Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı



Türkiyənin Aksaray vilayətində ll Uluslararası Ihlara vadisi Yunus Əmrə şeir şöləninə dəvət almaq və iştirak etmək məni çox qürurlandırdı. Aksaray Bələdiyyəsinin təşkilatçılığı və Ibrahim Düğer bəyin zəhməti ilə həyata keçirilən üç günlük silsilə tədbirlər çərçivəsində unudulmaz gəzintilər həyata keçirildi.

Tarixi yerləri gəzdik, oranın mətbəxinin zənginliyini gördük və daddıq, yeni könüldaşlarla tanış olduq. Qəlbləri biri-birindən gözəl olan bütün iştirakçıları çox sevdim.

Əsrlər öncə yerin altında salınan şəhəri gəzdik, on min il bundan əvvəl tikilən evlərin qalıqlarını gördük, tarixi karvansaralar, məscidləri ziyarət etdik. Bu gəzintilərdə bizə Aksaray Kültür müdiri Mustafa Doğan bəy yardımcı oldu.

Gördüklərimizlə bağlı ətraflı məlumat verdi bizlərə. Çox yüksək qonaqpərvərliklə qarşılandıq və o yerlərə xas olan yeməklərdən daddıq.

Dekabr ayının 7-8-9-nu əhatə edən tədbirlər silsiləsinin sonuncu günü möhtəşəm yekun tədbiri keçirildi. Aksaray Bələdiyyə başqanı Haluk Şahin Yazgı beyin, Güven Kemerkaya bəyin və şəhər rəsmilərinin iştirakıyla başlayan tədbirdə, əlimdə Azərbaycan bayrağı ilə səhnəyə çıxmaq və çıxış etmək həqiqətən qürurverici idi.

" Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!"

Günay Nəriman

Analoq.az

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığıскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi