Opera və Balet Teatrı mövsümü “Koroğlu” əsəri ilə açacaq



Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə açıq elan edəcək.

Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov və əsas rolları isə İlahə Əfəndiyeva (Nigar), Xalq artisti Şahlar Quliyev (Həsən xan), Əməkdar artist Nizami Bağırov (Əhsən paşa), Əməkdar artist Əkrəm Poladov (Alı), Əliəhməd İbrahimov (Təlxək) və digərləri ifa edəcələr.

Məlumat üçün bildirək ki, Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun “Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib. Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. “Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi