Nərmin Kərimbəyova:"Yarışmaya qatılmaq üçün təklif mənə xarici ölkədən gəldi"



Müsahibimiz "Səs Azərbaycan" yarışmasının iştirakçısı Nərmin Kərimbəyovadır.Nərmin Kərimbəyova:"Yarışmaya qatılmaq üçün təklif mənə xarici ölkədən gəldi"


"Bu yarışmada səsvermə əsas rol oynayırdı"



Nərmin xanımı oxuculara necə təqdim edək?

Yarışmaya qədər məni peşəkar hüquqşünas- təlimçi kimi tanıyıblar.Hüquqi məqalələrim,hüquq sahəsində redaktə etdiyim kitablarla tanış olanlar da az deyil. Yaxınlarım isə yaradıcı və məqsədyönlü bir insan kimi tanıyır.Qabağıma məqsəd qoyuramsa ona nail olmaq üçün hər şey etməyə hazıram. Əsas odur ki, həvəsim olsun və məqsəd formalaşsın.

Hansı təlimləri aparmısan?

Hüquq sahəsində bir neçə istiqamətdə təlimlər aparmışam. Bunlardan könüllülük fəaliyyəti, işə düzəltmə, təhsil hüququ, qadınlara qarşı ayrı-seçkiliklərin aradan qaldırılması və digər mövzularda apardığım təlimləri qeyd edə bilərəm. Digər peşə üzrə çalışan mütəxəssislərin peşəkar inkişafına yönəlmiş təlimlərim də olub. Liderlik, idarəetmə, motivasiya və vaxtın düzgün idarə olunması, təşkilati bacarıqların formalaşması və digərli.

Yarışmadan qabaq musiqi demək olar səndən çox uzaq idi. Valideyinlərin ixtisasca həkimdir. Özün də Bakı Dovlət Universitetinin Hüquq Fakültəsində bakalavr dərəcəsi, sonra isə Dövlət İqtisadiyyat Universitetində MBA dərəcəsində təhsil almısan. Yəni, musiqi təhsilin yoxdur. Maraqlıdır, ictimai işəri, hüquqi təhsili buraxıb sırf musiqiylə məşğul olmaq nə ilə bağlıdır.Həvəs, maraq yoxsa istedadından irəli gəlir?


Bir tərəfdən anlayıram ki, gərək əsas arzum olan- oxumağı daha tez reallaşdırardım. Digər tərəfdən isə şadam ki, hüquqi bazam var. Hüquq təhsilli olmağıma görə ümumiyyətlə xoşbəxtəm. Hüquqi məntiq və hüquq prizmasından həyata yanaşmam, əminəm ki, gələcəkdə mənə çox kömək edəcək, çünki bugünə kimi kömək edib. Lakin orta yaş krizisi anlayışı, yəqin ki, sizlərə də tanışdır. Mən deyəsən onu lap tez yaşadım,.30 yaşım tamam olandan bəri həyatımda dəyişikliklərin gərəkliyini daha da kəskin hiss etdim (gülür).
Bunların hamısının kökü vaxtikən ən böyük həyat missiyasının reallaşmamasıdır. Hər kəs dünyaya bir missiya ilə gəlir. Mən missiyamı isə insanları ruhlandırmaqda, onlara gözəllik bəxş etməkdə görürəm. Müsiqi də bunun üçün gözəl və təsirli bir üsuldur.[/i]

Hüquq təhsili almaq əsas missiyan olub?


Mən hələ də özümü dərk etməkdəyəm. On altı yaşımda hüquqşünas olmaq istədim, bunun üçün hazırlaşdım və dörd il universitetdə oxudum. Hər bir insan hüququn nə olduğunu bilməli və ona məxsus hüquqlar haqda məlumatlı olmalıdır. Bu həm kişilərə, qadınlara , həm də uşaqlara aiddir. Amma hüquqların olması bizi məsuliyyətlərin olmasından azad etmir. Hüquqlarımızla yanaşı məsuliyyətlərimiz də var.

Yarışmaya necə gəldin?

Yarışmaya qatılmağım çox maraqlı alındı. Vaxtıikən Bakıda birgə işlədiyim bir əcnəbi xanım öz ölkəsinə qayıdandan sonra “Səs Azərbaycan” layihəsinin elanını mənə göndərərək müsabiqəyə qatılmağı tövsiyyə etdi.Yarışmaya qatılmaq üçün təklif mənə xarici ölkədən gəldi. Bu xəbərdən əvvəl isə mən yoldaşımla Rusiyada keçirilən “ГОЛОС” ya da ”O ses Turkiye” müsabiqəsinə qatılmağı ciddi müzakirə edirdik. Biləndə ki, bizim ölkədə eyni layihə başlayır tərəddüd etmədən qatılmaq qərarını verdim.İlk kastinqlərdə jurilər məni çox yüksək dəyərləndirdilər, həmin andan ədalətli rəqabətə qoşulmağıma inandım.

Musiqidə ilk addımlarını adlı-sanlı bir yarışmada atdın. Sənə ilk dəfə böyük səhnəyə çıxmaq hansı hissləri yaşatdı?

İlk dəfə “Səs Azərbaycan” səhnəsində çıxış edəndə çox həyacanlı idim. Səhnə təcrübəm də demək olar ki, yox idi. Zalda əyləşən tamaşaçılar səsimi eşidən kimi, ilk notlardan əl çalmağa başladılar. Bu məni çox sevindirdi.Fikrim də bir növ dağıldı. Ona görə özümü tam göstərə bilmədim. Burada təcrübəsizliyim də oldu. Amma yenə də çox minnətdaram ki, Tünzalə xanım istedadımı,bacarığımı gördü və mənə şouda iştirak etmək şansını yaratdı.

Amma sona qədər istedadını nümayiş etdirə bilmədin...

Mənim üçün şou bitdi. Amma özümü qəti məğlub hiss etmirəm. Yarışmada bir neçə janrda və fərqli dillərdə ifa etməyi bacaran müğənniyə çevrilib səhnədən qalib kimi ayrıldım.

Şoudan ayrılmağında hüquq pozuntusu olmadı?

Bu yarışmada səsvermə əsas rol oynayırdı.İştirakçının taleyi səsvermə ilə müəyyənləşən halda hər bir sonluq mümkündür. Yenə də mənim şoudakı yolum kifayət qədər uzun oldu, bu da yalnız istedadımın və səsvermə yolu ilə məni dəstəkləyən insanların köməkliyi ilə mümkün oldu. Bilirəm ki, şouda qalib gələ bilərdim, qalibiyyətə tam iradlı idim, lakin olmadı. Amma şou bitdisə o demək deyil ki, hər şey bitdi. Bu mənim üçün sadəcə bir başlanğıcdır.

Yarışmadan məğlub ayrıldın. İndən belə musiqiylə məşğul olmaq və daha böyük nailiyyətlər üçün sənə nə kömək edə bilər?

Özümü məğlub hiss etmədiyim üçün həm ideyalardan, enerjidən bolam. Əvvəldə qeyd etdiyim kimi çox məqsədyönlüyəm, çalışqanam. Şou mənə yeni qapıları açdı. Məni cəmiyyətə tanıtdı. Sosial şəbəkələrdə ifalarımı bəyənib,mənə dəstək olan yüzlərlə insanla tanış oldum. Bundan artıq enerji mənbəyi yoxdur. İşləməyə və yaratmağa tam hazıram.Olduqca da həvəsliyəm.

“Səs Azərbaycan” yarışması Aztv-də yüksək səviyyədə təşkil olundu. Jürilərin seçilməsi, işıqlandırma, dekorasiya.Bu gün mətbuatda Aztv haqqında yalnış fikirlər səsləndirənlər var.

“Səs Azərbaycan” layihəsi ölkəmizdə ilk dəfə yayımlandığına baxmayaraq yüksək peşəkarlıq əsasında təşkil olundu.Kamera arxası böyük sayda təcrübəli heyyətlə əməkdaşlıq edirdik.Səhnə çox rahat və gözəl idi.Hər bir performansa xüsusi yanaşma göstərilirdi.Uğurlu çıxışlar naminə hərtərəfli hazırlıqlar aparılırdı. Mən çox şadam ki, AzTV bu layihəni Azərbaycana gətirdi. İnanıram ki, “Səs Azərbaycan” şousu ölkədə yayımlanan ən baxımlı və maraqlı şouya çevrildi.
Savalan Talıblı
analoq.az

Nərmin Kərimbəyova:"Yarışmaya qatılmaq üçün təklif mənə xarici ölkədən gəldi"
Nərmin Kərimbəyova:"Yarışmaya qatılmaq üçün təklif mənə xarici ölkədən gəldi"
Nərmin Kərimbəyova:"Yarışmaya qatılmaq üçün təklif mənə xarici ölkədən gəldi"
Nərmin Kərimbəyova:"Yarışmaya qatılmaq üçün təklif mənə xarici ölkədən gəldi"скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi