ƏSAS SƏHİFƏ Mədəniyyət Cavan Zeynallının ölüm xəbəri yalandır-Açıqlama

Cavan Zeynallının ölüm xəbəri yalandır-Açıqlama

Səhər 06:00-da dostum, cazmen Tofiq zəng edib ki, "Cavan, ölməmisən?". Eşidəndə şok oldum.Analoq.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün ölüm xəbəri yayılan xalq artisti Cavan Zeynallı deyib.

"Şükürlər olsun ki, səhhətim nomaldır. Bu xəbəri eşidəndə isə daha yaxşı oldum. Kim yayır axı? Məqsədləri nədir axı? Ayıbdır vallah!

Həmişə demişəm, iblislərdən qorxmaq lazımdır. İnanın, bu xəbərlər yayıldıqca, mənə daha çox güc gəlir, daha gümrah oluram. Nə qədər ki, güclüyəm, onlar da məndən qorxacaq. Unutmasınlar ki, Cavan hələ çox yaşayacaq", - xalq artisti bildirib.Kult.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu