Qərbi Azərbaycan şeir antologiyası hazırlanır



May ayının 3-də “ İZİMİZ” işğal olunmuş torpaqlarda itirilən milli-mənəvi-mədəni dəyərlərin araşdırılması və tanıdılması İctimai Birliyinin növbəti, Qərbi Azərbaycan ədəbi mühitinin və ədəbi şəxsiyyətlərinin araşdırılmasına həsr olunmuş toplantısı keçirildi. Toplantıda Qərbi Azərbaycanda milli zəmində baş verən və xalqımızın öz əzəli və doğma yurdundan sürgün olunmasıyla nəticələnən acı olayların bədii ədəbiyyatda öz əksini yetərincə tapmamasından, zamanla bu acı olayların unudulmasıyla tarixin yenidən təkrar ola biləcəyi narahatlığından bəhs edildi.Qeyd edildi ki, ədəbiyyat olayların önündə gedir, bu baxımdan ədəbi nümunələrə çox önəm verilir və onların yaradılması təşviq edilməlidir.


Bilinən olaylardan öncə də, sonra da Qərbi Azərbaycanda ədəbiyyat nümunələri yaradılmışdır, ancaq onlar dağınıq haldadır.Bununla əlaqədar olaraq “İzimiz” İB təşəbbüs irəli sürərək Qərbi Azərbaycanda yaşamış ədəbi şəxsiyyətlərin əsərlərini bir topluda cəmləyərək Vətənə və gələcək nəsillərə ötürülməsini qarşısına məqsəd qoydu.

Yazar Ayişə Nəbinin sədrliyilə keçirilən iclasda, “Qərbi Azərbaycan şeir antologiyası” və “Qərbi Azərbaycan hekayə antologiyası” kitablarının hazırlanmasına qərar verildi və işçi qrupu təyin edilərək kitablar üçün araşdırma və material toplanmağa başlanıldı.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi