"Məhrumiyyətdən hürriyyətə" filminim təqdimatı oldu



27 may tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Kənan Həmzəoğlunun ərsəyə gətirdiyi “Məhrumiyyətdən hürriyyətə” adlı sənədli filmin təqdimatı baş tutdu.

Təqdimat mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, ADPU-nun müəllim və tələbə kollektivi, tarixçilər, Kərəm Məmmədli, Dilavər Əzimli, Həmzə Məmmədov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova və Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də iştirak edib.

Tədbirin birinci mərhələsi filmin nümayişinə, ikinci mərhələsi isə filmin müzakirəsiylə davam etdi.

Universitetin Sosial və Humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev 28 May tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışaraq bildirib ki, sovet tarixşünaslığında Azərbaycan Cumhuriyyəti pantürkist və panislamist dövlət kimi xarakterizə edilirdi.Məhz bu səbəbdən dolayı Cumhuriyyət tarixinin yenidən və daha dəqiqliklə öyrənilməsinin vacib olduğunu düşünürəm.

Fikrət Rzayev həmçinin "Xəmsə " sənədli filmlər layihəsinin müəllifi Kənan Həmzəoğlu haqqında qeyd edib ki, Kənan Xəmsə layihəsinə daxil olan beş filmin rejissoru, operatoru, ssenari müəllifi həm də diktoru olmaqla yanaşı bu filmlərin montajını da özü tamamlayıb. Beləliklə ağır bir məsuliyyətin öhdəsindən təkbaşına gəlib.Odur ki biz onun bu addımı təqdirəlayiq hesab edir və ona uğurlar arzu edirik.

Kənan Həmzəoğlu isə öz növbəsində Cumhuriyyət qurucularının şərq demokratiyasına verdiyi tövhələrdən və onların keşməkeşli talelərindən bəhs edərək bildirib ki bu filmləri ərsəyə gətirməkdə məqsədi filmlərdə toxunulan mövzulara dair seyrək biliklərə malik olan gənc və yeniyetmələr üçün bələdçi rolunu oynamaq, onların qəlblərində tariximizə və tarixi şəxsiyyətlərimizə qarşı məhəbbət hissi aşılamaqdır.

Analoq.az



"Məhrumiyyətdən hürriyyətə" filminim təqdimatı oldu
"Məhrumiyyətdən hürriyyətə" filminim təqdimatı oldu
"Məhrumiyyətdən hürriyyətə" filminim təqdimatı oldu
"Məhrumiyyətdən hürriyyətə" filminim təqdimatı oldu
"Məhrumiyyətdən hürriyyətə" filminim təqdimatı oldu
"Məhrumiyyətdən hürriyyətə" filminim təqdimatı olduскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi