Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib



Lənkəran şəhər Heydər Əliyev Mərkəzində tanınmış şair Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, şairin “İlkim də sən, indim də sən, sonum sən” adlı son şeirlər kitabının təqdim edildiyi tədbirdə icra hakimiyyəti aparatının əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran zona filialının üzvləri, müxtəlif təbəqədən olan poeziya həvəskarları, mədəniyyət, təhsil, səhiyyə işçiləri, Lənkəran Dövlət Universitetinin, Lənkəran Peşə Liseyinin, həmçinin rayonda fəaliyyət göstərən digər təhsil müəssisələrinin müəllim, tələbə kollektivi və məktəblilər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə yubilyarın yaradıcılığına dair “Qardaşxan Əzizxanlı-60” adlı sərgi ilə tanış olublar. Sərgidə şairin müəllifli, layihə rəhbəri olduğu kitablar və mətbuat materialları sərgilənib. Sonra müğənni İlqar Muradovunun ifasında şairin sözlərinə Asif Kərimovun bəstələdiyi “Yaşayırıq” mahnısı proyektor ekranına verilib.

AzTV-nin Qardaşxan Əzizxanlıya həsr etdiyi “Qaşla göz arasında” qısametrajlı filmdən fraqmentlərin təqdimatı ilə başlanan tədbirdə Xalq şairi Məmməd Arazın Qardaşxan haqqında dediyi sözlər səsləndirilib: “O, görüm, duyum şairidir... Sözünü öz ürəyindən alan şairdir... Qardaşxan dəmirçidir. Körpü inadı döyən dəmirçi... Döşünü yaman sellərə verən dəmirçi...”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi giriş sözündə deyib: “AYB və M.F.Axundzadə adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə Qardaşxan Əzizxanlının Bakıda düzənlənən yubiley tədbiri və son kitabının təqdimat mərasimi “Bu gün gərək hər anımız vətən desin!” devizi altında keçirilirdi. Bugünkü təqdimatımızın, obrazlı desək,– gerbi, bayrağı, sərhədi ana dilimizdir. Qardaşxan fərqli formatları sevir”.

İlqar Fəhmi 100 cildlik “Fikir antologiyası”nın baş redaktoru, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri kimi də Qardaşxanın xidmətlərini qeyd edib. O əlavə edib ki, mən hələ Qardaşxandan başqa kunq-fu üzrə “qara kəmər” sahibi olan ikinci şair tanımıram. İ.Fəhmi Qardaşxan poeziyasının poetik şifrəsi kimi diqqəti çəkən və onun neçə-neçə şeirində əsas poetik açar rolunu oynayan “Pəncərədən daş gəlir” obrazı ilə əlaqədar şairə maraqlı suallar ünvanlayıb.

Tədbirdə çıxış edən unudulmaz şairimiz Məmməd Arazın qızı “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay Qardaşxanı tələbəlik illərindən həmişə atasının yanında gördüyünü, onu Məmməd Arazın gənc dostu, qardaşı kimi tanıdığını deyib: “Qardaşxan mənə azərbaycançılığın timsalıdır, elə Azərbaycan deməkdir”.

Milli Məclisin deputatı Aqil Abbas Qardaşxanın gözəl şeirləri ilə yüksək insani keyfiyyətlərinin tən gəldiyini vurğulayıb, onun nəinki doğulduğu, yaşadığı yerdə, bütün Azərbaycanda başını dik tutub, alnı açıq gəzməyə haqqı olan bir oğul olduğunu söyləyib.

AYB-in Lənkəran zona filialının ədəbi məsləhətçisi Ağamir Cavad, yubilyarın məktəb yoldaşı Cəfər Fətullayev, Lənkəran Peşə Liseyinin müəllimi Etibar Nəhmətli öz çıxışlarında Qardaşxanın yaradıcı insan olaraq maraqlı xüsusiyyətləri, şeirlərinin poetik məziyyətləri barədə söz açıblar.

Tədbirdə şəhər 3, 5, 6, 9 nömrəli və Havzava, Kənarmeşə kənd orta məktəbinin şagirdləri Gültəkin Hüseynova, Şənay Əsgərova, Natəvan Həsənova, Gültəkin Həsənzadə, Aytac Quluzadə, Fərqanə Nəsirli, Mirəli Miriyev, Nurlan Şuşayev, Nicat Səfərzadə, Leyla Zülfüqarova, Aytac Qurbanova, Ülvi Həsənzadə, Ramin və Rəhimə Babazadələr şairin şeirlərindən ibarət ədəbi kompozisiya ilə çıxış edərək, ana dilimizin gözəlliyinə, onun poetik imkanlarına Qardaşxan şeiri ilə ayna tutublar.

Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin müəllimləri Əlirza Yuniszadə və Təranə Şərifovanın müşayiət ilə xanəndə İmanverdi Ağayev Qardaşxanın şeirlərini muğam üzərində oxuyub. Onlarla birgə Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Humay Kəlbiyevanın ifası xüsusi coşqu ilə qarşılanıb.

Qardaşxan Əzizxanlı tədbirin gedişində şeirlərindən nümunələr söyləyib, tədbirin təşkilatçılarına və iştirakşılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda İlham Əsgəroğlunun ifasında “İncəgülü” saz havası üzərində Qardaşxanın “Gömgöy” qoşmasının səsləndirilməsi tədbirə xüsusi gözəllik qatıb.

Analoq.az

Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilib
Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirilibскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi