?

Vətən darda olanda, ailən-uşağınla xarici ölkələrdə kef edirdin, indi vətənpərvərlik damarın tutub. Bəsdirin də, adam sizi görəndə yerinizə utanıb, xəcalət çəkir. Bu qədər də insan özünü yalandan tərifləyərmi? Mən özüm efirə çıxanda söz deməyə, danışmağa utanıram, dilim-dodağım təpiyir.

Fikirləşirəm ki, böyük sənətkarların yanında birdən nəsə deyərəm, yerinə düşməz. Aparıcılar da elə düşünür ki, yəqin Yasin Qarayevin danışmağa sözü yoxdur. Sözüm var e, amma yerimi bilən adamam".

Xalq artisti aparıcıları da tənqid atəşinə tutub:

"Baxırsan aparıcılar qonaqlarla necə rəftar etməyi bilmir. Sırtıqlıqla sərbəstliyi dəyişik salıblar. Onlara elə gəlir ki, sırtıqlıq etmək, elə sərbəstik deməkdir. Başa düşmürlər ki, sənətkarla özünü sənətkar adlandıran arasında yerlə göy qədər fəqr var".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV