Muğam Mərkəzində görkəmli M.F.Axundovun məşhur əsəri oynanılacaq





24 oktyabrda saat 19.00.-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupularının tələbələri həmçini məzunları tərəfindən hazırlanmış Mirzə Fətəli Axundovun məhşur "Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur"əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O,öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (1850) komediyasıdır.

"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini bu gün də qoruyub saxlayır.

 Muğam Mərkəzində görkəmli  M.F.Axundovun məşhur əsəri oynanılacaq

Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşasında Hətəmxan ağanı-Nofəl Vəliyev(Əməkdar artist), Şəhribanunu-Xədicə Məmmədova, Gülçöhrəni -Gövhər Şahbanova, Şahbaz bəyi - Mirsənan Kazımlı, Xanpərini- Könül Ələkbərova , Müsyo Jordanı-Ziya Ağayev,dərviş Məstəli şahı-Hilal Dəmirov, Qulaməlini- Mətləb Abuşov, Şərəfnisəni isə - Qönçə Vəliyeva (ADPU-nun tələbəsi) oynayacaqlar.

Qeyd edək ki,təqdim olunan tamaşanın qurluşçu rejissoru Nofəl Vəliyev(Əməkdar artist),Səhnə danışığı üzrə dosent Nadir Hüseynov və Plastik həll üzrə rejissor Ruslan İsmayılova,Sabah Mərkəzin rəhbəri Bella Məmmədbəyovadır.

Turan Etibaroğlu
Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi