Bizi izləməyi unutmayın

#Mədəniyyət

Aşıq Şəmşir 125 - Kitabxanalarda ustad aşığın yubileyi tədbirlərlə qeyd edilir

14-11-2018, 17:53 | 882 dəfə baxılıb.

Şəmşirəm, qəlbimdə dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz,
Köçər bu zimistan, qorxma, gələr yaz,
Bir də görəcəksiz bahar, ağlama…
(Dədə Şəmşir)

Son dövrün ədəbi tədqiqatları isə göstərir ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından sayılan Dədə Şəmşirin yaradıcılığı Kəlbəcərdə doğulmuş digər şairlərinkindən fərqli olaraq, daha geniş şəkildə diqqət çəkmiş və onun ilk şeirlər kitabı Osman Sarıvəllinin redaktorluğu ilə 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr edilmişdir. 1971-ci ildə ustad sənətkarın "Qoşmalar"ı, iki ildən sonra isə "Seçilmiş əsərləri" işıq üzü görmüşdür. Sonrakı illərdə Aşıq Şəmşirin bədii irsi tədqiqat mənbəyinə çevrilmiş, monoqrafiyalar yazılmışdır.

Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə bu böyük söz ustadının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. İndiyədək yubilyarla bağlı bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecələr keçirilib, konsertlər keçirilmiş və bu tədbirlər Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd edilməkdədir.

Bu münasibətlə noyabrın12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 12 saylı kitabxana filialı və Ə.Paşayev adına Mədəniyyət evi də birgə Azərbaycan aşıq poeziyasının tanınmış simalarından olan Aşıq Şəmşirin 125 illiyinə həsr edilən “Aşıq sənətinin Dədə Şəmşiri” adlı tədbir keçirdilər.

Sabunçu MKS-in 12 saylı filialının müdiri Vəsilə Məmmədova tədbiri açaraq qeyd etdi ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır: “Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olmuş, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.

Dədə Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Dədə Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb”.

Kəlbəcərli saz-söz vurğunlarının əksəriyyəti yurd, torpaq ayrılığının həsrətinə dözmədikləri üçün Dədə Şəmşirin ruhuna üz tutur, təcnis, qoşma, gəraylıları ilə hicran nəğmələrini yazırlar.

Dədə Şəmşir, bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları!
Balaları şirin-şəkər dil açmır,
Bürüyübdü fəryad, ağı dağları.

Köç eyləyib, ellər səndən aralı,
Sinəsindən çalın-çarpaz yaralı.
Alıbdı nişana körpə maralı,
Salıbdı kəməndə yağı dağları.

Məhəmmədəm, ocağım yox bu yanda,
Qılınclar pas atır hələ ki qında.
Novruz günlərində, bayram ayında
Dağlayır sinəmin dağı dağları.

Təşkilatçı Vəsilə Məmmədova sözü tədbirin aparıcısına - kitabxananın fəal oxucularından biri, şairə Gülmirə Şabanovaya verdi. Özünün məlahətli səsi ilə sanki məclisə yeni ovqat qatan aparıcı tamaşaçılarını xəyalən Dədə Şəmşirin sazlı-sözlü dünyasına apardı. Sazın həzin səsində aparıcı ustad dünyasına xəyali səyahət etdi.

Xanım aparıcı ssenari əsasında söz verdiyi tədbir iştirakçıları bildirdilər ki, Azərbaycan Prezidenti cənab Ilham Əliyevin 2 aprel 2018-ci il tarixli sərəncamı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. Ustad aşığın sənətdəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib: “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb, o dövrün ən yüksək dövlət mükafatlarından olan “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Ulu öndər Heydər Əliyevin də Dədə Şəmşirin sənətini yüksək qiymətləndirib. Ümummilli liderimiz ustad haqqında söylədiyi bir fikri heç zaman yaddan çıxmayacaq: “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”.

Aşıq Şəmşir şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı, kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, vətən sevgisi, torpağa bağlılıq başlıca motivlər şairin əsas məqsədlərindəndir. Kəlbəcər hər bir kəlbəcərlinin bir fiziki ömür müddətində vətəndir. Dədə Şəmşir isə bütün ömürlər müddətində Kəlbəcərin sahibidir! Aşıq Şəmşir Dəlidağın, kəlbəcərlilərin və bütövlükdə xalqımızın mənəvi dəyərlərindəndir.

Tədbirə Azərtacın müxbiri şairə, publisist Zərəngiz Dəmirçiqayalı, Aşıqlar Birliyinin üzvü aşıq Ramiz Quliyev, kitabxananın fəal oxucusu Şahbaz müəllim Eyyubov da dəvətlilər arasında idilər. Şairə, publisist Zərəngiz Dəmirçiqayalı ustad Dədə Şəmşir haqqında fikirlərini tədbir iştirakçılarına çatdırarkən bunları da vurğuladı: “Yaxın tariximizin quruculuğu olan ötən əsrin 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla dahəmahəng səslənir.

Mədəniyyətimizin digər sahələri kimi, musiqi mədəniyyətimizə, xüsusən də muğam və aşıq sənətlərinin inkişafına göstərilən qayğı və diqqətin bəhrəsini hər birimiz görürük. Bəli, muğam sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından sonra 2009-cu ildə əvəzsiz milli sərvətimiz olan aşıq sənətinin də həmin siyahıya daxil edilməsi milli-mənəvi varlığımıza ən yüksək səviyyədə böyük diqqət və qayğıdan xəbər verir”.

Zəngilan musiqi məktəbinin, eləcə də Kəlbəcər rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 84 və 75 saylı tam orta məktəblərinin şagirdləri Dədə Şəmşirin şeirlərini və saz havalarını ifa etdilər.
Aparıcının məlahətli səsində daha bir qoşma pərvazlanırdı, o da Kəlbəcər ünvanlı, Dədə soraqlı idi. Ruhu nigaran ustad, Tanrı bizi həsrətini çəkdiyimiz yurdlarımıza qaytarsın, Ağdabanla Çayqovuşan arasındakı uşaq qəbristanlığındakı müqəddəs məzarınızı yenidən ziyarət edək!

Qovuşdu torpağa, torpaq da ona,
Əzizi bilirdi dağları Şəmşir.
Yaylaqlardı onun körpə beşiyi,
Barından tanırdı bağları Şəmşir.

Silinməz yaddaşdan səsinin pəsi,
Zilinin avazı - bülbül nəfəsi.
Sədəfli sazında o şah pərdəsi,
Xatırlar Tərtərdə suları Şəmşir.

Ağsaqqal bilərdi oğlu Qənbəri,
Sarsıldı - itirdi cavan Əkbəri.
Ad qoydu yaşatsın, o, Ələsgəri,
İstərdi nəvəsi İlqarı Şəmşir.

Sevirdi vətənin kiçik daşını,
Sənətdə soruşma insan yaşını.
Qeyrəti ucaltdı enməz başını,
Daim uca tutdu Vüqarı Şəmşir.

Cavidin yaşatdı şeir-sənətin,
Məhəbbət tanıdı mətindən-mətin!
Dillərdə dastandı şeir-sənətin,
Əbədi yazısan-baharı, Şəmşir!

Məhəmməd NƏRİMANOĞLU


Analoq.az
Aşıq Şəmşir 125 - Kitabxanalarda ustad aşığın yubileyi tədbirlərlə qeyd edilir
Aşıq Şəmşir 125 - Kitabxanalarda ustad aşığın yubileyi tədbirlərlə qeyd edilir
Aşıq Şəmşir 125 - Kitabxanalarda ustad aşığın yubileyi tədbirlərlə qeyd edilir
Aşıq Şəmşir 125 - Kitabxanalarda ustad aşığın yubileyi tədbirlərlə qeyd edilirскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Manşet

Aşıq Ədalət Nəsibov bu gün dəfn olunacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

İranda “Dədə Şəmşir Festivalı” keçiriləcək

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / Manşet / #Yazarlar / #Maraqlı

Tanınmış aşıq haqq dünyasına qovuşdu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının