Aşıq Şenlik kimdir?



Professor Qara Namazov yazır
Aşıq Şenlik kimdir?Aşıq Şenlik (Həsən Qədir oğlu) 1853-cü ildə Qars vilayətinin Çıldır mahalının Suxara kəndində doğulmuş, 1912-ci ildə vəfat etmişdir (Aşıq Şenlik haz. O.Özbək Ankara, 1960, səh.91). Şenliyin yaşadığı dövrdə Qars vilayəti bir müddət rus imperiyası tərəfindən zəbt olunmuş, Şenlik gah Borçalı mahalında,gah da Qarsda yaşamalı olmuşdur.Gənc Həsəndə bədahətən söz demək məharətini duyan dayısı İbrahim onu Borçalı mahalına gətirib dövrünün tanınmış ustad aşığı Nuruya şəyird verir. Sonralar Şenlik kimi məşhurlaşan Həsən aşıq Nurudan həm saz tutmağın, söz deməyin sirlərini öyrənir, həm də Borçalı aşıq mühiti ilə tanış olur.Şenlik nəinki aşıq sənətini öyrənir, o həm də qısa müddətdə mollaxana və mədrəsədə ərəb və fars dillərinə yiyələnir, İslam dininəvə şəriət qanunlarına bələd olur. Şeirlərində o, ərəb, fars sözlərini tez-tez işlədir, dini və şəriət qanunlarını bildiyi aydın duyulur.Aşıq Şenlik ömrünün çox qismini Borçalıda və Çıldır mahalında keçirmişdir. Bu da onun bir sənətkar kimi kamilləşməsinə böyük təsir göstərmişdir. Çünki bu illərdə Borçalıda zəngin bir aşıq mühiti yetişmişdir. Dollu Mustafa, Alxasağa, Dollu Abuzər, Ağacan, Xəstə Həsən, Nuru, şair Nəbi və b. məhz bu dövrün aşıq sənətinə və xalq şeirinə yeni bir ab-hava gətirmişdilər. Şenlik bu sənətkarlarla dostluq etmiş, məclislərində olmuş, bəziləri ilə qabaqlaşmışdır. Şenlik Aşıq Ələsgərlə bir məclisdə görüşüb-deyişib və dost kimi ayrılmışlar. Şenlik Ələsgəri özünün ustadı kimi qarşılamışdır. Şenliyin zəngin mövzulu lirikası, ümumən, aşıq lirikasının kamil nümunələrindəndir. Onun şeirləri 1920-ci illərdən başlayaraq
Azərbaycan mətbuatına yol tapmış, 1928-ci ildə “Dan ulduzu” toplusunda, sonralar aşıq kitablarında (“Telli saz ustadları”, “Azərbaycan xalq dastanları”, 1961, 1965) işıq üzü görmüşdür. Tovuz kimi sığal verib özünə, Bəxtəvərin pərvazına nə söz var? Təzələnib on beş günlük ay kimi, Mələksifət, mah üzünə nə söz var?Aşıq Şenlik kimdir?Şenlik der: qoynunda şamama tağı, O dastan sinəsi, büllur buxağı.Qızılgülə bəzənibdir yanağı,Əlvan-əlvan gülgəzinə nə söz var? Şenlik xeyli məhəbbət və qəhrəmanlıq dastanları yaratmışdır.“Lətif şah”, “Sevdəgar şah və Gülnaz”, “Salman bəy və
Durna”, “Məhəmməd və Güldanə”, “Əhməd və Gözəl” dastanları onun adı ilə bağlıdır. Ustad aşıq “Lətif şah” dastanının son tapşırmasında dastanın nə zaman tamamlandığını da xatırladır:Səfil Şenlik, dərdin çoxdu sinədə,Söz bənd oldu yüz yetmiş dörd xanada.Min iki yüz doxsan iki sənədə,Sərkərdən Lətifin yadigarıdı.“Lətif şah” dastanı qəhrəmalıq və məhəbbət dastanıdır. Çünki Lətif şah sevgilisi Mehriban Soltana qəhrəmanlıq gücü ilə qovuşur. Qaçaqçılıq hərəkatından bəhs edən “Səməd bəy” dastanının qəhrəmanlarından biri-qaçaq Kərəm sevgililəri bir-birinə qovuşdurur. Aşıq Şenliyin ədəbi irsi Türkiyədə bir neçə dəfə (Çıldırlı aşıq Şenlik şeirləri və hekayətləri Haz. A.Aslan, Ankara, 1975) çap olunmuşdur. Azərbaycanda isə mərhum Qəşəm Vəliyev “Aşıq Şenliyin həyatı, mühiti və poetik yaradıcılığı” mövzusunda dissertasiya işi yazıb müdafiə etmişdir.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi