ADMİU-nun tələbəsi beynəlxalq festivalda qalib olub



Oktyabr ayının 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində IV Türk Dünyası Sənədli Filmlər Festivalına həsr olunmuş tədbir baş tutub.
Tədbirdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Universitetin professor-müəllim heyəti və tələbələri, Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demir, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Çiftçi və səfirliyin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun professoru Xalq artisti Oqtay Mir Qasım festivalın əhəmiyyətindən bəhs edib. Professor həmçinin festivalda ADMİU-nun tələbəsi Aydın Nəcəfovun çəkdiyi “Yaşanan tarix” filminin 179 film içərisindən 3-cü mükafata layiq görülməsini bildirib. Bu mükafatın ADMİU, o cümlədən bütövlükdə Azərbaycan mədəniyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini və gənclərimizin yaradıcılıq fəaliyyətinə stimul olacağını vurğulayan Oqtay Mir Qasım bütün tələbələri festivalda fəal iştirak etməyə çağırıb.

ADMİU-nun tələbəsi beynəlxalq festivalda qalib olub

Sonra çıxış edən Demir Menderes Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demir və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Çiftçi başda professor Ceyran Mahmudova olmaqla ADMİU-nun kollektivinə bu festivala dəstək verdiyi üçün təşəkkürünü bildiriblər.
Qeyd olunub ki, festivalda iştirak edən filmlər “9 ölkə, 9 şəhər, bir festival” devizi ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Macarıstan, Bosniya Herseqovina, Şimali Kiprdə sənətsevərləri bir araya toplayıb. Türk dünyası IV Sənədli Filmlər festivalı kino sahəsində kifayət qədər həvəsi, marağı olan həvəskar bir qrupun təşəbbüskarlığı ilə başlayan bir layihədir. Buna Türkiyədən, Azərbaycandan, türk dünyasından kino insanları, türk dünyasının müxtəlif qurumları, ali məktəbləri dəstək verirlər. Layihə böyük türk dünyasının sənədli film festivalının bir parçası olaraq yola başladı. Qazaxıstandan Dubaya, Azərbaycandan Makedoniyaya qədər türk dünyasında filmə həvəsi olan və bu sahədə təhsil alan tələbələri təşviq etdi. Belə festivalların keçirilməsi təqdirəlayiq haldır. Bu işin daha da peşəkarlaşması və dünyaya açılması lazımdır.

ADMİU-nun tələbəsi beynəlxalq festivalda qalib olub

Sonra çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova qeyd edib ki, universitetin tələbələrinin bu cür nüfuzlu festivallarda iştirak etməsi və mükafat qazanması qürurvericidir. Bu, həm də onların gələcək yaradıcılıq fəaliyyəti üçün böyük bir stumuldur. Rektor festivalın təşkilatçılarına təşəkkür edib və bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bundan sonra da mədəniyyət və incəsənət sahəsində həyata keçirilən bütün təşəbbüslərə dəstək verməyə və beynəlxalq festivallarla əməkdaşlıq etməyə hazırdır.
ADMİU-nun professoru dramaturq Əli Əmirli də çıxış eədərək, beynəlxalq festivalların tələbələrin yaradıclıq təcrübəsi toplaması baxımından festivallarda iştirak etməyin əhəmiyyətindən söz açıb və mükafat qazanmış tələbəmizi təbrik edib.
Daha sonra rektor Ceyran Mahmudovaya və universitetin tələbəsi Aydın Nəcəfova mükafat təqdim edilib və festivalda mükafat qazanan “Yaşanan tarix” filmi nümayiş olunub.

ADMİU-nun tələbəsi beynəlxalq festivalda qalib olub

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi