• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Uşaqlar üçün yeni nağıl kitabı işıq üzü gördü

  • Tarix: 06.07.2018, 16:15,
  • Bölmə: Mədəniyyət
  • Baxılıb: 5429
Uşaqlar üçün yeni nağıl kitabı işıq üzü gördü Uşaqlar üçün yeni nağıl kitabı işıq üzü gördü
"Qızıl balıq” adlı yeni nağıl kitabı çap olunub
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qızıl balıq” adlı yeni nağıl kitabı işıq üzü görüb.

Kitab həm Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, həm də xüsusi istedadlı uşaqların aşkara çıxarılması və onlara öz bacarıqlarını göstərmək imkanlarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.

İdeya və məzmununa görə müasirliyi və orijinallığı ilə seçilən “Qızıl balıq” nağılı gənc rəssam Gilan Əzizxanlının rəhbərliyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” rəsm dərnəyinin üzvləri tərəfindən fırçaya alınıb. Dərnəyin 10-a yaxın üzvü öz fantaziyalarını və bacarıqlarını göstərərək, sözügedən nağılın süjetinə və obrazlarına uyğun rəsmlər çəkiblər. Həmin rəsmlər əsasında nağıl kitabı hazırlanaraq CBS Polygraphic Production mətbəəsində nəfis şəkildə çap edilib.

Yaxın günlərdə balaca rəssamların iştirakı ilə kitabın təqdimatının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, kitabın müəllifi V.Haqverdiyev ölkədə keçirilmiş “Müasir uşaq nağılı” müsabiqələrində, eləcə də analitik yazı müsabiqələrində dəfələrlə yüksək yerlərə layiq görülüb.sciense.gov.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV