Bizi izləməyi unutmayın

#Mədəniyyət

Şuşa şəcərələri çapa hazırdır, amma...

5-06-2019, 19:00 | 3882 dəfə baxılıb.

Müsahibimiz jurnalist-etnoqraf, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycantelefilm Yaradıcılıq Birliyinin Baş redaktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ənvər Çingizoğludur.

Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mət­buatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir. Onun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir.

- Ənvər müəllim, sizin qələminizdən çıxmış, cəmiyyətdə böyük rezonans doğurmuş xeyli tapıntılarınız var. Bəşəriyyətin qədim sivilizasiya mərkəzlərindən olan Qarabağa dair nə kimi yenilikləriniz var?


-Üç cilddən ibarət "Şuşa şəcərələri" kitabım çapa hazırdır. Kitabın birinci cildi "Şuşa bəylərinin şəcərəsi", ikinci cildi "Şuşa ruhanilərinin şəcərəsi", üçüncü cildi isə "Şuşa tacirlərinin şəcərəsi" haqqındadır.

- Bəlli bilgidir ki, bir çox Şuşa bəyləri Azərbaycan tarix və mədəniyyətinə yön veriblər. Kitabınızın birinci cilidində hansı bəy şəcərələri əks olunub?

- "Şuşa bəylərinin şəcərəsi" kitabı bir neçə fəsildən ibarətdir. Birinci fəsil "Cavanşir əsilli bəylər" adlanır. Bu fəsilə davatdarovlar, novruzovlar, köçərlinskilər, əlipənahbəyovlar, şəmşibəyovlar (şəmsizadələr), quliyevlər, hümbətbəylilər (ibrahimbəyovlar), əhmədbəyovlar (növrəslilər), gülməmmədbəyovlar, münşizadələr, əlibəylilər, şəfibəyovlar, təpəsərovlar, bağırbəyovlar, heydərxanbəyovlar (sədrəddinbəyovlar), şirinbəyovlar, xazalanskilər, poladovlar, mərdanbəyovlar, tahirovlar (rəfibəyovlar), nəsirbəyovlar, zülfəlibəyovlar (fərzəlibəyovlar), muradxanovlar, misirxanovlar, qurbanbəyovlar, isfəndiyarlılar, düşmalovlar, gülabdarbəylilər, əsgərbəylilər, həsənbəylilər, mirzəyevlər, muradovlar, Qazı bəyin törəmələri (Qazıbəyovlar, Əliyarbəyovlar, Vəliyarbəyovlar, Məhərrəmbəyovlar) soyları daxildir.

İkinci fəsil "Kəbirli əsilli bəylər" adlanır. Bu fəsildə isə Kəbirli sоyu (əlibəyovlar, kərimbəyovlar, səfərəlibəyovlar, xoruzlinskilər), hüseynqulubəyovlar, məmmədbəyovlar, hacıbəyovlar, əhmədovlar, mirzəyevlər, Camalxanbəy uşağı (zeynallılar, qəmbərlilər, hüseynlilər), hümbətəlibəyovlar, Məşədi İsaxan bəyin törəmələri (zeynalovlar), kazımbəyovlar, tarıverdiyevlər, mirzəmehdiqulubəyovlar, Hüseyn bəyin törəmələri (miriyevlər, məhərrəmbəyovlar), Əli bəyin törəmələri, Zeynal bəyin törəmələri, İmaməli bəyin törəmələri (zeynalabdinbəyovlar), bədəlbəylilər (miriyevlər), ağayevlər, haqverdiyevlər, vəlibəyovlar, haqverdiyevlər (II), rüstəmbəyovlar, həsənbəyovlar (nəbibəyovlar), axundovlar, vəliyevlər, yüzbaşovlar, mehdibəyovlar soyları əks olunub.

Üçüncü fəsil "Otuziki əsilli bəylər" adlanır. Bu fəsilə isə qalabəyovlar, zöhrabbəyovlar, qayıbovlar, fətəlibəylilər, Kərbəlayı Baba bəy uşağı, Mirzalı bəyin törəmələri aiddir.

Dördüncü fəsil "İyirmidörd əsilli bəylər" adlanır. Bu fəsildə isə yusifbəyovlar, xanbudaqovlar, Məhəmməd bəyin törəmələri, nəcəfbəylilər soylarının şəcərələri verilib.

Beşinci fəsil "Dəmirçihəsənli əsilli bəylər" adlanır. Bu fəsilə isə Hacı Rəhim ağanın törəmələri (usubovlar), hаcımustаfаbəyоvlаr, tahirbəyovlar, Əhməd ağanın törəmələri (ağayevlər), mamayevlər, Mürsəlqulu bəyin törəmələri, nəbiağayevlər, danalıbəyovlar soyları əlavə olunub.

Altıncı fəsil "Bərgüşad əsilli bəylər" adlanır. Bu fəsil isə seyidbəylilər, rüstəmbəyovlar soylarını əhatə edir.

Yeddinci fəsil "Cənubi Azərbaycan əsilli bəylər" adlanır. Bu fəsildə Şuşa şəhərinin ilk məhəllələrindən olan Təbrizli məhəlləsinin bəyləri cəmlənib. Tahirovlar, imanbəyоvlar (müqumоvlar), abdinbəyovlar, ağabəyovlar, Hacı Mirzə Baba bəy uşağı, Hacı Baba bəy uşağı (ibrahimbəyovlar), bababəyovlar (babanlılar), Hacı Əmir bəy uşağı (sadıqovlar), Məşədi Ocaqverdi uşağı (haqverdiyevlər) kimi soylar şəcərə ilə öz bəylik təsdiqini tapıb.

Səkkizinci "Kəngərli əsilli bəylər" adlanır. Bu fəsil isə qaraşarlılar, sadıqbəyovlar, sadıqbəyovlar (II) soylarını dövrələyir.

Doqquzuncu fəsil "Seyid kökənli bəylər" adlanır. Bu fəsil Qatırçı Muradın törəmələrini (vəlibəyovlar, nuribəyovlar, muradovlar, ismayılbəyovlar) əks etdirir.

Onuncu fəsil "Mənşəyi dəqiqləşdirilməmiş və gəlmə bəylər" adlanır. Bu fəsildə mehmandarovlar, behbudbəyovlar (mahmudbəyovlar),xələfbəyovlar, aslanovlar, nərimanbəylilər, zeynalbəyovlar (bağırbəyovlar), ağayevlər, hacıbəyovlar, mədətovlar (allahverənbəyovlar), Allahqulu ağanın törəmələri (katibzadələr), qəhrəmanbəyovlar, Heydər bəyin törəmələri (heydərbəyovlar, heydərzadələr), ağaoğlular, hacıbəyovlar (II), ədilbəyovlar, Məşədi Həsən ağanın törəmələri (əmirоvlar, qasımbəyovlar), Nəbi bəyin törəmələri (rəfibəyovlar), ibadullabəyovlar, Əsgər bəy uşağı, əlisuvarbəyovlar, nəsirbəyovlar, Nəcəf bəy uşağı, Cəfər bəy uşağı, nəsirbəyovlar (II), Cahangir bəyin törəməsi, hacıyevlər, hacıyevlər (II), Kərbəlayı Rəcəbəli uşağı, nəzirovlar, darabbəyovlar, rzaqulubəyovlar, hacıbəyovlar (III), məlikhaqnəzərovlar, bəylərbəyovlar, şəfibəyovlar, rüstəmbəyovlar, Rüstəm bəyin törəmələri, məmmədbəyovlar, məmmədovlar, Molla Fətulla uşağı (mollabəyovlar), ismixanovlar, Allahverdi bəyin törəmələri, Becan bəyin törəmələri, Məlik Zöhrabın törəmələri (məlikisaxanovlar), əzizbəyovlar, mirzəyevlər, paşabəyovlar, Əlimərdan uşağı, yeqanbəyovlar, abdullabəyovlar soyları öz əksini tapıb.

"Şuşa ruhanilərinin şəcərəsi" kitabında Şuşa şəhərində yaşayan ünlü din xadimlərinin şəcərələri verilib. Müctəhidzadələr, dərgahovlar, axundovlar və başqaları kimi soylar bu kitabda oxuculara təqdim olunur.

"Şuşa tacirlərinin şəcərəsi" kitabında isə II gildiya tacirlərin şəcərələri sənəd və sübutlarla hazırlanıb.

-Ənvər müəllim, sadaladığınız soylar içində bəzi familyalara rast gəlmədim. Götürək sarıcalinskiləri, behbudovları, vəzirovları...

Qeyd edim ki, mənim "Cavanşir eli: Sarıcalılar", "Cavanşir eli: Hacılılar" kitablarım çıxıb. Sizin qeyd etdiyiniz həmin məşhur soylar bu kitablarda öz əksini tapıb. Xanqaradağskilər (qaradağlılar) soyu haqqında da kitabım var. Bir çox soylar isə, məsələn şəkinskilər, əbraxanovlar, usmiyevlər, tutayuqlar və digərləri IV cilddə çap olunacaq.

-Ənvər müəllim, qeyd etdiniz ki, bu kitablar çapa hazırdır, amma... Bu ammanı aydınlaşdırarsınız?

Amması odur ki, kitablar çapa hazırdır, nəşr etməyə vəsait yoxdur.


Savalan Talıblı
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

İqtisadiyyat İnstitutunun əməkdaşının elmi məqaləsi Almaniyada dərc olunub

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Maraqlı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda antropologiya elminə dair araşdırmalar aparılır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Azərbaycanın və Tatarıstanın tarixçi alimləri birgə tədqiqatlar aparacaqlar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının